Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                 

İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı - Reaksiya
Tarix: 27-11-2020, 08:33 | Çap et
İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı
Fransa senatının səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarına Azərbaycanın müxalifət partiyaları da sərt mövqe bildirib.

Qeyd edək ki, bu məsələ hələ Senatda müzakirəyə çıxarılan zaman artıq bir sıra partiyalar, o cümlədən Azərbaycan Xalq Partiyası etiraz bəyanat ilə çıxış etmişdi. Daha sonra isə ölkədə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiya birgə bəyanat yaydılar. Müsavat və AXCP isə bu dəfə də birgə bəyanata imza atmaqdan kənarda qaldı. Yalnız bir gün sonra AXCP sosial şəbəkədə Milli Şuranın qətnaməyə etiraz bəyanatını yaydı. Müsavat Partiyası isə hələlik susqun mövqedədir.

Ağ Partiya lideri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, beynəlxalq hüquqa tüpürmək və ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu münaqişədə artıq tərəfsiz olmadığını açıq-aşkar, həyasızcasına nümayiş etdirmək deməkdir. Eyni zamanda bu, BMT-nin qəbul etdiyi 4 qətnaməyə zidd qərardır, hansı ki, həmin qətnamələrin qəbul edilməsində Fransa da səs vermişdi”.

Partiya lideri qeyd edib ki, bir bəyanatla kifayətlənmək olmaz, Fransaya qarşı daha sərt addımlar atılmalıdır: “Təbii ki, düşünmürəm ki, bir bəyanatla kifayətlənməliyik. Burada əsasən rəsmi dövlət qurumları tərəfindən addımlar atılmalıdır. Bu baxımdan dövlət ilk olaraq Fransa ilə humanitar layihələri dondurmalı, Azərbaycanın Fransadakı səfirini müvəqqəti də olsa, ən azından məsləhətləşmə xarakteri olaraq geri çağırmalı, Fransanın Azərbaycandakı səfirinə nota verməli, Senatın addımı ilə bağlı açıqlama tələb olunmalı, eyni zamanda adekvat addım olaraq Fransanı bir neçə, o cümlədən Afrika ölkələrində soyqırım törətməsinə siyasi qiymət verilməsi ilə bağlı müvafiq qanun layihələri üzərində işləməyə hazırlaşmalıdır ki, adekvat cavab verilsin”.

Tural Abbaslı onu da vurğuladı ki, indiki vəziyyətdə Azərbaycanın həm iqtidarı, həm də müxalifəti Fransaya qarşı etiraz tədbirlərində həmrəylik nümayiş etdirməlidir: “Hazırda pandemiyadır, yoluxmanın ən pik həddini yaşayırıq. Belə bir halda kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun deyil. Lakin belə bir aksiyalar keçirilsə belə, mən bunun iqtidarlı-müxalifətli birgə keçirilməsinin tərəfdarıyam. Çünki bu artıq ümummilli məsələdir. Yəni bütün partiyalar birgə etirazını bildirməlidir ki, beləliklə Azərbaycan cəmiyyətinin elitasının bu məsələdə həmrəyliyi görünsün, bilinsin”.

Ağ Partiya lideri bəyanata qoşulmayan partiyalar haqqında da mövqeyini bildirib: “Sözün düzü, mən bu məsələnin texniki tərəflərindən məlumatsızam. Yəni mənə məlum deyil ki, onların da bu bəyanatda iştirak etmələri üçün təklif olunub, ya yox. Bildiyiniz kimi, təşəbbüskar kimi adətən YAP və yaxud hökumət çıxış edir. İndi təşəbbüskar təşkilatlar onlara da müraciət edibmi, bunu deyə bilmərəm. Əgər onlara da təklif olunubsa və adıçəkilən partiyalar imtina edibsə, bu başqa yanaşma, yox, əgər təklif edilməyibsə, ona görə də həmin partiyaların imzası yoxdursa, bu da başqa yanaşma tələb edir. İstənilən halda, heç bir partiya Fransa senatının bu addımını təqdir edə bilməz. Əgər təqdir edən varsa, bunun da bir adı var - vətən xaini”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də qeyd etdi ki, Fransa senatının məlum qətnaməsi şübhəsiz ki, tövsiyə xarakteri daşısa da bunun özü çox pis addımdır və davamı ola bilər: “Bu, faktiki olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan ölkənin ali qurumu tərəfindən qəbul edilmiş qətnamədir. Ona görə də çox ciddi narahatlıq törədir. Faktiki olaraq Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi tərəf nümayiş etdirir, yəni Ermənistanın tərəfini saxlayır, bitərəf mövqedən çıxış etmir. Təəssüflər olsun ki, Fransa rəhbərliyində olan şəxslər, eləcə də bu ölkənin prezidenti də Vətən müharibəsi zamanı da tərəf nümayiş etdirdi və ermənilərin mövqeyini əks etdirən bəyanatlarla çıxış etdi. Şübhəsiz ki, bu, Fransada erməni lobbisinin seçkilərə təsiri və Fransa rəhbərliyinə təsiri ilə bağlıdır. Amma bütövlükdə bu məsələ Fransanın demokratik imicinə və Fransa-Azərbaycan münasibətlərinə çox böyük zərbədir. Məlum olduğu kimi, Fransa və Azərbaycan arasında iqtisadi bağlılıqlar var. 50-yə yaxın Fransa şirkəti Azərbaycanda investisiya qoyub, müxtəlif sahələr üzrə fəaliyyət göstərir, gəlir götürür. Həmçinin Azərbaycan Fransada bir sıra abidələrə, kilsələrə yatırımlar edib, xeyriyyə işləri görüb. Təəssüflər olsun ki, Fransa senatının bu addımı bütün bu işlərin üzərindən xətt çəkmiş olur. Beləliklə, Fransa senatının bu addımı tərəfimizdən şiddətlə qınanılır. Məlum olduğu kimi, ölkəmizin 50-yə yaxın partiyası bu addıma qarşı birgə etiraz bəyanatı imzalayıb. Artıq bizim partiyanın ayrıca etiraz bəyanatı hazırlanır və biz bunu ictimaiyyətə açıqlayacağıq.
//“Yeni Müsavat”//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru