Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     "Azərbaycanda qiymətləndirmə fəaliyyətinə yeni nəfəs gələcək" .....                     İsrail İran ordusunu iflic etdi .....                 

Həbslərdən dərs almayan məmurlarla nə etməli? - Deputat danışır...
Tarix: 20-05-2021, 09:02 | Çap et
Həbslərdən dərs almayan məmurlarla nə etməli?
Ölkəmizdə bir çox istiqamətlərdə aparılan islahatlar müsbət nəticəsini versə də, rüşvətxorluq və korrupsiyanın kökünü kəsmək mümkün olmur. Mübarizə son illər çox sərt şəkildə aparılır, rüşvətxor məmurlar həbs edilir, işdən, vəzifədən uzaqlaşdırılır. Amma rüşvət aradan qalxmır, dövriyyə zəifləmir. Bir rayonda icra başçısı rüşvətə, qanunsuz əməllərinə görə qandallanır, digər rayonlarda korrupsiya il bağlı hərəkətlilik bir zərrə də zəifləmir, bir məmurun həbsindən digərləri nəticə çıxarmır. Son olaraq, bir neçə həkim, baş həkim, klinika rəhbəri rüşvət alarkən yaxalandı, lakin digər xəstəxanalarda rüşvətxorluq bütün gücü ilə davam edir. Həmçinin bəzi nazirliklərdə, dövlət qurumlarında eyni proses gedir.

Bəzi rayonlardan gələn informasiyalar deməyə əsas verir ki, müxtəlif icra strukturları əhalini incitməkdə, qanunsuzluqlar, talançılıq etməkdən çəkinmirlər.

Elə isə korrupsiyanın sonunu gətirmək üçün hansı metodlara əl atılmalıdır? Vəzifədən çıxarıldıqdan sonra sabiq məmurların uzun illər yığdıqları vəsait hesabına firavan həyatına davam etməsi digərləri üçün nə dərəcədə təşviqedici amildir? Bu gün həbs olunan, kreslosunu itirən vəzifəlilərdən mənimsədikləri vəsait nə dərəcədə geri alınır və kimlər alır? Bundan başqa, iri korrupsionerlər iş başında, azadlıqda olarkən, xeyli kiçik ranqlı məmuru 10-20 minlik rüşvətə görə tutmaq nə dərəcədə effektli olacaq? Yanaşma hansı formada dəyişməlidir?

Suallar çoxdur və bu sualları cavablandıran millət vəkilləri də hesab edir ki, “təmizləmə”, sağlamlaşdırma bütün sahələrdə eyni vaxtda aparılmalıdır.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, həbslərdən, kadr dəyişikliklərindən sonra rüşvətxorluğun forma və metodları dəyişir, daha sakit, səssiz şəkildə proses davam edir: “Rüşvətxorluq və korrupsiya ilə mübarizə getsə də, həbslər həyata keçirilsə də, məmurlara daha şəffaf işləməklə bağlı tapşırıqlar verilsə də, artıq hər şeyin dəyişdiyini desək, yalan olar. Rüşvətxorluq və korrupsiya əslində libasını dəyişir, formasını dəyişir və davam edir. Yəni əvvəlki metodlar, daha yeni, görünməyən, daha münasib üsullarla əvəz edilir. Ancaq yenə də tanışlıq, öz adamını qabağa çəkmək, pul alıb işə götürmək və sair məsələlər davam edir. Dövlət büdcəsinin vəsaitlərini qeyri-standart şəkildə, öz mənafeyi naminə istifadə etməkdə də davam edirlər. Təəssüflər olsun ki, bütün bunlar azalmayıb. Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə sistemli şəkildə aparılır deyilsə də, əslində sistemli şəkildə aparılmır. Bir neçə qurum yaradılıb , orada korrupsiya, rüşvətxorluq yoxdur. Bu sistemli mübarizənin bir nümunəsidir ki, ”ASAN Xidmət" timsalında bunu görə bilərik".

Deputat hesab edir ki, ümumilikdə korrupsiya ilə mübarizə bərabər şəkildə aparılmalıdır: “Yəni icra hakimiyyəti səviyyəsində korrupsiya ilə mübarizə aparılırsa, icra hakimiyyəti işlədiyi , əməkdaşlıq etdiyi və ya birbaşa tabeliyində olan sahələr də, onlar qədər təmizliyə və şəffaflığa məruz qalmalıdır ki, bütün sahələr düzəlsin. Əgər hansısa xəstəlik bütün orqanizmə yayılıbsa, yalnız bir orqanı müalicə etməklə sağlamlıq əldə etmək mümkün deyil. Müalicə etdiyimiz orqan digər xəstə orqanların təsiri ilə yenidən xəstələnəcək. Bizdə ayrı-ayrılıqda sanki kampaniya xarakterli mübarizə aparılır ki, filan yerdən başladıq, mübarizə aparırıq, burada iş bitdikdən sonra digərinə keçərik. Digərində mübarizəyə başlayanda köhnə ünvanda hər şey əvvəlki vəziyyətinə qayıdır. Ona görə də daha sistemli mübarizəyə ehtiyac var. Tam olaraq köhnə idarəçiliyin dəyişdirilməsinə ehtiyac var ki, şəffaflıq olsun. Məmurlar da bilməlidir ki, korrupsiya ilə mübarizə təkcə onun başında çatlamır, kimliyindən, vəzifəsinin böyüklüyündən, kiçikliyindən, pulunun azlığından, çoxluğundan asılı olmayaraq hamıya aiddir. Azərbaycanda isə bu şəkildə tətbiq olunur desək yalan olar. Korrupsiya ilə mübarizədə bir az da səmimi olmaq lazımdır”.

R.Nurullayev onu da vurğuladı ki, vəzifədən çıxarılan, həbs olunan məmurların illər ərzində mənimsədiyi, qanunsuz yolla yığdığı bütün vəsaitlər onların əlindən alınmalıdır: “Dövlət büdcəsi hesabına o pulları yığıbsa, hamısı alınıb büdcəyə geri qaytarılmalıdır. Bizdə isə alınırmı? Yox. Məmur işdən çıxarılır və ya həbs olunur, daha sonra kabinetlər gəzir. Bir kabinetdən o biri kabinetə, ondan çıxır digərinə, müxtəlif idarələr, nazirliklər, şöbələr gəzir. Hər kabinetdən çıxdıqca onun pulu bir az azalır, azalır və nəticədə dövlət büdcəsinə qəpik-quruş gedir. Onun pulları yenə də kabinetlərdə itir, büdcəyə heç nə çatmır. Oğurladıqlarının heç 1-2 faizi də büdcəyə getmir. Qalanlarını da başının altına qoyub kef içində yaşayır. Bu da mübaribəzinin effektivliyinə ciddi şəkildə təsir göstərir”.

Deputat Asim Mollazadə də qeyd etdi ki, dövlət strukturlarının sayı azaldılmalı, ciddi islahatlar, ixtisarlar aparılmalı və çevik, şəffaf qurumlar yaradılmalıdır: “Korrupsiya ilə mübarizə istiqamətində uğurlu bir misal kimi ”ASAN Xidmət" nümunəsidir. Vətəndaşlarımız məmurlarla birbaşa kontaktdan xilas olublar. Əvvəllər xırda bir sənəd və ya arayış almaq üçün rüşvət verməli olurdular, bu problemdən xilas olublar. Digər sahələrdə isə korrupsiya ilə mübarizə üçün sadəcə həbslərlə kifayətlənmək olmaz, çox ciddi ictimai nəzarət, medianın nəzarəti olmalıdır. Məmurların fəaliyyəti media, ictimaiyyət üçün şəffaf olmalıdır. Onlar hər zaman bu işığı öz üzərlərində hiss etməlidirlər ki, hansısa qapalı, qaranlıq məkanlarda korrupsiya ilə məşğul olmasınlar. Vətəndaş cəmiyyətinin, medianın gücü və ali hakimiyyətin siyasi iradəsi korrupsiya ilə mübarizədə bir çox müsbət dəyişikliklərə gətirib çıxara bilər. Bununla yanaşı, ciddi struktur dəyişiklikləri də həyata keçirilməlidir. Məmurların sayı ciddi şəkildə azaldılmalıdır. Azərbaycan 10 milyonluq ölkədir, ancaq 80-dən artıq inzibati vahid var. Bu qədər quruma ehtiyac yoxdur. Nazirliklərin sayı çoxdur, bu qədər nazirlik ola bilməz, struktur dəyişiklikləri çərçivəsində ictimai nəzarəti gücləndirməklə, məmurların sayı azaldılmalıdır. Bir çox məmurlar əgər indiyə qədər məşğul olduqları özəl bizneslə məşğul olsaydılar, həm dövlət büdcəsinə, həm də ölkənin iqtisadiyyatına faydalı olardı".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Bu gün, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Bu gün, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Bu gün, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Bu gün, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Bu gün, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Bu gün, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Bu gün, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Bu gün, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Bu gün, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
"Azərbaycanda qiymətləndirmə fəaliyyətinə yeni nəfəs gələcək" - ÇAĞIRIŞ
Bu gün, 08:03
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru