"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                 

"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq" - deputat
Tarix: 28-10-2020, 08:13 | Çap et
"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq"
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən görür. Türkiyə mediasından tutmuş, ən yüksək rəhbərliyinə qədər, birmənalı şəkildə Azərbaycanı dəstəkləməkdədir. Bu dəstəyə görə ermənipərəstliyi ilə tanınan bəzi ölkələr Türkiyəni sanksiyalarla belə hədələməkdən çəkinmirlər.

İqtisadçı-ekspert, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan vətəndaşlarını qardaş ölkəyə dəstək üçün öz vəsaitlərini Türkiyəyə yatırmağa çağırıb: “Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur”.

V.Bayramovun sözlərinə görə, Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür: “Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin ”Bir millət, iki dövlət" birliyinə hamımız töhfə verək"!

Qeyd edək ki, koronavirus pandemiyasının təsiri ilə bütün dünyada xarici investisiyaların kəskin azalması müşahidə olunur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən bu ilin yanvar-iyun aylarında dünyada birbaşa xarici investisiyaların həcmi koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər səbəbindən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalıb.

Hesabatda bildirilir ki, 2020-ci ilin ilk yarısında qlobal xarici investisiyalar axını COVID-19 pandemiyası səbəbindən ciddi təzyiq altında qaldı. 2019-cu illə müqayisədə onların həcmi 49 faiz azalaraq 399 milyard dollar təşkil edib.

Azalma birbaşa xarici investisiyaların bütün əsas növlərinə toxunub. Belə ki, yeni elan edilmiş investisiya layihələrinin sayı 37 faiz, transsərhəd birləşmə və satınalmaların sayı 15 faiz, infrastruktur investisiyalarının vacib mənbəyi olan sərhədyanı layihələrin maliyyələşdirilməsi üzrə elan edilən əməliyyatların sayı isə 25 faiz azalıb.

Ən böyük azalma inkişaf etmiş ölkələrdə müşahidə olunub. Belə ki, bu ölkələrə birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci yarısında 75 faiz azalaraq 98 milyard dollar təşkil edib. O cümlədən Şimali Amerikanın yüksək inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrinə birbaşa investisiyalar 56 faiz azalaraq 68 milyard dollara düşüb.

Asiyada isə əsasən Çinin hesabına investisiyaların azalma sürəti aşağı olub - cəmi 12 faiz. Keçid iqtisadiyyatına malik ölkələrdə birbaşa xarici investisiyalar əsasən Rusiyadakı kəskin azalma hesabına 81 faiz kiçilib.

İnkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların axını 16 faiz azalıb. Bundan əlavə, Afrikaya xarici investisiyaların axını 28 faiz, Latın Amerikası və Karib dənizinə 25 faiz azalıb.

Hesabatda 2020-ci ilin yekununda dünyada birbaşa xarici investisiyaların həcminin əvvəl proqnozlaşdırıldığı kimi, 30-40 faiz azalacağı bildirilir.

Bu hesabat göstərir ki, Türkiyəyə xarici investisiyaların azalmasının mühüm səbəblərindən biri pandemiyadır. Nəzərə alaq ki, ötən ilin yekununda Türkiyənin ixracı 2018-ci ildəki rekordunu 2 faiz üstələyərək 180,5 milyard dollara yüksəlmişdi. Bu fonda idxalın kəskin azalması nəticəsində ölkənin xarici ticarət kəsiri az qala ikiqat azaldı - 54,3 milard dollardan 29,9 milyard dollara. Bu nəticələr bütün beynəlxalq maliyyə-iqtisadi təşkilatların 2020-ci ildə Türkiyə iqtisadiyyatında dünyada ən yüksək səviyyədə - 5-7 faizlik artım proqnozlaşdırmasına səbəb olmuşdu. Ötənilki 35 faiz azalmaya qarşılıq bu il üçün qardaş ölkəyə xarici investisiyaların 15 milyard dollar həcmində olacağı gözlənilirdi. Lakin koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Türkiyədə iqtisadiyyata ciddi zərər vurdu.

Sırf koronavirus pandemiyasının təsiri ilə Türkiyədə bu ilin ikinci rübündə 9,9 faizlik iqtisadi daralma qeydə alınıb. Daralma sənaye sektorunda daha yüksək olub - 16,5 faiz.

İlin ilk iki rübündə Türkiyə iqtisadiyyatı pandemiyanın mənfi təsirini daha çox hiss etsə də, üçüncü rübdən vəziyyət xeyli yaxşılaşıb. Bunun nəticəsində "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyədə bu ilin yekununda gözlənilən iqtisadi azalma proqnozunu yaxşılığa doğru dəyişib: 3,9 faiz əvəzinə 3,2 faiz.

Türkiyə hökuməti bu ili iqtisadiyyatın 0,3 faiz böyümə ilə başa vuracağını proqnozlaşdırır. Ölkənin maliyyə naziri Berat Albayrakın sözlərinə görə, 2021-ci ildə pandemiyanın təsiri ilə azalan tələbin yenidən artması nəticəsində Türkiyədə iqtisadi artım 5,8 faizə qədər yüksələ bilər. Pandemiya davam edərsə, bu rəqəm 3,7 faiz ola bilər.

Azərbaycanın 2019-cu ilin sonunadək Türkiyəyə yatırdığı investisiyanın həcmi 17 milyard dollar təşkil edib. SOCAR-ın bu ölkə ilə bağlı yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, SOCAR vasitəsilə yatırılan investisiyaların həcmidir.

Özəl sektorun, sadə vətəndaşların sərmayələri bura daxil deyil. Özəl sektor və sadə vətəndaşların Türkiyədə yatırımları da kifayət qədər yüksək həcmdədir. Bu ölkədə azərbaycanlıların Türkiyədə ən çox vəsait qoyduğu sahələrdən biri daşınmaz əmlakdır. Türkiyə Statistika Qurumunun məlumatına görə, yanvar - 2015 - avqust - 2019 dövründə azərbaycanlılar bu ölkədə 4 min 328 mənzil alıblar. Təkcə bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 mənzil əldə edib. Bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 65 mənzil və ya 55,08 faiz çoxdur. Ümumilikdə isə yanvar-sentyabr aylarında 883 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 54 ədəd və 6,51 faiz çoxdur.

Daşınmaz əmlakdan əlavə, azərbaycanlılar Türkiyədə ticarət, xidmət, nəqliyyat sahələrinə də həvəslə investisiya yatırırlar. Bu baxımdan, millət vəkilinin təklifi Azərbaycan vətəndaşlarının qardaş ölkəyə yatırımlarının daha da artmasına gətirib çıxara bilər.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru