"Erməni cəmiyyətinin birdən-birə bu əhvala gətirilməsinin anlaşılması vacibdir" - deputat
Tarix: 25-06-2021, 09:15 | Çap et
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Ermənistanda parlament seçkiləri bitdi. “Yenidən müharibəyə başlayaq” ritorikası ilə çıxış edən qrupa cəmiyyət “yox” dedi. Bu nəticələr müharibənin yaratdığı reallıq kimi dəyərləndirilə bilər?
- Burada təbii ki, müharibənin nəticələri kimi baxış da mümkündür. Amma müharibədən, məğlubiyyətdən sonra həmin “lider” yenidən səs alırsa, demək bu məğlubiyyətin xalqın faydasına olduğunu düşünən bir cəmiyyət var. Çünki əsas hədəfə gedərkən çiynində başqa bir yük daşıyan adam çayda batarkən ya yükdən azad olmalıdır, ya da ki boğulmalıdır. Ermənistan da əslində “Qarabağ yükündən” xilas olmanı düşünən bir cəmiyyətin reallığını göstərdi. Bu cəmiyyət əslində “Qarabağdan qurtuluş”, qeyri-müəyən illuziyalardan xilas olma prosesi kimi seçkiyə yanaşdı. Erməni xalqı bu döngədə isə “atları” dəyişmədi. Bu, Ermənistanın əsas kütləsinin daha çox “Qarabağsız”, müstəqil və normal yaşaya biləcək bir dövlət arzusunda olduğunu göstərdi. Bunu Paşinyan obrazında da rəsmiləşdirdi.
- Bu addımdan sonra erməni cəmiyyətinə nə dərəcədə inanmaq olar?
- Erməni cəmiyyətinin birdən-birə bu əhvala gətirilməsinin anlaşılması vacibdir. Çünki həddən artıq real olmayan hədəfləri qarşısına qoyan bir millət bir dövr onun maddi nəticələrini görmədikdə bundan bezməyə başlayır. Qarabağda ermənilər o maddi nəticəni görmədilər. Torpağı işğal etdilər, amma onu hər hansı bir şəkildə legitimləşdirmək mümkün olmadı. Heç bir ölkə də bu işğalı tanımadı. Dövlət qurmaq istəkləri də alınmadı. Formal olaraq o ərazidə icma quruluşu kimi bir şey yaratdılar. Adını parlament, nazirlər kabineti, dövlət qoydular, amma bu dövlət formatını heç kəsə qəbul etdirə bilmədilər.
- Ermənistan artıq ”Qarabağ yükü"ndən qurtulmaq haqqında qərar verib?
- Artıq çayda boğulan Ermənistan “Qarabağ yükünü” çiynindən atmış durumda olduğunu nümayiş etdirdi. Son parlament seçkilərində də bunu açıq şəkildə hər kəs gördü. Ermənistanın Qarabağla bağlı siyasətində ciddi, köklü dəyişikliklər baş verəcək. Qarabağda ancaq ermənilərin uzlaşmadan keçdiyini anlayan bir “elita” ortaya çıxacaq. Onlar anlayacaq ki, ancaq Azərbaycanla normal münasibətlər qurulduğu zəmində erməni bu ərazilərdə azlıq kimi yaşamaq imkanına sahib ola bilər. Sülhməramlılar hər nə qədər prosesin içində onlara maddi dəstək vermiş olsa da, bu, əbədi ola bilməyəcək. Çünki bölgədə hərbi güclə ayaqda qalmaq istəyən toplumların vəziyyəti göz önündədir.
- Azərbaycan üçün bu addımın nəticələrini necə analiz etmək olar?
- Azərbaycan olaraq prosesləri daha da irəliyə aparmaq üçün müəyyən dərəcədə Ermənistanla təmaslar güclənməlidir. Çalışılmalıdır ki, müəyyən dərəcədə sərhədlərin tam təminatından sonra Zəngəzur dəhlizinin açılması üçün Ermənistan hakimiyyətini yönləndirmək mümkün olsun. Çünki onların siyasi iradəsi bu məsələnin dinc və normal məcrada getməsinə şərait yarana bilər. Amma eyni zamanda hazırlığımızı da gücləndirməliyik. Çünki erməni revanşizmi təkcə erməni potensialı ilə qalxan bir revanşizm deyil. Ermənilərin istifadə olunduğu, amma arxasında böyük güclərin durduğu bir revanşizmdən bəhs olunur. Ona görə də bu məsələlərə qarşı həssas yanaşılmalıdır. Mövcud münasibətlər sistemi üzərində gələcək qurmaq olmaz. Azərbaycan özü müəyyən məsələləri aydınlaşdırıb diqtə etməlidir ki, bundan sonra ermənilər bizim trayektoriya və yol xəritəsi üzrə getməyə məcbur olsun.
- Tarixi Şuşa Bəyannaməsi imzalandı. Bu, Ermənistan başda olmaqla, bir çox dövləti istər-istəməz narahat etdi. Siz bu bəyannamənin mahiyyətini necə qiymətləndirisiniz?
- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi hər zaman bundan sui-istifadə etməyə çalışıb. Onlar düşünüblər ki, əgər Ermənistan ərazisinə hansısa bir hücum olsa, bu, KTMT-yə üzv olan ölkələrə hücum kimi qiymətləndiriləcək. Əslində Şuşa Bəyannaməsinin mahiyyəti odur ki, əgər Azərbaycana hücum və yaxud bir təhlükə olarsa, Türkiyə bu məsələni öz ərazisinə hücum kimi dəyərləndirəcək. Bunun sadə cavabı məhz budur. Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməklə həm də Ermənistanı qardaş ölkə tərəfdən də mənəvi mühasirədə saxlamış olacaq. Yəni Ermənistan artıq anlayır ki, təkcə Qərb cəbhəsində deyil, Şərq cəbhəsində də eyni zamanda Türkiyəyə qarşı hər hansı bir addım müdaxilə kimi dəyərləndiriləcək. Azərbaycan da Türkiyəyə dəstək verməyi öz üzərinə bir öhdəlik kimi götürüb. Bu qarşılıqlı öhdəlik təbii ki, müəyyən dərəcədə bir çoxlarını qıcıqlandırıb. Amma bunun heç bir fərqi yoxdur. Əgər bunun belə bir fərqi varsa, Ermənistan özü KTMT-dən çıxsın. Eyni zamanda bölgədə hər kəs bir güc mərkəzinə özünü müəyyən dərəcədə yaxınlaşdıra bilər. Şuşa Bəyannaməsi eyni zamanda bir siyasi iradə nümayişidir. Açıq şəkildə göstərilir ki, hər hansı bir şəkildə Azərbaycana müdxailə etmək olmaz. Olarsa, qarşılarında qardaş Türkiyəni görəcəklər. Türkiyənin də burada açıq, birmənalı dəstəyi böyük bir siyasi jestdir və qardaş ölkə kimi Azərbaycan üçün edilən bir fədakarlıqdır. Azərbaycan tərəfi də bu fədakarlığı yüksək qiymətləndirir.
- Zəngəzur dəhlizinin tez açılması üçün hansı addımlar atılmalıdır?
- Birlikdə bu məşəqqətli dövrü də adlayıb Zəngəzur dəhlizinin açılmasını təmin edəcəyik. Bu dəhlizin açılmaması həm də Laçın dəhlizinin bağlanması deməkdir. Azərbaycan ən sonda məhz bu addıma gedəcək. Burada da heç bir ölkənin Azərbaycana iradı ola bilməyəcək. Məsələ bu prosesdə tənzimləyici rolda çıxış edən ölkələrin imici baxımından da önəmlidir. Şuşa Bəyannaməsindən sonra daha qətiyyətli formada Zəngəzur dəhlizinin açılmasını gerçəkləşdirmək üçün əsaslar formalaşıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
|