"Yəni o nə erkəkdir, nə də dişi" - Partiya sədri
Tarix: 24-10-2020, 08:57 | Çap et
Ötən gün Roma Papası dünyanı silkələyəcək bir açıqlama verdi. Belə ki, Papa Fransisk eynicinsli nikahların leqallaşmasına tərəf çıxıb. Onun sözlərinə görə, LGBT üzvləri də ailəyə sahib olmaq hüququna malikdirlər.
Bu barədə Papa öz həyatından bəhs edilən “Francesco” sənədli filmində danışıb: “Homoseksuallar ailəyə sahib olmaq haqqına sahibdirlər. Onlar da Allah bəndəsidirlər, ailəyə sahib olmaq hüququna malikdirlər. Heç kim buna görə təcrid edilməməli və bədbəxtliyə düçar olmamalıdır”.
Papa əlavə edib ki, o, bu cür vətəndaş birlikləri barədə qanunları dəstəkləyir.
Xatırladaq ki, Roma Papası bundan əvvəl də bütün kilsə tabularını qıraraq homoseksuallara dəstək nümayiş etdirib. Məsələn, 2015-ci ildə Papa vaxtilə kilsənin qovduğu ispan əsilli transseksualı və onun qadın sevgilisini Vatikanda qəbul etmişdi.
Hələ 2013-cü ilin mart ayında “Mən kiməm ki, eynicinsləri mühakimə edim” deməklə bütün diqqətləri üzərində cəmləmişdi. Məlumata görə, Papa hələ Argentinada kardinallıq edərkən Müqəddəs Cümə günü şərəfinə transseksualların ayağını yuyub. O, Həzrəti İsanın 12 havarisinin ayaqlarını yuması mərasimini xatırladan ayində peyğəmbərin trans fərdlərin də ayaqlarını yuduğunu da deyirmiş. Papa Fransiskin “Kilsənin qapıları eynicinslilərə və boşananlara, digər qovulanlara açıq olmalıdır” təklifi Yepiskoplar Məclisindəki mühafizəkar din adamlarının müxalif çıxması səbəbindən qəbul edilməmişdi.
Qeyd edək ki, dünyada mövcud olan bütün dinlərdə eynicinslərin evlənməsi birmənalı şəkildə qəbuledilməz sayılır. Bəs Roma Papasının bu cür davranışının səbəbi nədir?
Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür rəy bildirdi: “Əgər bu məsələnin yaxşı tərəfi olsaydı bu günə qədər insanlıq tarixində bu məsələyə müsbət baxılardı. Lakin məlum olduğu kimi, eynicinsli insanların birlikdə olması bütün tarixlərdə bütün xalqlarda hamı tərəfindən neqativ qarşılanıb. Elə xristian dininin özündə də bütün dinlərdə olduğu kimi, bu məsələyə yaxşı münasibət olmayıb. İndi ortalığa çıxıb burada nəsə məntiq axtarmaq doğru hal deyil. İndi şahidi oluruq ki, orentasiyası dəyişik olan uşaqların, gənclərin sayı çoxalıb. Çoxları bunu onunla izah edir ki, əvvəllər də bu cür məsələlər var idi, sadəcə indi leqallaşdırıldığı üçün daha çox artıb. Deyim ki, bu səhv düşüncədir. Özüm bir sosioloq olaraq bu sahədə çoxlu təhlillərim olub. Niyə dünyada bu cür gənclər çoxaldı?
Qurani-Kərimdə belə bir ayə var: “Həyat yoldaşınıza Allahın buyurduğu yerdən yaxınlaşın”. Məlum olduğu kimi uşağın təlim-tərbiyəsinin istənilən mərhələsində ananın rolu böyükdür. Uşağin həyatının formalaşmasında 3 mühüm amil var. Onlardan biri uşağın ana bətnində keçdiyi həyatdır. Ana hansı hisslər keçirirsə onu bətnində olan uşağına impuls şəklində göndərir və uşaqda aktivlik yaranır. İndi Avropa mədəniyyəti ucbatından kişilər bəzən qadınları ilə Allahın buyurduğu yerdən deyil, başqa kənar münasibətdə olur. Nəticədə doğulan oğlanlar arasında transseksual yönümlü uşaqlar çox olur. Çünki ana bətnində olarkən ananın davranışları nəticəsində orentasiyasında dəyişikliklər yaranır. Bu da Avropa mədəniyyətinin təsiri altında baş verən bir şeydir. Beləliklə, cəmiyyətdə də bu cür insanların sayı artdıqca onlar ictimai rəy yaratmağa, nəsə tələb etməyə başlayırlar. Tələb çoxaldıqca da marəsiz qalıb, onların evliliklərini, açıq-aşkar birlikdə münasibətlərini qəbul etməyə başlayırlar.
Deyərdim ki, Roma papası da vəziyyətdən çıxış yolu kimi bu cür aşıqlama verib. Əslində Roma Papası bu açıqlamaları verərkən din xadimi kimi deyil, sosioloq kimi davranıb. Yəni problem böyük olduğu üçün bu vəziyyətdən bu cür çıxmağa çalışıb. Halbuki bu cür açıqlamalar verməzdən əvvəl din xadimi olaraq başqa şeyləri deməli idi, amma deyə bilmir. Beləliklə də hazırda belə bir axmaq vəziyyət yaranıb. Məsələn mən Hollandiyada çox olmuşam. Amsterdamın mərkəzində bir yer var, oradan keçəndə görürsən ki, transeksualların klubları var, yığışıblar ora. Kimisi şahmat oynayır, kimisi başqa əyləncə ilə məşğuldur. Bunların hamısı Avropa mədəniyyətinin üzə çıxan tərəfləridir.
Amma Azərbaycan xalqının öz qədim adət-ənənələri, eyni zamanda dinimiz olan İslamın öz tələbləri var. Bu dəyərlərlə yaşamaq, onlara əməl etmək daha doğrudur. Gələcəkdə bu cür insanların çoxalması mənəvi dəyərləri aşındırır. Mənəvi dəyərlər aşınanda isə cəmiyyətdə xaos yaranır. Ümumiyyətlə, bütün dini kitablar, təkamullərdə hər zaman yazılıb, qeyd olunub, vurğulanıb ki, cəmiyyətlərdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər öndə olanda bütün problemləri tənzimləmək olur. Eyni cinslilərin evlənməsi və münasibətləri bunlar cəmiyyətdə mənəvi dəyərlərə zərbə vurur. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı dərin sosioloji təhlilərə, tövsiyələrə böyük ehtiyac var".
İlahiyyatçı Emil Rahiloğlu isə qeyd etdi: “Bildiyiniz kimi, İslam dinində bu mövzu birmənalı olaraq qadağandır. Dini yaradan Allah insanı çox gözəl tanıdığı üçün həm psixoloji, həm fiziki cəhətdən bizi bu cür yaradıb. Buna görə də bilir ki, nəyə qadağa qoyub, nəyə yox. Eynicinslilərin evlənməsinə icazə verilməsində gəldikdə isə, bunu Roma Papası demir, kim deyir-desin, bu dində qadağandır. Ümumiyyətlə, istənilən İbrahimi dinlərdə, o cümlədən İslamda, xristanlıqda, yəhudilikdə bu konkret olaraq qadağandır. Roma Papası həmin açıqlamaları ilə sadəcə özü üçün humanizmlik sərigləyir. Yəni bu, artıq onun şəxsi nəzəridir. Bu nə xiristinalığın, nə də hansısa dinin nəzəri deyil”.
İxtisasca həkim olan ADP partiyasının sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, istənilən dində eynicinslərin münasibəti qadağandır: “Bu, böyük günah kimi zinanın bir formasıdır. Lakin qeyd edim ki, təbiətdə heyvanlar aləmində də transseksuallıq var. Bunu ibtidai canlılarda da görmək olur. Məşhur bir psixoloq var. O deyir ki, inkişaf tam formalaşıb, başa çatmayıb. Əvvəllər ibtidai cins olmayıb. Sonradan ikicinslilik olub, yəni dişi və erkək. Bunu yaranması üçün də əvvəlcə xarici, sonra isə daxili mayalanma olub. İnkişaf dünyanın sonunda başa çatacaq. O qeyd edib ki, gələcəkdə tamamilə başqa, yeni cinslər ortaya çıxacaq. Hansı ki, biz bunu artıq ABŞ-da görürük. ABŞ-da orta cins deyilən bir cins yetişdirilir. Yəni o nə erkəkdir, nə də dişi. Burada da məqsəd daha çox məhsuldarlıq əldə etməkdir. Amma eynicinsli insanların evlənməsi, bunun rəsmiləşdirilməsi dində qadağandır. Hətta eynicinsli insanların bunu hər kəsin gözü önündə etməsi, onu ictimailəşdirməsi cinayətdir. Təbii ki, bu problemi tibbi yolla, tərbiyə ilə, cəza üsulu ilə aradan qaldırmaq mümküü deyil. Amma bir daha qeyd edirəm ki, bunu yaymaq, təbliğ etmək, Qurani-Kərimdə də deyildiyi kimi, ictimailəşdirmək böyük günahdır”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
|