Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                 

"Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun" - Arif Hacılı
Tarix: 17-06-2021, 08:48 | Çap et
"Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun"
15 iyun 2021-ci il Azərbaycan tarixinə yazılan möhtəşəm gün oldu. Azərbaycan və Türkiyə prezidentləri iki qardaş ölkəni bir-birinə daha da bağlayacaq Şuşa Bəyannaməsi imzaladılar. Bütün dünyanın diqqət mərkəzində olan bu hadisəni Azərbaycan və Türkiyə xalqı böyük coşqu ilə qarşıladı.

Müxalifət partiyalarının liderləri də Şuşa Bəyannaməsini çox böyük uğur hesab edir və alqışlayırlar.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Şuşa Zirvəsi 44 günlük Vətən savaşında əldə etdiyimiz qələbədən sonra qanunauyğunluq olmaqla yanaşı özlüyündə həm də tarixi bir hadisədir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada belə bir görüşünün reallaşacağı bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz xəyal kimi görünə bilərdi.

Bu səbəbdən də tam mübaliğəsiz demək olar ki, 15 iyunda təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla, bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdi: “Təbii ki, bu görüşdən böyük gözləntilərimiz var idi və hesab edirəm ki, bu gözləntilər yaxşı mənada özünü doğrultdu. Azərbaycan və Türkiyə prezidentləri bir sıra məsələlərlə bağlı çox önəmli açıqlamalar verdilər və iki qardaş ölkə başçısı tərəfindən imzalanmış bəyannamə ilə bu zamana qədər səsləndirilən bir çox vacib müddəaları imzaları ilə təsbit etdilər.

Şuşada imzalanmış bəyanat hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsinin vacibliyi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu kontekstdə Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması və bir sıra digər olduqca mühüm müddəaları özündə ehtiva edir. Xüsusilə də iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı məsələlərin nəzərdə tutulmasını olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycan və Türkiyə dövlətlərinin bundan sonra da regionda əsas söz sahibləri olaraq sülhün və sabitliyin qarantoru rolunda çıxış edəcəyinin bütün dünyaya ciddi mesajı kimi qəbul edilə bilər".

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin Şuşa səfəri və imzalanan Şuşa Bəyannaməsi həm Azərbaycan və Türkiyə, həm də region üçün çox önəmli tarixi hadisədir. Bu hadisə həm də regionda yeni düzənin formalaşmasının işartılarıdır. Bu düzənin formalaşmasında Azərbaycanın da özünəməxsus yeri var: “Şuşada imzalanan bəyannamə çox böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Orada da vurğu yapıldı ki, bu, Qars müqaviləsinin sanki davamıdır. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti ən yüksək səviyyədə rəsmi sənədlərdə əksini tapmasıdır. Bu, bir millət bir dövlət prinsipinə doğru atılan addımdır. Şübhəsiz ki, bunu heç kim Azərbaycanın müstəqilliyinin hər hansı formada itirilməsi kimi başa düşməsin. Azərbaycanla Türkiyəni bu sənəd bir-biri ilə heç vaxt olmayan səviyyədə bağlayacaq. Türkiyə Qafqaza qədəm qoyur. Hansı tərəfdən analiz etsək Şuşa Bəyannaməsinin böyük tarixi əhəmiyyətə malik sənəd olduğunu söyləyə bilərik”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hadisəyə facebook səhifəsində belə münasibət bildirib: “Türkiyə və Azərbaycanın ”üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruması barədə Şuşa Bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir. Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun".

AXCP sədri Əli Kərimli isə sosial şəbəkədə məsələyə bu cür münasibət bildirib: “Azərbaycan-Türkiyə hərbi ittifaqın nəhayət, rəsmiləşdi. Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa Bəyannaməsinə görə ”Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə... Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bildirdi ki, Qarabağ məsələsində istər atəşkəs dönəmində, istər 44 günlük savaş zamanı, istərsə də ondan sonra müxalifət hər zaman milli mövqedən çıxış edib. Bu məsələdə siyasi maraq, fikir ayrılığı yoxdur və ola da bilməz. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi hər kəs üçün birinci dərəcəli məsələdir: “İkinci Qarabağ savaşında milli birliyin, siyasi həmrəyliyin ortaya qoyulması da bunun təsdiqi idi. Şuşa zirvəsində də mövqe eyni cürdür. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfəri özlüyündə Qarabağın azadlığının simvolik bir təsdiqi idi. Eyni zamanda dünyaya bir daha Azərbaycan-Türkiyə qardaşlığı sərgiləndi. Şuşa Zirvəsində imzalanan bəyannamə isə bütün deyilənlərin rəsmiləşmiş forması idi. Müxalifət olaraq bütün bunları alqışlayır və dövlətimiz adına qürur duyuruq. Hər kəs də bilməlidir ki, Azərbaycanda milli məsələlər mövzu olduqda iqtidar-müxalifət fərqliliyi yoxdur”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru