"Qarabağda Azərbaycan, Türkiyə və İsraillə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var" - deputat
Tarix: 13-11-2020, 08:19 | Çap et
Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunması 2021-ci ildən başlayaraq dövlət xərclərinin kəskin artımını şərtləndirəcək. Həm azad olunan ərazilərin bərpası, həm orduya əlavə cəlb olunan heyətin təminatı, həm də hərbi əməliyyatlar ciddi xərclər tələb edir.
Məlumdur ki, Prezident İlham Əliyevin tapşırığı əsasında artıq müxtəlif nazirliklər ərazilərin bərpası, iqtisadiyyatın inkişafına dair vahid plan üzərində işləməyə başlayıblar. Eyni zamanda azad olunan ərazilərdə elektrik enerjisi, qaz, su təchizatı sisteminin yaradılması istiqamətində işlərə başlanıb.
Azərbaycan hökumətinin Qarabağın iqtisadi-mədəni inkişafına dair ciddi planları var. Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Orucun dediyinə görə, işğaldan azad edilmiş ərazilərlə bağlı yeni yaradıcı yanaşmalar mövcuddur: “Bu istiqamətdə bir sıra təkliflər var. Bunlar Milli Konservatoriyanın Şuşaya köçürülməsi, burada Məclisi-Üns Natəvan divanının təşkil edilməsi, Qarabağda Silikon Vadisində mövcud olan yüksək texnologiyaların, startapların qurulması, Xankəndində ox, kaman kimi bədii kompozisiyaların yaradılmasıdır”.
Bununla yanaşı, Qarabağda Dövlət Universitetinin, Azad İqtisadi Zonanın yaradılması, “Qarabağı yenidən quraq”, “Min ağ dam” adlı layihələrin həyata keçirilməsi, Qarabağda son 100 il ərzində qəhrəmanlıq göstərmiş şəxslərin büstlərinin yaradılması, işğaldan azad edilmiş zirvələrdə azadlıq məşəllərinin yaradılması ilə bağlı təkliflər də var: “Xankəndində Beynəlxalq Transplantasiya Mərkəzinin yaradılması, Xocalıdan Kahramanmaraşa və Təbrizə aviareysin açılması, Kəlbəcər Qış-Turizm Mərkəzinin yaradılması, Qarabağda Azərbaycan, Türkiyə və İsraillə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var”.
Göründüyü kimi, ölkə rəhbərliyinin azad olunan torpaqların dirçəldilməsi ilə bağlı çoxsaylı və geniş planları var. Bu planların icrası isə böyükhəcmli vəsait qoyuluşları tələb edir. Aydın məsələdir ki, qısamüddətli dövrdə - müvafiq infrastruktur olmadan ərazidəki bərpa işlərinə xarici investisiya cəlb etmək mümkün olmayacaq. Bu baxımdan, ən azı yaxın 1-2 il ərzində xərclərin böyük qismi Azərbaycanın özü tərəfindən qarşılanacaq. Bu isə 2021-ci ilin dövlət büdcəsinin sentyabrda açıqlanan ilkin parametrlərinin kəskin dəyişəcəyindən xəbər verir.
Qeyd edək ki, ilkin parametrlərdə gələn il üçün dövlət büdcəsi gəlirlərinin 24 milyard 327 milyon manat, xərclərinin isə 25 milyard 847 milyon 500 min manat olacağı proqnozlaşdırılırdı. Gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatının neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatının qeyri-neft sektorundan əldə olunacağı planlaşdırılırdı. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəkdi. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin ən azı gələn ilin birinci yarısında da davam edəcəyi gözləniləndir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 30,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib.
Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş verib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,5 faiz artıb.
Sənaye istehsalı ilə bərabər, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarında da azalma var. Qurumun açıqladığı məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 269 milyon 642,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 825 milyon 697,3 min manat təşkil edib. ƏDV üzrə daxilolmalar isə 7,4 faiz azalaraq 2 milyard 298 milyon 322,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 10 ayı ərzində daxilolmalar 46,9 faiz azalaraq 115 milyon 277,1 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 30 milyon 345,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,1 faiz azdır.
Bu ilin oktyabr ayında Komitənin xətti ilə dövlət büdcəsinə 314 milyon 407,0 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4 faiz az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,4 faiz çoxdur.
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycanın gələnilki dövlət büdcəsinin parametrlərində dəyişiklik olunacağı realdır: “Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsinin layihəsinin hökumətdə işlənməsi demək olar ki, başa çatmışdı, layihənin Milli Məclisə göndərilməsi qərara alınmışdı. Lakin Azərbaycanda Vətən müharibəsi başlandı və Milli Məclisdə müzakirələr yubandı. Büdcə layihəsində hər hansı dəyişiklik olunsa belə, düşünürəm ki, onun icrasında problemlər yaranmayacaq. Əvvəla, düşünmürəm ki, büdcədə neftin baza qiyməti 35 dollardan yüksək götürülsün, çünki bu, ən optimal yanaşmadır. Büdcə bu qiymət parametrləri üzrə hesablanarsa, onun icrasında ciddi bir çətinlik olmayacaq. Çünki neft bazarında vəziyyət kifayət qədər ümidvericidir. Bir tərəfdən, OPEK+ ölkələri hasilatın mövcud azaldılma səviyyəsini saxlamaq istiqamətində müzakirələr aparırlar. Razılaşmanın iki aparıcı tərəfi - Rusiya və Səudiyyə Ərəbistanı bu məsələdə birgə hərəkət edirlər hər ikisi hasilatın indiki azalma səviyyəsinin saxlanmasına tərəfdardır. İkinci tərəfdən, koronavirus infeksiyasına qarşı effektiv peyvəndin əldə olunması istiqamətində ciddi uğurlar əldə olunmaqdadır. Bu isə pandemiyanın dünya iqtisadiyyatında yenidən qapanmaya gətirməsi ehtimalını daha da azaldır. Dünya iqtisadiyyatında yenidən qapanma olmasa, neftə tələbat da tədricən artacaq və bu da bazarda qiymətlərin kəskin ucuzlaşmasının qarşısını alacaq”.
Ekspertə görə, torpaqların işğaldan azad olunması Azərbaycanda tamamilə fərqli reallıqlar formalaşdırıb: “Qarşımızda azad olunan ərazilərin bərpası kimi mühüm vəzifə var. Bu baxımdan, dövlət büdcəsinin xərc parametrlərində dəyişikliklərin olunması kifayət qədər realdır. Ona görə də hökumətin büdcə layihəsinə yenidən baxması, o cümlədən Dövlət Neft Fondundan büdcəyə transfertin həcminin artırılması gözləniləndir. Hətta ola bilər ki, fonddan transferti artırmadan, büdcənin bəzi xərclərinin ixtisarı ilə yaranacaq yeni xərcləri qarşılamaq mümkün olsun. Bütün bunlar o demək deyil ki, gələn il dövlət büdcəsinin icrasında hansısa çətinlik, problem yaranacaq”.
P.Heydərovun fikrincə, hökumət işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası üçün yetərincə maliyyə vəsaiti cəlb edə biləcək: “Yəqin ki, bununla bağlı xüsusi dövlət proqramı işlənəcək. Proqramın icrası həm öz vəsaitlərimiz, həm də cəlb olunacaq kreditlər və investisiyalar hesabına təmin ediləcək. Ərazilərin bərpasından əlavə, hökumət qarşısında döyüşlər zamanı şəhid olan, yaralanan vətəndaşlarımızın sosial-iqtisadi təminatı vəzifəsi də durur. Mən deyərdim ki, ölkə rəhbərliyi bu məsələni özünün əsas prioritetlərindən biri kimi qəbul edib. Hesab edirəm ki, bununla bağlı da dövlət tərəfindən ayrıca proqram hazırlanmalıdır. Bütün bu işləri yerinə yetirmək üçün dövlət büdcəsinin icrasında problemlərin olmasını gözləmirəm. Baxmayaraq ki, koronavirus pandemiyası iqtisadiyyatın 5 faizə yaxın kiçilməsinə, gəlirlərin azalmasına gətirib çıxarıb, üstəlik, 44 günlük müharibə ciddi xərclər hesabına başa gəlib, 2021-ci ilin dövlət büdcəsi ilə bağlı hansısa təlaşa lüzum görmürəm”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
|