"Paşinyan uğradığı məğlubiyyət qarşısında şok vəziyyətinə düşüb" - Partiya sədri
Tarix: 22-10-2020, 12:41 |
Çap et
“Bu gün Ermənistanın taleyi sual altındadır”.
Bunu KONKRET.az–a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
O, qeyd edib ki, heç kim məğlubiyyəti asanlıqla boynuna almır:
“Eləcə də psixoloji problemləri olan Paşinyan da etiraf etmir. O, bir müddət əvvəl “Qarabağ Ermənistandır” deyib meydan sulayırdı. Bu gün nəinki işğal etdikləri Dağlıq Qarabağın, hətta Ermənistanın taleyi sual altındadır. 30 ildə ermənilərin bizə hazırladıqları müdafiə zolağını Azərbaycan 10 günə dağıtdı. Faktiki olaraq bu gün Ermənistan ordusu məhv olub. Paşinyan uğradığı məğlubiyyət qarşısında şok vəziyyətinə düşüb. Çalışır ki, hələ güclü olduğunu öz havadarlarına göstərsin. O, öz aləmində mesaj verir ki, kömək edin, biz də sizin maraqlarınızı regionda təmin edək. İkiüzlülük Paşinyanın son cəhdləridir. Heç bir zaman Ermənistana inanmamalıyıq. Bütün ərazilərimiz ermənilərdən təmizlənməlidir. 1988-ci ildən bu yana yerləşdirilən ermənilər də torpaqlarımızdan çıxarılmalıdır. 1988-ci ilə qədər qeydiyyatda olan ermənilərdən kimsə Azərbaycanın vətəndaşlığını qəbul edib, bizim qanunlarla yaşaya bilər. Əgər qanunlarımızı qəbul etməyəcəklərsə, onları da Azərbaycan torpaqlarından çıxarmalıyıq”.