Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: .....                     Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib .....                     Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı .....                     “Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” .....                     Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                 

““Beşinci kolon” siyasi həmrəylikdən xoşhal deyil” - AMİP sədri
Tarix: 23-11-2020, 15:56 | Çap et
““Beşinci kolon” siyasi həmrəylikdən xoşhal deyil”
Azərbaycan Vətən müharibəsini zəfərlə başa vurdu. Müharibə bitsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə cəhd göstərən qüvvələr sakit dayanmır. Fransanın timsalında BMT-nin məlum qətnamələrinin qəbul olunmasına səs verən dövlətlər əks-fəaliyyətə keçid ediblər. Fransa Dağlıq Qarabağda qondarma rejimin müstəqilliyini tanımaq məsələsini müzakirəyə çıxarmağa cəhd edir. Bununla rəsmi Paris bütün dünya üçün yeni və təhlükəli bir presedent yaratmağa çalışır.

Məlumdur ki, işğal olunmuş ərazilərindən Ermənistanın öz qoşunlarını çıxarması ilə bağlı BMT-nin 4 qətnaməsi olub. Lakin dünyanın ən ali qurumu olan BMT-nin qətnamələri 27 il müddətində icra olunmayıb. Buna görə də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi yoldan başqa alternativi olmadı. Bu da ermənipərəst mövqe tutan bəzi dövlətlər və beynəlxalq təşkilatları əndişələndirir.

Digər tərəfdən isə Ermənistanı bürüyən xaos fonunda Azərbaycandakı sabit daxili durum, siyasi həmrəylik, iqtidar-müxalifət münasibətlərinin sivil formada inkişafı həmin qüvvələrin qısqanclığına səbəb olur.

Mövzu ilə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə cavablandırıb.

“Ermənilər torpaqları qaytarmaq fikrində olmayıb”

-Arzuxan bəy, Azərbaycan dəfələrlə bəyan edirdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsi icra edilməlidir. Qarabağ probleminin sülh yolu ilə həll olunması mümkün olmadığı təqdirdə Azərbaycanın başqa yolu qalmırdı. 27 il keçməsinə baxmayaraq, BMT-nin qətnamələri icra olunmadı və Azərbaycan hərbi yolla öz torpaqlarını azad etdi. Necə düşünürsüz, BMT-nin qətnamələri niyə yerinə yetirilmədi? BMT-nin gücü çatmadı, yoxsa qətnamələrin icra mexanizmi yox idi?

-1993-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarından erməni silahlı birləşmələrinin qeyri-şərtsiz çıxarılması ilə bağlı məlum 4 qətnamə qəbul olundu. Füzuli, Kəlbəcər və digər rayonlarımızın adları çəkilməklə, erməni silahlı birləşmələrinin bu ərazilərdən çıxması ilə bağlı BMT qətnamələri təəssüflər olsun ki, uzun illər ərzində icra olunmadı. Hesab edirəm ki, səbəb icra mexanizminin olmaması idi. Eyni zamanda, buna istək də olmayıb. Yəni BMT-də bu qətnamənin qəbuluna səs vermiş ölkələr, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr BMT-nin Təhlükəsizlik Şuasının daimi üzvü olan dövlətər bu qətnamələrin icrasında maraqlı görünməyib. ATƏT-in Minsk Qrupunun cinayətkar fəaliyyətsizliyi nəticəsində bu qətnamələr yerinə yeterilməyib və Azərbaycan torpaqları işğaldan azad olunmayıb. Azərbaycan dəfələrlə bu məsələləri gündəmə gətirsə də, siyasi həll yolu yoxdursa, hərbi həll yolu var desə də, bütün bunlar qulaqardına vurulub. Faktiki olaraq status kvonun saxlanılması ilə torpaqların işğalda qalması və gələcəkdə işğal faktını rəsmiləşdirmək nəzərdə tutulurdu.

Bu son hadisələr də onu göstərdi ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan və BMT Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər qətnamələrin icra olunmamasında, eyni zamanda fəaliyyətsizlikləri ilə işğal faktını rəsmiləşdirməkdə maraqlı olublar. Ermənilərin də həmin torpaqları geri qaytarmaq fikri yox idi. Çünki işğal etdikləri ərazilərdə istehkamların qurulması faktiki olaraq onu göstərir ki, ermənilər torpaqları qaytarmaq fikrində olmayıb. Azərbaycan ordusu cəmi 44 gün ərzində öz gücünü ortaya qoydu. Doğrudur, şəhidlər verdik, çoxlu yaralılarımız var, amma buna baxmayaraq, BMT qətnamələri 44 gün ərzində Azərbaycan ordusu tərəfindən icra olundu.

“Bu dövlət ən azından bitərəf mövqe nümayiş etdirməli idi”

-Fransa və digər ölkələr, o cümlədən Azərbaycanın torpaqlarını azad etməsinə etiraz edən bir sıra beynəlxalq təşkilatlar niyə 30 ildə erməni işğalına qarşı konkret mövqe ortaya qoymadı?

-Fransa ilə bağlı məsələ xüsusilə diqqət çəkir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olaraq mandatına uyğun olaraq bu dövlət ən azından bitərəf mövqe nümayiş etdirməli idi. Təəssüflər olsun ki, Fransa heç vaxt bitərəf mövqedə olmayıb. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra isə bu dövlətin faktiki ermənipərəst mahiyyəti üzə çıxdı. Bu dövlətin başında dayanan insanlar bu vaxta qədər də ermənilərə çox yaxınlığı ilə seçiliblər. İndki Prezident Makron isə birmənalı şəkildə ermənipərəst mövqe tutmaqla, həm ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin nümayəndəsi kimi, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Azərbaycana qarşı ermənilərin tərəfini tutmaqla yadda qalır. Bu da onunla izah oluna bilər ki, Fransada erməni lobbisi çox güclüdür.

Fransada təxminən 4-5 faiz civarında səs vermə hüququ olan erməni var. Fransa rəhbərliyində olan şəxslər xüsusilə də seçki ərəfəsində bu faktoru nəzərə alırlar. Eyni zamanda, hakimiyyətdə olan partiyanın içərisində də erməni mənşəli insanlar var. Digər tərəfdən, onları Ermənistanla qardaşlaşdıran amil isə vaxtı ilə Fransanın özünün müstəmləkəsi olmuş bir çox ölkələrdə soyqırımlar həyata keçirməsi ilə bağlıdır. Görünən odur ki, bu amil də bu ölkəni ermənilərlə yaxınlaşdırır. Fransadan başqa ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkələr də təəssüflər olsun ki, bu illər ərzində göstərdikləri mövqe ilə ermənilərin yanında olduqlarını göstərmiş oldular.

“Bu məsələdə xristian təəssübkeşliyi var”

-Dünyada erməni terroru danılmaz faktdır. “ASALA”-nın dünya ölkələrində törətdiyi terror aktları, o cümlədən ermənilərin Xocalıda törətdikləri soyqırımla Ermənistan terrorçu dövlət olduğunu sübut etdi. Bəs niyə dünya bunu etiraf etmir?

-Görünür, bu məsələdə xristian təəssübkeşliyi var. Çünki Ermənistan özünü ilk xristian dövləti kimi təqdim edir. Bu dövlətlər, dünya gücləri təəssüf ki, islamafobiya ilə əhatə olunub. Azərbaycan öz humanistliyi, tolerantlığı, multikultural dövlət olması ilə kifayət qədər fərqli mövqe, siyasət nümayiş etdirib. Amma bu dövlətlər konkret olaraq terrorçu erməni dövlətinin mövqeyini müdafiə etməklə faktiki olaraq islamafob, xristian təəssübkeşi olduqlarını göstəriblər. Bunu başqa heç bir səbəblə izah etmək mümkün deyil. Çünki Ermənistanın həqiqətən də terrorçu, işğalçı dövlət olduğu bu illər ərzində danılmaz faktlarla sübuta yetirilib. Təkcə Fransanın özündə ermənilərin bir neçə dəfə terror aktı törətməyinin şahidi olmuşuq. Fransada hava limanında ermənilərin törətdiyi terror aktı, türk mənşəli insanlara qarşı edilən terror hücumu nəticəsində təkcə müsəlman yox, eyni zamanda fransızlar, ingilislər, amerikalılar, isveçlilər və digər Avropa ölkələrinin vətəndaşları da qətlə yetirilib. Buna baxmayaraq, çox maraqlıdır ki, Ermənistanın terrorçu dövlət olması heç vaxt qabardılmır. Əksinə, Ermənistana faktiki olaraq dəstək nümayiş olunur.

“Bu, çox pis presedent yarada bilər”

-Fransa bir neçə gün öncə Dağlıq Qarabağın müstəqilliyini tanımaq məsələsini gündəmə gətirdi. Fransanın bu məsələni müzakirəyə çıxarması belə dünya üçün yeni presedent yarada bilər...

-Fransanın qondarma rejimi tanımaq cəhdləri hesab edirəm ki, blefdir. Sadəcə olaraq, Fransa, eləcə də digər dövlətlər bölgədə Türkiyənin və Rusiyanın bir mövqeyə yiyələnməsinə qısqanclıq namyiş etdirir. Hesab edirəm ki, bu fikir də buna etiraz olaraq ortaya atılıb. Bu illər ərzində heç bir dövlət cəsarət edərək beynəlxalq hüquq normalarını pozmaqla qondarma rejimi bir dövlət olaraq tanımayıb. Ayrı-ayrı şəhər bələdiyyələri, xırda qurumlar səviyyəsində qondarma rejimlar tanınıb. Amma bu, beynəlxalq hüquqla heç bir halda qəbul olunmayan məsələdir. Hesab edirəm ki, bu, çox pis presedent yarada bilər və bunun fərqindədirlər. Elə Fransanın özündə, İspaniya daxilində Kataloniya problemi var. Eləcə də bir çox ölkələrdə bu cür probemlər yarana bilər və bütövlükdə dünya düzəninə mənfi təsir göstərər.

Ona görə də hesab edirəm ki, Fransanın bu cəhdi blefdən başqa bir şey deyil. Hətta Fransa parlamentində qəbul olunsa belə, Fransa Konstitusiya Şurası səviyyəsində qərarın qəbulunun qarşısı alınacaq. Türkiyə ilə bağlı da belə bir təcrübə mövcuddur. Ermənilərin Türkiyəyə qarşı qondarma 1915-ci il soyqırımı iddiasına əsasən Fransada 2012-ci ildə beynəlxalq hüquq normalarına zidd qərar qəbul olundu, amma həmin qanunun qarşısı Fransa Konstitutsiya Şurası tərəfindən alındı.

“Bu münasibətlər Azərbaycanın gələcəyi üçün çox yaxşı görüntülər vəd edir”

-Arzuxan bəy, ölkə üçün əhəmiyyətli olan siyasi həmrəylik mühiti var. Müxalifətlə münasibətlər yeni bir mərhələdədir. Dialoq, əməkdaşlıq və s. Bir neçə gün əvvəl siyasi mənsubiyyəti olan bir sıra insanlar da həbsdən azad edildi. Görünən odur ki, Prezidentin göstərişi ilə PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu münasibətlərin daha da dərinləşməsinə və davamlılığı üçün ciddi səylər göstərir...

-Ötən ilin noyabrında Prezident Admnistrasiyasında mahiyyət etibarı ilə yeni bir şöbə yarandı. Həmin şöbənin fəaliyyəti nəticəsində cari ilin fevral ayından başlayaraq ölkədə fəaliyyət göstərən bütün qeydiyyatdan keçmiş siyasi təşkilatlarla şöbə müdiri, hörmətli Ədalət Vəliyev arasında görüşlər keçirildi, təmaslar quruldu. Bir çox məsələlər uzlaşdırıldı, partiyaların təklifləri dinlənildi. Bizim təqdim etdiyimiz bir sıra məsələlər üzrə mövqeyimiz nəzərə alındı. Bu, müharibəyə qədərki dövr ərzində faktiki olaraq iqtidarla müxalifət arasında barış mühiti formalaşdı. Çox sivil münasibətlər quruldu. Dövlət başçısının dediyi kimi, yeni siyasi konfiqurasiya formalaşdı. Birmənalı olaraq hesab edirəm ki, müharibədə əsas sözü Azərbaycan ordusu, qanı-canı bahasına deyib, torpaqları işğaldan azad edib. Amma eyni zamanda arxa cəbhədə barış mühitinin formalaşması, siyasi və cəmiyyətdəki sosial mövqeyindən, əqidəsindən asılı olmayaraq bütün güclərin vahid bir mövqedən çıxış etməsi şübhəsiz ki, müharibədə qələbənin əsaslarından, vacib şərtlərindən biri idi. Hazırda da təmaslar var, siyasi partiyalarla formalaşan sivil münsibətlər davam etməkdədir. Biz bu münasibətlərin davamlı olmasında maraqlıyıq. Eyni zamanda qarşı tərəfdən də həmin fikirlər səslənir və əməli olaraq da görünür ki, bu münasibətlər davamlı olacaq. Bu münasibətlərin davamlı olması necə ki, torpaqlarımızın işğaldan azad olunmasında əsas faktor oldu, eləcə də hesab edirəm ki, Azərbaycanın növbəti etapda daha demokratik, hüquqi dövlət olması, sivil cəmiyyətin inkişaf etməsi baxımında da çox önəmli rol oynayacaq. Düşünürəm ki, iqtidar da, müxalifət də bunun fərqindədir. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanın gələcəyi üçün çox yaxşı görüntülər vəd edir.

-Necə düşünürsüz, mövcud siyasi həmrəylik bəzi dairələrdə qıcıq yarada bilərmi?

-Şübhəsiz ki, yaradır. Ölkədə siyasi və iqtisadi marağı olan, Azərbaycana dost olmayan güclərdə şübhəsiz ki, bu həmrəylik qıcıq yaradır. Necə ki, müharibə dövründə bunun şahidi olduq. Ölkə daxilində də “beşinci kolon” adlandırılan bir cameə var. Öz siyasi və şəxsi maraqlarını hər şeydən üstün tutmağa üstünlük verən qüvvələr var ki, onlar da bu həmrəylikdən xoşhal deyillər. Amma hesab edirəm ki, onların gücü yetərli deyil. Azərbaycan siyasi mühitində mövcud olan təşkilatlar artıq bilirlər ki, ölkənin davamlı inkişafı üçün əməkdaşlığa ehtiyac var. Sivil münasibətlərin qurulması vacibdir. Ona görə də həmin güclər nə qədər müqavimət göstərmək fikrində olsalar da, heç nəyə nail ola bilməyəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Dünən, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Dünən, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Dünən, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Dünən, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Dünən, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Dünən, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Dünən, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Dünən, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Dünən, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Dünən, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Dünən, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Dünən, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Dünən, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Dünən, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru