Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                 

“Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir” - deputat
Tarix: 22-06-2021, 08:58 | Çap et
“Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir”
Radikal müxalifət, separatçılar və bəzi xarici ölkə agentləri kimi xarakterizə olunan adamlar 15 iyunda Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsinə qarşı birləşiblər.

Bir növ həmin qüvvələr 10 noyabr tarixli üçtərəfli anlaşmadan sonra başlatdıqları qara piar kampaniyasının müəyyən qədər “baş tutduğunu” düşünərək, bir daha Rusiya amilindən yararlanmağa çalışırlar. Burada onların gətirdikləri əsas arqument budur ki, Ərdoğan ölkəsinə dönəndə jurnalistlərə “İlham Əliyev Putinlə görüşüb danışmalıdır” söyləyib. Bundan uzağa gedən nəticələr çıxararaq iddia edirlər ki, hətta Türkiyənin Azərbaycanda möhkəmlənməsi üçün iki qardaş ölkənin prezidentləri Putindən icazə alacaqlar.

Onların bu cəfəng fikirləri daha çox gülüşlə qarşılansa da, müzakirələr doğurmamış da deyil.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında fikirlərini çox sərt şəkildə ifadə etdi: “Azərbaycanın 1921-ci ildə Qars müqaviləsindən sonra sərhədləri daxilində dövlətçiliyini qoruyub saxlamaq baxımından adını çəkdiyim müqavilədən də üstün Şuşa Bəyannaməsi qəbul olundu. Olduqca ciddi, əhəmiyyət kəsb edən tarixi bir sənəddir. İllərdir ki, biz Azərbaycanla Türkiyə arasında müttəfiqlik müqaviləsinin bağlanması arzusunda idik. Bununla bağlı ən müxtəlif platformalarda fikirlərimizi səsləndirmişik. Doğrudur, 1992-ci ildən üzü bəri iki qardaş ölkə arasında əməkdaşlığın yaranması istiqamətində zamanın verdiyi tələblər çərçivəsində çox ciddi addımlar atılıb. Amma bu addımların ən möhtəşəmi 15 iyundakı bəyannamə oldu. Bunun əleyhinə çıxanlara deyərdim ki, Şuşa Bəyannaməsini diqqətlə oxusunlar. Təkcə oxumasınlar, həm də dərk etsinlər, başa düşsünlər, anlasınlar. Bu bəyannamə ilə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə, suverenliyinə zidd olan, bunu təhlükə altına alan üçüncü dövlətin qarşısında Türkiyə dövləti, onun silahlı qüvvələri dayanacaq. Bunu sayın Ərdoğan da açıq şəkildə bəyan edib.

