Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     "Azərbaycanda qiymətləndirmə fəaliyyətinə yeni nəfəs gələcək" .....                 

"Parad keçirmək vaxtıdır?!." – Flora Qasımova
Tarix: 28-04-2021, 08:27 | Çap et
"Parad keçirmək vaxtıdır?!."
Son günlərdə ölkə gündəmində müzakirə edilən əsas məsələrdən biri yenə də Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti, daha doğrusu missiyalarına uyğun olmayan davranışlarıdır. 9 maq faşizm üzərində Qələbə ilə bağlı rus hərbiçilərinin Azərbaycan xalqı üçün çox həssas yer olan Xocalı ərazisində parada hazırlıq məşqləri keçirtməsi, bu “tədbirə” separatçı rejimin qalıqlarının da qatılacağı ilə bağlı iddialar ciddi narazılıqlar yaradır.

Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Xankəndinin sabiq deputatı Flora Qasımova maraqlı nüanslara toxunub.

- Flora xanım, hazırda regionla bağlı vəziyyəti necə izah etmək olar? 44 günlük müharibədən sonra sülhməramlıların Qarabağdakı missiyası nə ilə diqqət çəkir?

- 44 günlük müharibə bizə böyük qalibiyyətı yaşatdı, şəhidlərimiz, qazilərimiz var. Uzun illərin o torpaqlara qayıtmaq həsrəti bitdi. Mən bunu da tam qələbə hesab eləmirəm. Sülhməramlı missiyası ilə Qarabağda yerləşən rus hərbçilərinin fəaliyyəti hamını narahat edir. Biz belə gözləmirdik. 10 Noyabr üçtərəfli Bəyannaməsində göstərilən maddələr hələ də yerinə yetirilməyib. Əlbəttə ki, bu, ermənilərə bir arxayınçılıq yaradır.

Bizim Ermənistanla sərhədlərimiz möhkəmləndirilməlidir. Laçında yaradılan 5 kilometrlik dəhliz zonasında Azərbaycanın sərhəd qoşunlarını yerləşdirmək lazımdır. Əgər biz bunu eləsək, separatçı ermənilərin gözü qırılar. Bizim sərhəddə duran ruslar istənilən yükü, istənilən adamı Xankəndinə ötürə bilməzlər. Biz görürük ki, ermənilər 44 günlük müharibədən dərs almayıblar. Rusiya sülhməramlıları bu gün onlara başqa dərsləri keçir.

Məlum idi ki, müharibə vaxtı ermənilərin hamısı qaçmışdı, Xankəndidə erməni qalmamışdı. Rus sülhməramıları onları gətirib yenidən yığdı ora. Üstəlik, onlara rus dilini “dövlət dili” etmələri ilə bağlı qərar vermələrinə şərait yaratdı. Silahlı ermənilər ərazidən çıxarılmır, əksinə orada təlimlər keçirirlər. Yaxşı, sən doğrudan da sülh yaradırsansa, bu 5 ay müddətində hansı sülhü yaratmısan? Erməni silahlıları tez-tez terror hadisələri törədirlər, mülki paltarlar geyinib Qarabağda azərbaycanlı postlarına soxulurlar. Sülhməramlılardan soruşmaq lazımdır ki, sən ermənilərə bu qədər can yandırırsan, bəs azərbaycanlı əhali barədə niyə düşünmürsən? Hansı icmalar arasında süh müzakirələri aparırsan, indi də özbaşına hərəkətini davam etdirib, Qarabağda 9 may paradı keçirmək haqqında düşünürsən. Söhbət hansı paraddan gedir? Bu saat orada parad keçirmək vaxtıdır?!

Əlbəttə ki, mövcud vəziyyət çətindir. İnanmıram ki, onların bu hərəkətləri cavabsız qalsın. Yəqin ki, dövlət səviyyəsində öz cavablarını almalıdırlar. Azərbaycan Prezidenti sülhməramlılar və “İsgəndər-M” raketi ilə bağlı özünün sərt mesajlarını verib, amma buna qarşı həm də xalq tərəfindən müqavimət göstərilməlidir. Sual olunmalıdır ki, axı siz burda hansı sülhü yaradırsız, siz vəziyyəti daha da kəskinləşdirirsiz. Bu günə qədər rus sülhməramlıları yalnız ermənilərin həyatını yaxşılaşdrmaq üçün işlər görür. Erməniləri Xankəndinə köçürüblər, amma azərbaycanlıların öz yerlərinə qayıtması üçün heç bir tədbir görülməyib.

Xalqın bu etirazı, həm də Prezidentə bir dəstək olardı. Mən demirəm küçələrə çıxaq, nəsə edək, amma hesab edirəm ki, bu özbaşınalıq da uzun sürə bilməz.

- Rus sülhməramlılarının parad keçirmək niyyəti cəfəng, eyni zamanda qıcıq doğuran məsələ olsa da, bu nəyə yönəlikdir? Bu, Rusiya üçün nə deməkdir və regiona nələr vəd edir?

- Xalqın səbrini daşırmasınlar. Bu xalqın Dəmir Yumruğunun zərbəsini görüblər, indi niyə unudurlar? Onların arxasında rus, Amerika, Fransa durur. Mən həmsədrlərlə bir dəfə görüşmüşəm. O görüşdə dedim ki, neçə il keçib, sülh danışıqlarının nəticəsi yoxdur. Axı bizi müharibəyə təhrik edirlər. Fransalı həmsədr tez mənə dedi ki, müharibənin nəticəsini bilmək olmaz... Demək, bunlar ona görə arxayın danışırdılar ki, bunların ermənilərin bizim ərazilərimizdə qurduqları terror istehkamlarından, xəndəklərdən, ora nə qədər silah yığılmasından xəbərləri olub. Azərbaycan Ordusunun gücünü nəzərə almırdılar. Elə bilirdilər ki, uğursuzluğa düçar olacağıq. “Müharibənin nəticəsini bilmək olmur” söhbəti məni lap özümdən çıxartdı.

Xalqımız buna etirazını bildirir. Əlbəttə ki, bu etirazın bir nəticəsi olmalıdır. Dövlət öz missiyalarından kənar işlərlə məşğul olan sülhməramlılara özünün mövqeyini bildirməlidir. Xüsusilə bu günlərdə ermənilərin “1915-ci ili unutmayacağıq” demələri erməni həyasızlığının bariz nümunəsdir. Yaxşı olardı ki, faşist ermənilər bu gün Azərbaycanda törətdikləri soyqırımlara, cinayətlərə nəzər salsınlar, Azərbaycan xalqının başına gətirdikləri faciələri görə bilsinlər. Bu 200 ildə xalqımız erməni faşistləri tərəfindən çox mərhumiyyətlərə, soyqırımlara məruz qoyulub. Hər dəfə də Azərbaycan humanistlik göstərib, ermənilərə öz torpağında yaşamağa yer verib. Düşmən öz məkrindən əl çəkmir, Azərbaycanın bu humanistliyindən sui-istifadə edir. Hərdən bu tarixə baxıb deyirik ki, biz unutqan xalqıq. O tarixə baxanda doğurdan da unutqanıq. Ermənilərin Azərbaycana olan kin-kidurəti bitmir. Axı biz onlara nə etmişik? Yaşamaları üçün torpaq da vermişik. 1918-c ildə Gürcüstandan torpaq istəsələr də, ala bilmədilər. 1915-ci ildə Türkiyəyə xəyanət elədilər, arxayın oldular ki, məkrli qüvvələr Türkiyədə onlara bir dövlət yaradacaq, o da alınmadı. Azərbaycan dövləti sülh olsun deyə, 9 min kvadrat-kilometr ərazisi olan İrəvanda ermənilərə yaşamaq üçün yer verdi. Onlar bu humanistliyin əvəzində nə etdilər? Azərbaycanlıları öz tarixi torpaqlarından qovdular. Axırıncı azərbaycanlı İrəvandan 1988-1989-cu illərdə qovuldu. Azərbaycanın maddi-mədəni irsi məhv edildi. Nədənsə güc dövlətləri bunları görməzdən gəlir. Bu günlərdə ABŞ-ın yeni prezidenti Baydenin “erməni soyqırımı” ilə bağlı fikirlərini oxuyuram. Deyirəm, bu erməni onlar üçün nə qədər lazımlı millət olub ki, bu dünyanın iki böyük dövəti - Amerika ilə Rusiya onların arxasındadır. Ermənilər bunların əlində bir payadır, kimə qarşı, nə vaxt istəsələr yönəldirlər.

- Türkiyə ilə əməkdaşlıq insanlarda belə bir ümid yaradıb ki, Rusiya bölgədə nə qədər çapalasa da, artıq əvvəlki kimi təsir edə bilməz. Buna fikriniz nədir?

- Bizim 30 illik həsrətimizin arxasında Rusiya dayanır. O tarixi torpaqarı ermənilər rusun hesabına almadımı? Düzdür, biz bu gün dövlətlər, hökumətlər, prezidentlər arasındakı danışıqların təfərrüatını o dərəcədə bilmirik. Onu bilirik ki, Prezident illəröncə həmişə deyirdi ki, bundan sonra Azərbaycanda ikinci erməni dövləti yaradılmayacaq. Biz Xankəndinə, digər işğal olunmuş ərazilərə qayıdacağıq, Zəngəzura qayıdacağıq. Prezidentin fikri yenə də onu təsdiq edir ki, biz Xankəndinə, Xocalıya qayıdacağıq. Bəlkə də dövətlər arasında gizli danışıqlar gedir, əlaqələr var. Mən bunun dərinliyini bilmirəm deyə, bu barədə dəqiq söz deyə bilmirəm. Onu bilirəm ki, cənab Prezident indiyə qədər nə deyibsə edib. Bilirik ki, erməniləri Xankəndidən tamamilə qovub çıxarsaydıq, buna görə təkcə Rusiya yox, elə Qərb də bizi günahlandırmağa başlayacaqdı. Mənə belə gəlir ki, bu vəziyyət uzun sürməz. Yəqin ki, Türkiyə ilə də danışıqlar gedir. Bunun yekun nəticəsi olacaqdır. Əlbəttə, bizə çətindir, xüsusilə minaların təmizlənməsi, əhalinin o yerlərə köçürülməsi prosesi gərgin əmək tələb edir. Hələlik mən inanmıram ki, yaxın vaxtlarda Xankəndinə, Xocalıya getmək mümkün olsun. Heç olmasa, Dağlıq Qarabağın ətrafındakı rayonlarda insanlarımızı təcili surətdə məskunlaşdırmalı, sərhədimizi möhkəmləndirməliyik. Birdəfəlik elə eləmək lazımdır ki, ermənilər və başqa qüvvələr bir də Azərbaycan ərazilərinə iddia etməyə cəsarət eləməsinlər. Birdəfəlik bilmək lazımdır ki, ermənilərin bizimlə barışmaq fikri yoxdur və yaxud bu, kimlərinsə marağında deyil. Ermənilər şəhərlərimizi, kəndlərimizi xaraba qoyublar, indi hansı üzlə bizim torpaqlarda qalmaq istəyirlər?!

- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın torpaqları, kəndləri, şəhərləri ermənilərin genosidinə məruz qalıb. Azərbaycanın mülki insanlarına qarşı hərbi cinayətlər törədilib. Bu faktlar beynəlxalq təşkilatların gözü qarşısındadır. Bəs o beynəlxalq aləmdən bizə gələn hazırki münasibət nədir?

- Çox təəssüf ki, erməni faşistləri məhz illəruzunu o beynəlxalq təşkilatların gözlərinin qabağında istehkamlar qururdu. Münaqişənin həlli missiyasını öz üzərinə götürən həmsədr qrupu neçə dəfə dəyişib. Bu proseslər, erməni cinayətləri onların gözləri qarşısında baş verib. Elə bu ikilistandart, xristian təəssübkeşliyi və ədalətsiz yanaşmaların nəticəsidir ki, 1 milyon insanımızın öz yurdundan qovulmasını, 30 ildir çəkdiyi əzab -əziyyəti dəyərləndirən kimsə yoxdur. Tutaq ki, müxalifətdə bir nəfərin hüququ pozulan kimi o saat tökülürlər üstümüzə, amma 1 milyon insanın 30 ildir hüququ tapdanır, ev-eşiyinə, torpağına qayda bilmir, bu məsələyə qarşı səslərini çıxartmırlar. Niyə hansısa sülhməramlı İrəvandan qovulan azərbaycanlıların öz yurdlarına qayıtması üçün humanitar tədbirlər görmədi, niyə Rusiya bugünkü erməniyə olan canfəşanlığını azərbaycanlıların öz yurdlarına qayıtması üçün etmədi?! Görünür ki, burda din, dövlət maraqları, ikilistandartlar və ədalətsiz yanaşmalar var. Və bundan sonra da biz yalnız özümüz öz haqqımızı qorumalı, onu pozmağa çalışanları yerində oturtmalıyıq.

Ümumiyyətlə, Azərbaycanla Türkiyəyə qarşı münasibət həmişə belə olub. İlləruzunu Türkiyə kimi güclü dövləti Avropa birliyinə buraxmadılar. Avropa Birliyində bir dənə müsəlman dövləti yoxdur.

- Bütövlükdə Azərbaycan, dünya azərbaycanlıları bizim bu məsələyə nə dərəcədə həssas yanaşır? Bu gün ölkə içində və kənarda informasiya müharibəsini, təbliğatını necə aparırıq?

- Biz həmişə məsələnin bu tərəfindən narazı qalmışıq. Mütləq bizim bu tariximiz fimlərlə təbliğ olunmalıdır. Ən böyük təbliğat vasitəsi tarixi filmlərin çəkilib dünyaya təqdim olunmasıdır. Yəqin ki, bu qələbədən sonra filmlər daha çox işıq üzü görəcək. Amma ictimaiyyət neyləsin axı. Görürsünüz, nə qədər şəhidimiz, qazimiz və onların problemləri var? Bir tərəfdən də pandemiya ilə mübarizə aparmalıyıq.

Sülhmramlılarla bağlı biz ziyalılarımızın, partiyaların etirazlarını görürük. “Erməni soyqırımı” ilə bağlı müxalifətdən olan partiyaların da öz fikirlərini izləyirik. Cəmiyyət ayaqdadır. Biz niyə bu müharibəni başladıq, çünki xalq ayağa qalxdı, tələb elədi. Arxasında xalqın durduğunu görən Prezident bu qərarı ürəklə verdi. Arxasında xalqın dayandığı prosesin nəticəsini gördük.

- Bir çoxları hesab edir ki, Qarabağda Rusiya varsa, problem yenə də çözümsüz görünür...

- Biz, artıq Rusiya xofundan çıxdıq. İndi də rusməramlılarla bağlı addımlar atılacaq. Görürük ki, ermənilər o qədər arxayındılar ki, nə istəyirlər eləyirlər. Yəqin, Türkiyə ilə danışıqlarımız, birgə komissiyanın yaradılması məsələnin həllinə kömək olacaq. Məlumdur ki, ABŞ-da “soyqırımla” bağlı çııxışdan sonra Türkiyədə komissiya yaradılıb və bizim Azərbaycan nümayəndələri də orada var. Düşünürəm ki, o komissiyada ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqırımlar, qətliamlar araşdırılacaq. Filmlər çəkiləcək və dünyada nümayiş olunacaq. Bu çox mühümdür.

- Flora xanım, şəhidlərdən, qazilərimizdən danışdıq. Şəhid ailələri, qazilərimizin problemləri, əlilliyin alınması ilə bağlı narahatlqlar var. Problemlər zamanında həll olunmadıqca, narazılıq artır. Sizcə, bu məsələyə necə yanaşılmalıdır?

- Bu qələbəyə görə onlara borcluyuq. Onlara diqqətin göstərilməsini təkcə dövlətdən gözləmək lazım deyil. Hər birimiz onlara dəstək olmalıyıq. Hər kəs öz bacardığı qədər bunu etməlidir. Görün nə qədər şəhid ailəsi, şəhidimiz, qazimiz var. İki ayağını, qolunu, gözünü itirən qazilərimiz var. Cəmiyyət olaraq bunların arxasında dayanmalıyıq. Necə hamımız ayağa qalxıb torpaqların azadlığı naminə bir olduq, bu məsələdə də bir olmalıyıq. Əsas məsələ odur ki, artıq sərhədlərimiz bütövdür və onun sərhədlərində Azərbaycan sərhəd zastavaları tikilir. Qarabağ da bu sərhədlərin içərisindədir. Ermənilərin yaşadığı nəzarətimizdə olmayan ərazilər də bu sərhədlər daxilindədir. Ümidimizi itirməyək. Mənim anam da torpaq həsrəti ilə dünyasını dəyişdi. Allah o həsrətlə dünyadan gedənlərə rəhmət eləsin. Ruhları şad olsun.

- Hazırda biz xaricdən öz sərhədlərimizi qorumaq, informasiya təbliğatımızı qurub daha uğurlu nəticəyə nail olmaq üçün nə kimi işlər görürük. Nəyə görə biz xaricdə “yumşaq gücü” formalaşdıra bilmirik?

- İnformasiya təbliğatı müharibə vaxtı bundan yaxşı idi, güclü idi. Doğrusu, müharibədən sonra diasporalardan, xaricdə yaşayan təşklatlarımızdan səs çıxmır. Elə müharibə vaxtı etirazlarını gördük. Müharibədən sonra nəsə etmələrini görmürəm. Əksinə, müharibədən sonra xaricdə yumşaq gücü daha da gücləndirmək lazım idi. Təbliğatımızı daha da artırmalıydıq. Ermənilərin törətdiyi cinayətlər ortadadır. Bütün bunları dünayaya çatdırmaq lazımdır. Amma bu sahədə zəifliyimiz var. Yəqin gözləyirlər ki, bu işləri görmələri üçün kimsə onlara göstəriş versin. Biz beləyik də.

- Niyə, bütöv cəmiyyət olaraq toparlanmağımız çətin prosesdir?

- Çətin olmasaydı, millətin ağır vəziyyətində, bu xəstəlik dövründə xəstələrdən o qədər pul alıb xəstəxanada yerləşdirməzdilər. Düzdür, Səhiyyə naziri işdən getdi. Gərək insanların daxilində vicdanı olsun. Hərənin başı üstündə bir polis nəzarətçi qoyulası deyil axı. Bu, vicdan məsələsidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Bu gün, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Bu gün, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Bu gün, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Bu gün, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Bu gün, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Bu gün, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Bu gün, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Bu gün, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Bu gün, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Bu gün, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
"Azərbaycanda qiymətləndirmə fəaliyyətinə yeni nəfəs gələcək" - ÇAĞIRIŞ
Bu gün, 08:03
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru