Radikallarla loyalların davası günbəgün qızışır - onlar nəyi bölə bilmir?
Tarix: 24-06-2021, 08:31 | Çap et
Azərbaycanda özünü müxalifət elan edən çoxsaylı partiyalar var. Lakin müxalifət yekcins deyil, radikal və loyal tərəflərə bölünüblər. İllərdir aralarında qarşılıqlı ittihamlar hökm sürür. Bu iki qüvvə arasında münasibətlər hakimiyyətə münasibətdə daha sərt və barışmaz görünür. Loyallar radikalların çağırışlarının, şüarlarının, yanaşmalarının köhnəldiyini deyirlər. Radikallar isə loyalları hakimiyyətə bağlı, hakimiyyətin göstərişi ilə hərəkət edən “müxalifət” hesab edir və tərəflərdən biri hakimiyyətlə güzəştsiz mübarizə aparmaq xəttini tutur. Digər tərəf hakimiyyətlə fərqli taktikalarla mübarizə aparmağın, dialoq yolu ilə problemləri tədricən həll etməyin tərəfdarıdır. Bəs bu iki qüvvənin öz aralarındakı dava, fikir ayrılığı ümumi müxalifətə necə təsir göstərir və bu vəziyyət hakimiyyətin marağındadırmı?
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, müxalifət düşərgəsində insanlar sərt ritorikadan istifadə edir, rəqibini aşağılayır, hərdən də bu təhqirə də keçir, qarşılığı da olanda pis bir mənzərə yaranmış olur: “Hansı ki, bu, heç bir münasibətlər silsiləsinə və siyasi mədəniyyətə uyğun gəlmir. Mən ölkədə radikal və loyal müxalifət anlayışını heç bir halda qəbul etmirəm. Mənim üçün müxalifət daxilində 2 qanad var: sivil mübarizə tərəfdarları və qaragüruhçuluq yolu ilə mübarizə tərəfdarları. Düşünürəm ki, ölkəmizdə normal siyasi münasibətlər sistemi yaratmağın zamanı çoxdan yetişıb. Söyüş, təhqir, qaragüruhçuluq siyasətə yaddır.
Təbii ki, cəmiyyətimizin siyasi savadının aşağı olması bir çox partiyaların, xüsusilə də iqtidarın işinə yarayıb. Biz də məhz bu səbəbdən sivil, şüurlu siyasi münasibətlərdən yanayıq. Düşünürəm ki, cəmiyyətdə sağlam mübarizə həm də maariflənmə ilə nəticələnək. Nəticədə bundan ölkənin demokratik qüvvələri qazana bilər.
Bugünədək formalaşmış ənənələri dəyişməyin zamanı çoxdan yetişib. Bir ara təmsil olunduğumuz düşərgədə belə bir adət vardı - “mənimlə deyilsənsə, məni dəstəkləmirsənsə hakimiyyətin adamısan”. Baxın, bu şantajdır. Şantajla siyasi ittifaqlar yaratmaq cəhdidir. Bunun da sonu iflasdır. Bu baxışı ölkə siyasətinə kimlərin gətirdiyi də məlumdur. Son nəticədə ümumi müxalifət zəifləyir və müxalifətin güclü olmaması isə hakimiyyətin xeyrinə işləyir.
Ölkədə siyasi partiyalar arasında sağlam münasibətlərin formalaşmamasında iqtidar böyük məsuliyyəti daşıyır. Amma iqtidar gəlib müxalifətdaxili məsələləri tənzimləyəsi deyil. Bunu şəxsən mən də qəbul etmərəm. Amma çox təəssüflər ki, müxalifət daxilində də bu günədək monopoliya yaratmaq sevdasına düşmüş şəxslər olub. Müəyyən dövr üçün bunu bacarıblar da. Amma sonrakı dövrdə meydana Gələcək Azərbaycan Partiyasının, ReAl Partiyası, Ağ Partiya kimi yeni siyasi qüvvələrin çıxması bu monopolyanı dağıtmağa nail oldu".
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, uzun illərdir ənənəvi müxalifət ölkədə siyasi müxalifəti inhisara almağa və öz şəxsi ambissiyalarını həyata keçirməyə çalışır. Azərbaycanda müxalifətin irəli gedə və ciddi uğurlar qazana bilməməsində bu vəziyyət şübhəsiz öz təsirini illərdir göstərir: “Bu vəziyyət indi də davam edir. Biz bunu zamanla görürük, hətta Şuşa Bəyannaməsinə - Türkiyə və Azərbaycan əlaqələrinə böyük töhfə verən, müttəfiqlik müqaviləsi olan bu sənədə iki partiya imza atmadı. Hətta imza atanlara qarşı təhqirlərə keçdilər. Ənənəvi liderlərin baxışları 90-cı illərdə qalıb və onların köhnəlmiş baxışları, hər addımda digər müxalifət partiyalarını düşmən elan edib onlara qarşı hücumlar, qarşılıqlı ittihamlar illərlə bütün müxalifətə böyük zərbələr vurub.
Hakimiyyətin son iki ilə yaxın müddətdə partiyalarla dialoqu və yeni bir siyasi mövqe ortaya qoyması, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə yeni bir açılım başlandı, ölkədə yeni siyasi konfiqurasiya formalaşdı. Radikal mövqeli bir neçə müxalif partiya özünü bu konfiqurasiyadan kənarda qoyub və ənənəvi zərərli xətti davam etdirirlər.
Qarabağ müharibəsində də bu iki partiya kənarda qaldı. Belə bir yanaşma ilə özlərini cəmiyyətdən kənarlaşdırdılar. AXCP, Müsavat və Milli Şura hakimiyyətlə dialoqda olan partiyalara qarşı qara piar aparır. Onlar tərəfindən bizə qarşı savaş aparılır. Düşünmürəm ki, hakimiyyət burada maraqlı olsun. Hətta hakimiyyət bu iki partiyaya da dialoq təkli edib və dövlət naminə sənədlərə imza atmağa dəvət edib. Baxın Əli Kərimli, Arif Hacılı, Tofiq Yaqublu, Cəmil Həsənli bütün günü Qarabağda qələbəmizə kölgə salır. O qədər primitiv siyasət ortaya qoyurlar adam məəttəl qalır. Bəziləri hətta Robert Köçəryanın memuarlarından sitat gətirir və ona inanır. Tofiq Yaqublu deyir ki, sərhəddən geri çəkilək, Ermənistanda demokratiyaya mane olmayaq. Belə olduğu halda təbii ki, dialoq tərəfdarı olan müxalifətlə bu cür müxalifətin bir yerdə olması mümkün deyil və burada hakimiyyətin əlinin olduğunu düşünmək yanlış olardı. Bir kiçik qrup adamlar uzun illərdir müxalifəti parçalayıb və hər kəsi qaralamaqla məşğuldurlar. Mən o adamların hər birini siyasətdən getməyə çağırıram". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
|