"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq" - ekspert
Tarix: 14-11-2020, 09:05 | Çap et
Noyabrın 10-da Azərbaycan-Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə əksər politoloqların bir həftə öncəyə qədər əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapıb. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq.
Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.
Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə malik bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna alternativ ola, onun əhəmiyyətini azalda bilər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiyə Naxçıvan Muxtar Respublikasına dəmir yolu inşa etməyi planlaşdırır. “Azərbaycanda yeni proseslər fonunda biz Naxçıvan istiqamətində dəmir yolu çəkməyi planlaşdırırıq”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq nazir Fikrət Yusifov vurğuladı ki, Mehri dəhlizi və BTQ layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla bölgə dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvan sərhədlərinə qədər gəlib çatması nəzərdə tutulurdu və bu layihə bəyənilmişdi. Orada artıq çoxdandır işlər gedir. O dəmiryolunun Naxçıvan sərhədinə qədər uzadılması və Türkiyə üzərindən keçən böyük bir dairəvi yolun əmələ gəlməsi deməkdir.
Bu da təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcək amil olacaq. Bu gün Mehri üzərindən dəhlizin açılması da o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Nəticədə yükdaşımalar üçün nəqliyyatın ən sərfəli yolu olan dəmiryolu ilə yüklərin daşınmasına səbəb olacaq ki, bölgədəki dövlətlərin iqtisadiyyatına da müsbət təsir göstərəcək”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bu dəhliz təkcə Azərbaycan üçün yox, ümumiyyətlə bölgə üçün çox əhəmiyyətlidir: “Bu günlərdə Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu çoxmaraqlı çıxış elədi. O, Anadolu agentliyinə müsahibəsində dedi ki, artıq İğdır-Naxçıvan-Bakı dəmiryolunun layihəsi hazırdır. Türkiyə ilə Naxçıvan arasında dəmiryolu yaradılır, yerdə qalan hissə bərpa edilir. Çünki sovet dövründə dəmiryolunun o hissəsi var idi. Bununla yanaşı, Bakı-Tiflis-Qars dəmiryolu da mövcuddur. Bu iki xətt imkan verir ki, Türkiyə Azərbaycana öz yükdaşımlarını, o cümlədən sərnişin daşımlarını həyata keçirsin. Azərbaycanla iqtisadi əlaqələrində məkana uyğun olaraq daha çevik, daha adekvat manevr imkanları qazansın. Bundan əlavə, neçə illərdir layihə şəklində şimal-cənub dəmiryolu layihəsini, yəni Rusiya-Azərbaycan-İran dəmiryolunu gerçəkləşdirməyə çalışırıq, bizdən asılı olmayan səbəblərdən İran üzərindən Qəzvin-Rəşt-Astara dəmiryolunu gerçəkləşdirmək yubanır. İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra o layihəni icra edən Qərb şirkətləri İranı tərk etməyə məcbur olmuşdular. Naxçıvandan Təbrizə və Tehrana dəmiryolu mövcud olduğundan, biz real olaraq birbaşa bu xətdən istifadə etmək imkanı qazanırıq”.
İ.Şabanın sözlərinə görə, bundan əlavə, biz həm də quru avtomobil yolu ilə Naxçıvana birbaşa çıxış imkanı, o cümlədən Naxçıvanın təminatını gücləndirmək imkanı əldə edirik: “Müstəqillik illərində biz Naxçıvanın təminatı üçün nə qədər böyük əziyyətlər çəkdik, Naxçıvanın enerji təminatı üçün də Azərbaycan qonşu ölkələrin ərazisindən istifadə etməli, bunun üçün əlavə xərclərə getməli olur. Ötən il Azərbaycan və Türkiyə hökumətlərinin Bakıda keçirilən yüksək səviyyəli görüşün nəticəsi olaraq, Rəcəb Tayyib Ərdoğan Qars-İğdır-Naxçıvan magistral qaz kəməri layihəsini təklif etmişdi. Bununla da Azərbaycan Naxçıvanın enerji təminatının şaxələndirilməsini həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq. Bu, çox böyük əhəmiyyətə malik bir layihə olardı”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
|