Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                 

"Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq" - deputat
Tarix: 16-10-2020, 08:43 | Çap et
"Arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq"
Ölkədə koronavirusla bağlı vəziyyət yenidən gərginləşməyə başlayıb. Belə ki, oktyabrın 14-də ölkədə koronavirus infeksiyasına yeni 369 yoluxma faktı qeydə alınıb. Yoluxma sayının birdən-birə artması xeyli təşviş doğurub. Qeyd edək ki, Quba və Lənkəranda pandemiya ilə bağlı vəziyyət gərginləşdiyi üçün 15 oktyabrdan etibarən qeyd olunan rayonların bəzi kəndlərinə giriş-çıxış dayandırılıb.

Belə ki, Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə, şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Bir neçə gün öncə Sabirabadda da koronavirusla bağlı vəziyyətin gərginləşdiyi haqda məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar rəsmi olaraq öz təsdiqini tapdı və bildirildi ki, oktyabrın 14-dən etibarən Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılır.

Beləliklə, yaranmış vəziyyəti nəzərə alaraq, bir çoxları hesab edir ki, yenidən ölkədə karantin rejimi sərtləşdirilə, SMS icazə yenidən tətbiq edilə bilər.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bu barədə vətəndaşlara çağırış edərək bildirib: “Sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı, ümumilikdə isə ordumuz üçün təhlükə törədir. Hazırkı çətin dövrdə ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm”.

Ölkədə koronavirusun sürətlə artması yenidən Bakıya və bölgələrə giriş-çıxış qadağasını gətirə bilərmi? Ekspertlər mövcud vəziyyəti necə dəyərləndirir?

Mövzu ilə bağlı deputat, tibb elmləri namizədi Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Hələ avqust ayında mütəxəssislər bu barədə öz fikirlərini söyləyirdi. Proqnozlaşdırılırdı ki, oktyabr-noyabr aylarında koronavirusa yoluxanların sayı artacaq. Bu da iqlim dəyişikliyi, havaların soyuması, rütubətli havaların artması ilə bağlıdır. Payız-qışa doğru immunitetin zəifləməsi məsələsi də var. Eyni zamanda son 2 həftədə biz koronavirusla mübarizəni sanki arxa plana keçirdik. Xüsusən cəbhədə uğurlu əməliyyatların olması, vətəndaşlarımızın bu məsələyə münasibəti demək olar ki, koronavirusla mübarizəni bir qədər unutdurdu. ”Hər şey qələbə, cəbhə üçün" deyirik, amma arxada da erməni qədər, bəlkə də ermənidən də təhlükəli olan koronavirusun olduğunu unuduruq".

Musa Quliyev qeyd edib ki, bütün təbliğat vasitələrində koronavirusla mübarizə yenidən ön plana keçməlidir: “Artıq biz mətbuatda, mediada koronavirusla bağlı təbliğat materiallarını görmürük və bu da insanların istər- istəməz sayıqlığını azaldır, gizli və təhlükəli düşməni olduğunu yaddan çıxardır. Bu mənada Qubada və Lənkəranda karantinin rejiminin sərtləşdirilməsi ciddi bir siqnaldır. Nəzərə alsaq ki, bizim tibb kollektivimizin bir hissəsi orduya cəlb olunub, koronavirusla mübarizəyə diqqəti artırmaq lazımdır. Cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə toplantılar çox olur. Məsələn, hərbi xidmətə yola salma, şəhid və yaralıları qarşılanması zamanı bəzən çoxlu sayda insan bir yerə toplaşır. Lakin burada da vətəndaşlar gərəkdir ki, sayıqlığını qorusunlar. Təbii ki, yaxın vaxtlarda tezliklə biz Qarabağı tamamilə işğaldan azad edəcək və zəfər yürüşümüzü qələbə ilə tamamlayacağıq. Lakin eyni zamanda daxildə koronavirusla mübarizəni zəfərlə başa vurmağa çalışmalıyıq və düşünməliyik ki, nə qədər pandemiyanın spesifik müalicəsi tapılmayıb, virus əleyhinə geniş şəkildə vaksin tətbiq olunmayıb, biz öz-özümüzü qoruma tədbirlərindən ciddi şəkildə istifadə etməliyik. Qaydalar da həmişə olduğu kimidir, qapalı məkanlarda maska taxmalı, insanların kütləvi şəkildə toplaşmasına imkan verməməliyik. Xüsusən də nəqliyyat vasitələrində qaydalara riayət etməli, sosial məsafəni gözləməliyik”.

Musa Quliyev qeyd edib ki, əgər Bakıya və bölgələrə giriş-çıxış qadağası yenidən tətbiq olunarsa, bunun yalnız müsbət tərəfləri olacaq: “Əgər qadağa tətbiq edilərsə, bu o deməkdir ki, arxa cəbhədə vətəndaşlarımızı qoruyacağıq”.

Musa Quliyev qeyd etdi ki, ön cəbhədə koronavursun yayılması ehtimalı demək olar ki, yoxdur: “Çünki ordumuzda bu məsələ ciddi nəzarət altındadır. O cümlədən də orduya çağırılan, səfərbərliyə cəlb olunan hər bir gənc koronavirus testindən keçir, müəyyən prosedurlardan sonra kütləvi şəkildə ordu sıralarına cəlb olunur. Bu baxımdan ön cəbhədə təhlükə olmayacaq. Lakin arxa cəbhədə vətəndaşlarımızı koronavirusdan qorumalıyıq ki, vəziyyət daha da gərginləşməsin".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev isə son açıqlamasında bildirib ki, karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac yoxdur:

“Hazırda vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejimini sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar. Hələlik buna ehtiyac yoxdur”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru