Siyasilər atəşkəsin əleyhinədir: - “Danışıqlar daha da qəlizə düşəcək”
Tarix: 12-10-2020, 08:19 | Çap et
Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək uğrunda apardığı müharibəyə beynəlxalq reaksiyalar müxtəlifdir. Bəzi beynəlxalq təşkilatlar, o cümlədən konfliktin sülh yolu ilə həllinə çalışdığını iddia edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransadan rəsmi Bakıya atəşin dayandırılması, sülh danışıqlarının bərpa olunması haqqında çağırışlar edilir.
Azərbaycan tərəfi isə qeyd-şərtsiz danışıqların bərpasının tərəfdarı olmadığını, işğalda olan ərazilərdən erməni qəsbkarlarının çıxarılmasını tələb edir. 30 ilə yaxındır danışıqların heç bir nəticə verməməsi rəsmi Bakını rəsmən bezdirib.
Bununla yanaşı, oktyabrın 9-10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri arasında görüş keçirildi. 10 saatdan çox davam edən görüşün nəticəsi olaraq bəyanat qəbul edildi. Əldə olunmuş üçtərəfli razılığa əsasən, aşağıdakı addımların atılması razılaşdırıldı:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Bu müvəqqəti atəşkəs cəmiyyətdə birmənalı qarşılanmır. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da ərazilərimiz işğaldan azad edilənədək, hərbi əməliyyatların davam etməli olduğu qənaətindədir. Təşkilatlarda hesab edirlər ki, indiki mərhələdə hərbi əməliyyatlar dayandırılsa, danışıqlar masasına əyləşilsə, yenidən nəticəsizlik, uzun-uzadı müzakirələr başlayacaq.
AYNA mövzuya dair bir neçə müxalifət partiyalarının rəhbərlərinin mövqeyini öyrənib.
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, atəşkəsə, davamlı sülhə nail olmaq üçün problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması zəruridir: “Azərbaycan dövləti və xalqı müharibə tərəfdarı deyil və bu müharibəni biz başlatmamışıq. Müharibə Azərbaycan ərazilərində gedir. İlk növbədə işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda demilitarizasiya olmalıdır, erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
“Konflikti indi həll edə bilməsək, bu, gələcək nəsillərin boynunda qalacaq. 1994-cü ildə, atəşkəs imzalananda mənim oğlum körpə uşaq idi. İndi o, hərbi xidmətdədir. Problem həll edilməsə, gələcəkdə onun oğlu, yəni, nəvəm gedəcək. Ona görə də məsələ birdəfəlik həll olunmalıdır”, - deyə Müsavat başqanı bildirib.
Hacılının qənaətincə, Qarabağ probleminin həllinin aydın izahı ondan ibarətdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz: “Azərbaycan buna heç vaxt razılıq verməyəcək. Beynəlxalq hüquq normalarına uyğun olaraq münaqişə ərazi bütövlüyümüzün bərpa edilməsi yekunlaşmalıdır. Sülh istəyən, atəşkəsə çağırış edən qüvvələr anlamalıdır ki, Azərbaycanın əraziləri işğalçılardan təmizlənməlidir, BMT-nin qətnamələri icra edilməlidir. Əlbəttə, atəşkəsə nail olmaq mümkündür. Bu gün atəşkəs bərpa olunacaqsa, münaqişə dondurulacaqsa, bir müddət sonra yenidən gərginlik başlayacaq. O zaman atəşkəsə nə ehtiyac var? Atəş o zaman dayanmalıdır ki, Ermənistan tərəfi işğal etdiyi ərazilərdən çıxdığını birmənalı olaraq açıqlasın və buna ciddi şəkildə əməl etsin”.
Dağlıq Qarabağın erməni əhalisinə gəldikdə, Müsavat başqanı deyib ki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik deyil: “Ölkəmizdə müxtəlif xalqların nümayəndələri, eləcə də ermənilər yaşayır. Onsuz da Azərbaycan Dağlıq Qarabağın yerli erməni əhalisinə, başqa ölkələrdən və Ermənistandan gətirilənlər yox, sırf yerli ermənilərə orada yaşamaq hüququnu tanıdığını elan edib. Konstitusiyamıza və qanunlarımıza uyğun olaraq yerli ermənilərin Dağlıq Qarabağda yaşaması mümkündür. Azərbaycan tərəfi istər Elçibəy hakimiyyəti dönəmində, istərsə də ondan sonrakı dövrdə mövqeyini bəyan edib, bildirilib ki, bizim müharibəmiz erməni xalqına qarşı deyil. Məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Məh hesab edirəm ki, atəş dayanmamalıdır. Nə zaman ki, real olaraq erməni silahlıları Qarabağı boşaldacaq, o zaman sülhdən danışmaq olar”.
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də birmənalı olaraq Azərbaycanın dövlət sərhədlərinin və suverenliyinin bərpa edilməli olduğu düşüncəsindədir: “İstər İranla, istərsə də Ermənistanla dövlət sərhədinin bərpası mütləqdir. Atəşkəs bundan sonra mümkündür. Daha sonra isə danışıqlar masasına əyləşilməlidir. Yox, dövlət sərhədimiz bərpa edilmədən atəşkəs bərpa edilirsə, yenə də status-kvo Azərbaycanın ziyanına olacaq”.
“Bütün hallarda, atəşkəsin bizim xeyirimizə heç bir yanı yoxdur. Ona görə də müharibəni dayandırmamalıyıq. Bizim üçün bunun hüquqi əsasları var. BMT-nin məlum 4 qətnaməsi əlimizdədir, BMT-nin 2 mart 1992-ci ildə Azərbaycanın sərhədləri ilə bağlı qəbul etdiyi qərarları var. Münaqişənin həlli ilə bağlı ayrı-ayrı dövrlərdə qəbul olunan baza prinsipləri var ki, orada da Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əsas şərt kimi qoyulub”, - deyə Ağazadə vurğulayıb.
Partiya rəhbərinin qənaətincə, beynəlxalq təşkilatların, xarici dövlətlərin çağırışlarının, bəyanatlarının hüquqi cəhətdən heç bir əsası yoxdur: “Müharibə aparıb, ərazilərini işğaldan azad etməsinə, terrorçuları zərərsizləşdirməsinə görə Azərbaycana heç kim heç nə deyə bilməz. Bu bəyantlar, çağırışlar olmalıdır. Onların da missiyası bəyanat vermək, çağırış etməkdir. ATƏT-in Minsk Qrupunun missiyası konfliktin dinc yolla həllinə nail olmaqdır, BMT-nin missiyası münaqişələri dayandırmaqdır, millətlərarası münasibətləri tənzimləməkdir. Lakin fakt budur ki, keçən 27 il ərzində bu qurumlar missiyasını yerinə yetirə bilməyib. Azərbaycan da 27 ildir ki, gözləyib, sülh tərəfdarı olduğunu ortaya qoyub. Düşmən yola gəlmirsə, Azərbaycanın haqqı var ki, silah yolu ilə ərazilərini işğaldan azad etsin”.
“Azərbaycana kimsə deyə bilməz ki, Kəlbəcəri, Laçını, Xankəndini, Şuşanı, Ağdamı, Ağdərəni, Qubadlını, Zəngilanı, Xocavəndi və digər işğalda olan ərazilərini alma. Ərazilərimizi işğaldan azad etdikdən sonra da kimsə nəsə deyə bilməz. Proses davam etdirilməlidir, hərbi əməliyyatlar ərazilərimizin tam olaraq işğaldan azad edilməsi ilə sonuclanmalıdır. Yarımçıq şəkildə sülh danışıqları bərpa olunca, əvvəlki vəziyyətdən fərqli heç nə olmayacaq”, - deyə sabiq deputat fikrini yekunlaşdırıb.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də mövcud durumda atəşkəsə qarşıdır: “Bu gün Azərbaycan öz ərazilərində terrorizmə qarşı mübarizə aparır. Dünyanın hər yerində terrorçuluğa qarşı mübarizə silahla aparılır. Necə ki, Avropanın bir çox ölkələrində terrorçuları, separatçıları həbs edirlər, müqavimət göstərəndə öldürürlər, Azərbaycan da separatizmin kökünü kəsmək üçün bu yoldan istifadə edir. Məsələn, İspaniyanın Kataloniya bölgəsinin əhalisinə edilənlərə baxın. Sadəcə, Barselona əhalisi dinc yolla separatçılıq edir, ona görə İspaniya hökuməti silah işlətmir. Lazım gələndə isə Madriddən aparılan polis nəfərləri silah tətbiq edirlər”.
“Bu, eyni məsələdir. Azərbaycanın ərazisində separatçılar baş qaldırıblar, onlara havadarlıq edən Ermənistan işğalçılıq siyasəti aparır, Azərbaycan da separatizmi yatırır, ərazilərini işğaldan azad edir. Separatçılar, terrorçular silahdan istifadə edirsə, biz onların başını sığallamalıyıq? Bizi sülhə, danışıqlara səsləyən dövlətlər dönüb özlərinə baxsın. 27 ildir ki, münaqişənin sülh yolu ilə həllini Minsk Qrupunun öhdəsinə buraxmışıq. Bu illər ərzində isə həmsədrlər heç bir iş görə bilmədilər”, - VİP sədri qeyd edib.
Əliyev xatırladıb ki, hərbi əməliyyatlar Azərbaycanın hüququdur: “Heç kəs ölkəmizin suverenliyinə müdaxilə edə bilməz. Bu gün Azərbaycanı atəşkəsin bərpasına çağıran beynəlxalq təşkilatlar, dövlətlər suverenliyimizə müdaxilə edirlər. Azərbaycan öz ərazilərində separatizmə qarşı mübarizə aparır. Dünyanın hansı yerində separatizmə xoş münasibət var? Göstərsinlər, biz də deyək ki, bəlkə dünya dəyişib?! Necə yəni, mənim ərazim işğaldadır, terrorçular orada yuva salıblar, mən dayanıb baxım?! Elə şey yoxdur!”.
“İndiki şəraitdə uzunmüddətli atəşkəs bərpa edilərsə, sülh danışıqları əvvəlkindən də bərbad olacaq. Sülhə çağırışdır, bəyanatdır – etsinlər, versinlər. Bundan niyə narahat oluruq? Bunlara əhəmiyyət vermədən əməliyyatlar son qarış ərazimiz işğaldan azad olunanadək davam etməlidir. Ermənistanın Baş Naziri Nikol Paşinyan demirdi ki, “gəlin, torpaqlarınızı alın, qorxaq olmayın?!”. Biz də Paşinyanın “xahişini” yerinə yetirib, ərazilərimizi işğaldan azad edirik”, - deyə siyasətçi bildirib.
Ə.Əliyev əlavə edib ki, biz Ermənistanın ərazisinə girmirik, başqa dövlətin ərazisinə təcavüz etmirik: “Öz ərazilərimizin azadlığı uğrunda müharibə aparırıq. Bu hüququ kimsə bizim əlimizdən ala bilməz. Ortaya atırlar ki, xalqların öz müqəddəratını həll etmək prinsipi var. Ermənilər öz müqəddəratını həll ediblər, ərazilərimizdə bir əsr əvvəl dövlət yaradıblar. Bir xalqa neçə dəfə müqəddəratını təyin etmək hüququ verilir?! Sabah Kaliforniya, Marsel, Krasnodar erməniləri məsələ qaldırsalar ki, “öz müqəddəratımızı həll etmək istəyirik”, bu hüququ ABŞ, Fransa, Rusiya tanıyacaq? Əlbəttə, tanımayacaqlar, məhv edəcəklər, ermənilərin kökünü kəsəcəklər. Yenə də deyirəm, Azərbaycan hərbi əməliyyatları ərazi bütövlüyü bərpa olunanadək davam etdirməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
|