44 günlük müharibə dövründə, eləcə də müharibə ərəfəsində belə bir müqavilə yox idi. Məhz bu səbəbdən qardaş ölkə hərbi potensialını Azərbaycanın yanına gətirmədi. Azərbaycanın heç buna ehtiyacı da olmadı. Təkbətək işğalçını sındırdı. Əgər Rusiya KTMT-nin əsas ölkəsi kimi Ermənistanın yanında olsaydı, türk qardaşlarımız Rusiyanın qarşısında dayanacaqdılar. Bunu bildiyi üçün Putin açıq şəkildə Ermənistanı müdafiə etmədi. Həmin şəxslər artıq bunu anlamalıdırlar. Bütün bunların əleyhinə gedən ermənidən betərdir. Bu gün ermənilər bəzi radikal müxalifətçilərin mövqeyindən daha yumşaq mövqe ifadə edir. Faşist, bandit, Xocalı faciəsini törədən Köçəryanın yanında yer almaq onlara başucalığı gətirmir. Şuşa Bəyannaməsinin taleyini sosial şəbəkələrdə aşağı-yuxarı mənasız şərhlər həll etmir. Onlar, sadəcə, tariximizə lənətlənmiş ermənilərin, eləcə də fransızların yanında yer alan şarlatanlar kimi daxil olublar. Buna çox təəssüf edirəm. Bir tikə çörəyə, yaxşı həyat tərzinə görə antimilli mövqe tutmaq heç kəsə başucalığı gətirmir. Deyirlər ki, Ərdoğan İlham Əliyevin Putinlə danışmalı olduğunu deyib. Bəli, burada nə var ki? Putin təkcə regionun deyil, dünyanın supergücü olan dövlətlərindən birinə rəhbərlik edir. Bu gün Bayden Putinlə görüşür, Avropa İttifaqı Rusiyanın qarşısından qaçır. Biz regionun ciddi faktoru kimi Rusiyanı dana bilmərik. ”Şimal qonşumuzla əlaqələri kəsək, danışıqlar masasına oturmayaq" kimi fikirlər əslində Azərbaycana qəsd deməkdir. 44 günlük müharibədə Kreml bu və ya digər səbəblərdən neytral qaldı. Burada da cənab İlham Əliyevin uzun illərdən bəri aparmış olduğu diplomatik siyasət mühüm rol oynadı. Onsuz da Rusiya ilə danışıqlarımız gedir. Kreml proseslərin içərisindədir. Müharibənin dayanmasına, Ermənistanın kapitulyasiyasına imza atanlardan biri də Putindir. Heç bir halda bu münasibətləri düşmənçiliyə çevirməli deyilik. Onlar ya bunu anlamırlar, ya da anlayıb belə olmasını istəyirlər. Onun üçün də Şuşa Bəyannaməsinə kölgə salmağa cəhd edirlər. Onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki sözlərinin çəkisi və qüvvəsi yoxdur".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, qələbəyə şərik olmaq istəyənlər çox olur: “Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Ona görə də bizi istəməyənlər qələbəmizə kölgə salmağa, kimlərisə şərik qoşmağa çalışırlar. Bütün bunlar mənasız cəhdlərdir. Heç kim qələbəmizi əlimizdən ala bilməz, ”Mavr işini görüb , heç hara da getmək fikrində deyil". Hər şey də bizim istədiyimiz ssenari ilə davam edir. Paşinyanın yerində qalması da işimizə yarıyacaq. Rusiya amilindən də çəkinməyə ehtiyac yoxdur. Ərdoğan Azərbaycanın Rusiya ilə danışmasını istəyirsə, buna da normal yanaşmalıyıq. “Öz göbəyimizi, əlbəttə, özümüz kəsməliyik”. Azərbaycan regionda real güc faktoruna çevrilib. Bunu Türkiyə də bu açıqlaması ilə təsdiq edir. Rusiya ilə bizim əvəzimizdən niyə başqası, lap elə qardaş Türkiyə danışmalıdır? Böyük Zəfərdən sonra hər kəs başa düşdü ki, dilimiz də, dilçəyimiz də var. Türkiyə qardaş ölkədir. Biz onun gücü ilə hesablaşır, bir yerdə hərəkət edirik. Amma həm də öz sözümüz, yerimiz var. Rusiya da Azərbaycan faktoru ilə hesablaşır. Biz də regionda Rusiyanın təsir imkanlarını nəzərə almalıyıq. Ermənistan özünü tam şəkildə Rusiyanın ixtiyarına verib, iqtisadiyyatı Rusiyanın əlindədir, sərhədlərini rus əsgərləri qoruyur. Biz isə öz ölkəmizin tam sahibi olmaqla müəyyən məsələlərdə Rusiya amili ilə hesablaşırıqsa, bunda heç bir aşağılayıcı və ya təhlükəli məqam yoxdur. Siyasət “düzünəqulu prospekt” deyil, enişli-yoxuşlu prosesdir. Daim irəliyə getmək mümkün deyil. Bəzən daha sürətlə irəliyə getmək üçün bir qədər geriyə çəkilməli də olursan. Türkiyə və Azərbaycan regionda söz sahibidir. Heç kəsdən icazə almağa ehtiyac yoxdur. Əksinə, Rusiya addımlarını Azərbaycan və Türkiyə ilə uyğunlaşdırmağa çalışır. Şimal qonşumuzun sülhməramlıları Azərbaycan və Türkiyənin icazəsi ilə regiona yerləşdirilib. Rusiya söz sahibi olsaydı, Ərdoğanın Şuşaya səfərinə imkan verməzdi, orada Şuşa Bəyannaməsinin imzalanmasına razı olmazdı. Azərbaycan və Türkiyə liderləri Şuşadan bütün dünyaya, o cümlədən Rusiyaya mesajlarını verdilər. Bu mesajın mahiyyəti o idi ki, Şuşa, Xankəndi daxil, Qarabağın, Zəngəzurun sahibi bizik. Putin səsini də çıxara bilmədi, susdu. Susmaq isə razılıq əlamətidir".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru