Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                 

“Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq”
Tarix: 21-11-2020, 09:12 | Çap et
“Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq”
Azərbaycan Ordusunun hərbi paradla Ağdama daxil olması zəfər tariximizdə yeni salnamə açır. Ağdamın, eləcə də digər rayonlarımızın azadlığa gedən “yol xəritəsi” şərəfli olduğu qədər də çətindir.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən hərbi ekspert Ruslan İmamquliyev bir çox nüanslara diqqət çəkib.

- Azərbaycan əsgərinin bir güllə belə atmadan işğaldan azad olunan Ağdam şəhərinə daxil olmasını necə qiymətləndirirsiz?

-Mən Ağdamın azad edilməsini rəşadətli ordumuzun bundan əvvəl əldə etdiyi nailiyyətlərinin nəticəsi kimi qiymətləndirirəm. Ordumuzun Cəbrayil, Qubadlı, Zəngilan, Füzuli və Şuşa şəhərlərində öz qanı bahasına əldə etdiyi nailiyyətləri sayəsində Ermənistan fakt qarşısında qoyuldu. Artıq bu, Qarabağın tamamən azad olunacağını və orda illərdir yerləşmiş, möhkəm istehkamlar qurmuş düşmən qüvvələrinin məhv ediləcəyi demək idi. Düşmən kapitulyasiyaya cəlb olundu və Azərbaycan ərazilərindən çıxmaqla bağlı üçtərəfli bəyanata imza atmağa məcbur edildi. Təbii ki, bəyanata əsasən işğalçının bölgəni tərk etməsinə zəmanət yaradan sülhməramlı qüvvələrin regiona gətirilməsi zərurəti yarandı. Çünki erməni hərbçiləri düçar olduğu bu ağır məğlubiyyətdən və Azərbaycan ordusunun dəmir yumruğunun zərbəsindən vahiməyə düşərək, sülhməramlının gəlişinə imza atmaqla, həm də özünün fiziki müdafiəsinin təminatını yaratmaq istədi. Hesab edirəm ki, bu gün Azərbaycan Ordusunun Ağdama daxil olması orduda əldə olunmuş yüksək nailiyyətdir.

Biz Ağdama xəritədə baxsaq, görərik ki, döyüşlər nəticəsində həm şimaldan, həm də cənubdan ciddi nailiyyətlər əldə olunmuşdu. Xocavəndin azad olunması qüvvələrimizi Xankəndinin sərhəddinə yaxınlaşdırmışdı. Eləcə də Şuşanın azad olunması, Kəlbəcəri artilleriya zərbələri ilə nəzarətdə saxlaya bilməyimiz, Laçın koridorunun yaxınlığında əks-hücumlar nəticəsində əldə olunmuş nailiyyətlərimiz ermənilərin hər tərəfli təminat zolağının kəsilməsi demək idi. Düşmənin bir yol qalırdı; bölgədəki xüsusən də Ağdam, Xocalı istiqamətindəki qüvvələrini geriyə çəkmək... Əgər geri çəkilməsəydilər, mühasirəyə alınacaqdılar və bu bəyanatı imzalamaqdan başqa düşmənin başqa çıxış yolu qalmırdı.

- Siz sonrakı təmizləmə prosesinin Kəlbəcər və Laçında necə keçiriləcəyini düşünürsüz?

-İşğal altında olan rayonlarımızın sadəcə hərbi yolla azad olunmasını arzulamaq və yaxud da düşünmək sadəlöhv yanaşma olardı. Çünki o bölgələrdə mülki əhalinin olmasını və uzun illər ərzində Ermənistan və erməni havadarlarının apardığı informasiya, diplomatik müharibəni nəzərə alsaq, mütləq diplomatik güc alətindən də istifadə olunmasına gərək var idi. Biz bundan uğurla istifadə edə bildik. Bəli, bu gün haqlı olaraq insanlarda bir tədirginlik var. Bu, Rusiya sülhməramlıların burdakı iştirakı və bizim 1992-94-cü ildə yaşadığımız təcrübələrdən qaynaqlanan bir mənzərədir. Amma nəzərə almaq lazımdır ki, bunun da qarşısını almaq, balanslı diplomatik siyasət qurmaq üçün o bölgədə Türkiyəyə məxsus qüvvələrin olması müəyyən edilib. Zamanla Türkiyə qüvvələrinin regiona gəlişinə qarşı çıxışlar edildi. Amma son olaraq Rusiya prezidenti Putin müsahibələrində sülhməramlıların nəzarət mərkəzində Türkiyənin də iştirak edəcəyini təsdiqlədi. Və bu gün Türkiyənin bir dost, qardaş ölkə olaraq öz hərbçilərini regiona göndərməsi o deməkdir ki, artıq o bölgədə bizim qarantımız var. Bundan əvvəl Suriyada, Rusiya-Türkiyə qarşılıqlı münasibətlərindən doğan ortaq əməliyyatlar aparılıb və Türkiyənin iştirakı ilə hadisələrin nə dərəcədə ədalətli həyata keçirdiyi ortadadır. Ona görə də tədirgin olmağa ehtiyac yoxdur. Daha önəmli olan məsələ budur ki, biz bu gün döyüşlərdə bir daha sübut etdik ki, bizim güclü, dəmir yumruqlu ordumuz var. Əgər hər hansı bir halda problem yaranarsa, o öz zərbəsini vurmağa hazırdır. Putin də öz çıxışında qeyd etdi ki, bu gün Ermənistan siyasi hakimiyyətinin dəyişməsi və yeni hakimiyyətin bu bəyanatı tanımaması onlar üçün özlərinə sui-qəsd olar. Biz bunun xüsusi olaraq qeyd olunduğunu gördük. Ona görə də bundan sonra bizim edə biləcəyimiz iş, Azərbaycan xalqının milli iradə ətrafında bir güc birliyini göstərməsi, Ordu quruculuğunun daha da təkmilləşdirməsi, o bölgədə infrastruktrun inkişaf etdirilməsi və o bölgəyə tam yerləşə bilməkdir. Erməni işğalçılarının həmin regionu tərk etməsi o demək deyil ki, hər şey bitdi. Təbii ki, o bölgənin minadan təmizlənməsi, müxtəlif təxribatları olacaq. Bu təxribatların qarşısını almaq üçün Azərbaycan ordusu, Azərbaycanın bir sıra nazirlikləri, güc struktirları artıq öz fəaliyətlərini görmək üçün daha təmkinli və daha diqqətli olmalıdırlar.

Kəlbəcər və Laçın da Ağdam kimi azad olunacaq. Biz adı çəkilməyən digər bütün torpaqlarımızın Azərbaycan əraziləri olduğunu əvvəldən də bəyan etmişdik. Dünya ərazilərimizi, onun bütövlüyünü tanıyır. Bundan əvvəl də 4 bəyanat verilmişdi. Biz sadəcə 44 günlük müharibədə bu bəyanatın tələblərini və öz ərazi bütövlüyümüzü təmin etmək üçün üzərimizə düşəni etdik. Burda siyasət araya girdi. Amma bu o demək deyil ki, biz ordunun gücündın imtina edirik. Hər hansı bir təxribat olacaqsa, onun qarşısını ala bilmək üçün güc orqanlarımız səfərbərdir və ordu quruculuğunda da Ali Baş Komandan dediyi kimi istənilən lazımı yenidənqurma işləri davam etdiriləcək.

- Ruslan müəllim, Qarabağla bağlı mübahisəli nüanslar daha çox Xankəndi ilə bağlı meydana çıxır. Bir tərəfdə Azərbaycan ordusunun qalibiyyəti, zəfəri, digər tərəfdə düşmən, sülhməramlı qüvvələr və onların Xankəndində erməni xunta rəhbərliyi ilə görüşlələri, ermənilərin Xankəndinə köçürülməsi Qarabağdan Azərbaycan ictimaiyyətinə narahatlıq doğurucu mesajları ötürməkdədir. Bu duruma Ağdamın, Kəlbəcərin, Laçının azad olunmasına baxsaq, Xankəndimizin sonrakı həyatını necə təsəvvür etməliyik?

- Ortaya çıxan bu cür nüanslar, erməni xuntanın, rus sülhməramlıları ilə görüşmələri, kimlərinsə bayraqlarının orda asması hamısı informasiya müharibəsi istiqamətində aparılan təxribatdır. Bunların bir çoxu da feyk məlumatlardır. Mən sizə əminliklə deyirəm: bu ermənilərin içinə o qədər xof yerləşdirilib ki, o qorxunun təsirindən çıxa bilmirlər. Ermənilər bir uşağı yetişdirərkən türkü, azərbaycanlını bir türk olaraq düşmən kimi təlqin edirlər. Düşünmürəm ki, bu şəkildə yetişdirilmiş bir erməni uşaq və o hisslə böyüyən orta yaşlı erməni orda qalıb axıra qədər yaşasın. Onları məcbur etsələr belə, yaşamaq istəməyəcəklər. Çünki onları bizə düşmən ruhunda böyüdüblər. Lakin hətta yaşasalar da, istənilən halda Azərbaycan qayda-qanunlarına uymalı olacaqlar. Çünki o coğrafiyadakı bütün ordu birləşmələrimiz, daxili qoşunlarımız, dövlət təhlükəsizlik xidməti orqanları o yerlərdə də xidmətini quracaq. Yaşamaq istəyəcəklərsə, yaşasınlar. Yenə də bütün güc strkturlarımız asayişi təmin etdikdən sonra onlar orda heç bir şey edə bilməzlər.

Siz düşünməyin ki, bu döyüşün gedişində təxribatlar təkcə müharibə bölgəsində oldu. Düşmənlərimiz Azərbaycanın mərkəzi şəhərlərində -Bakıda, Sumqayıtda, Gəncədə, hər yerdə terror aktlar törətməyə çalışdılar. Amma bacarmadılar. Ali Baş Komandanımız boşuna deməyib ki, “Status -kvo bitdi” və bunun qəti şəkildə belə olacağına inanıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru