AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                 

“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər” - Partiya sədri
Tarix: 30-06-2021, 08:47 | Çap et
“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər”
“Four Seasons” hotelində deputat Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında yaranan “maska qalmaqalı” sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda davam edir. Daxili İşlər Nazirliyinin deputatı cərimələməsi isə məsələni daha da böyüdüb.

Oxuculara aydın olsun deyə qalmaqal barədə məlumat verək.

Virtual.org saytı sözügedən “Four Seasons” hotelində R.Həsənovla M.Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli, britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.

Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənlə evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

Təmin edilən bu görüş həmin hoteldə müəyyənləşdirilmiş və həmin vaxt deputatın icraya müdaxilə etdiyi bildirilir. Bu barədə vəkil açıqlamasında bildirib ki, əslində məhkəmə qərarının icrasında iştirak etmək hüququ olmayan deputat qəsdən qarşıdurma yaradıb: “Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın uşağı ilə görüşü təmin edilməli idi. Görüş həmin hoteldə müəyyənləşdirilmişdi. Görüş zamanı Ramil Həsən icraya müdaxilə edirdi”.

Məsələ ilə bağlı R.Həsən də fikirlərini REAL TV ilə bölüşüb: “Qanunverici hakimiyyətin təmsilçisi olaraq, hər birimiz sadə Azərbaycan vətəndaşı kimi qanunlara riayət edirik. Konstitusiyanın müvafiq bəndlərinə görə, bizim hüquqlarımızın biri də bundan ibarətdir ki, icazəmiz olmadan hər hansı bir şəxsin və ya o şəxsin nümayəndəsinin videoçəkiliş aparmasına icazə verilmir.

Şəxsi həyatın toxunulmazlığı konstitusiyada təsbit edilib. Təəssüf ki, buna baxmayaraq, vəkilliklə məşğul olan bir şəxs bilavasitə mənim gözümün qarşısında ətrafındakı adamlara təlimat verir ki, belə bir videoçəkiliş həyata keçirsin.

Təəssüf edirəm ki, Vəkillər Kollegiyasının nümayəndəsi, eyni zamanda bəzi mətbuat orqanları təxribatçı addımlarla ölkə gündəmini şəxsi zəmində başqa istiqamətlərə yönəltməyə cəhd edirlər".

R.Həsənlə bağlı bu qalmaqal ilk deyil. Təxminən 20 gün öncə məhkəmə qərarından sonra deputatın mənzilinə gələn icraçıların qarşısına R.Həsən şortiklə çıxmış, onlara qarşı xoşagəlməyən ifadələr işlətmişdi.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı komissiyada həmkarının işinə baxıb-baxmayacaqları barədə sualımıza belə cavab verdi: “Millət vəkili xalq tərəfindən seçilən, mandat verilən, qanunvericiliklə kifayət qədər statusu olan şəxslər olur. Bu baxımdan hər məsələyə görə millət vəkilinin fəaliyyətini İntizam Komissiyasına qoyub, onu tənbeh etmək təcrübəsi mənə elə gəlir ki, təqdir edilən olmaz. Hansı hallarda millət vəkillərinin fəaliyyəti İntizam Komissiyasına verilir? Parlamentin nizamnaməsi pozulanda, eyni zamanda onun hərəkət və davranışları ictimai təhlükəlilik təşkil edərsə, açıqlamaları dövlətçiliyimizə ciddi problem yaradarsa, etdiyi çıxışlar, yazmış olduğu yazılar, müsahibələr dövlətlərarası münasibətlərdə xoşagəlməz gərginlik yaradırsa, bu hallarda İntizam Komissiyası bu məsələlərə baxır. Müzakirələrdən sonra komissiyanın müvafiq qərarı qəbul olunur. Amma Ramil Həsənin hoteldə bir vəkillə mübahisə etməsi İntizam Komissiyası səviyyəsində müzakirə ediləcək məsələ deyil. Verilən açıqlamalardan da məlum olur ki, bu, mübahisə xarakteri daşıyır. Tərəflərdən biri digərinin fikirlərini qəbul etməyib və hər kəs özünün haqlı olduğunu ortalığa qoyub, beləliklə də mübahisə yaranıb. Ona görə də bunun İntizam Komissiyasında müzakirə edilməsinə, məncə, ehtiyac yoxdur. Mübahisə özü belə ictimai təhlükə təşkil etməyib. Burada təbii ki, əxlaqi qaydalardan, amillərdən kənarda olan fikirlərin səslənməsi barədə mətbuatda məlumatlar getməyib. Bu baxımdan mübahisənin İntizam Komissiyasına çıxarılması barədə fikirlər, tələblər qeyri-ciddi səslənir. Hər birimiz hətta ailədə belə mübahisə edirik. İş yerində, həyatda yaxın olanlar şəxslər, dostlar arasında belə mübahisələr yaşanır. İndi buna görə onlar cəza almalıdırlar? Düşünürəm ki, bu məsələnin İntizam Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Buna əsas da görmürəm. Amma millət vəkilinin üzərində ictimai nəzarətin güclü olduğunu unutmamalıyıq. Deputat bütün situasiyalarda özünü cilovlamağı bacarmalıdır. Onun demiş olduğu söz, atmış olduğu addım, yol vermiş olduğu hərəkətlər cəmiyyətdə ciddi rezonans doğurur. Bunu millət vəkilləri nəzərə almalıdır. Ümidvaram ki, bundan sonra yəqin hörmətli həmkarımız Ramil Həsən davranış və hərəkətlərində emosiyalara yol verməyəcək, istənilən situasiyada daha çox təmkin nümayiş etdirəcək”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli məsələnin hüquqi tərəflərinə toxundu: “Bu insidentin təfərrüatları barədə tam məlumatlı deyiləm. Düşünürəm ki, tam dolğun məlumata malik olanlar da azdır. Belə mübahisələr olur. Sadəcə, onu bilirəm ki, deputat tərəf kimi çıxış edib və vəkil bunun üçün onunla mübahisə edib. Hər halda, onun dediyindən çıxış edirəm. Məhkəmə valideynin uşağı ilə görüşməsi üçün qərar verməlidir. Hesab edirəm ki, məhkəmədə baş verən bu mübahisəni o qədər də şişirtmək lazım deyil. Məhkəmə zamanı bir-birinə qarşı bundan da kəskin davranışların olduğunu, ifadələrin işlədildiyini görmüşük. Bizdə adətən belə fikirlər var ki, vəzifə statusu varsa, deputatdırsa, etik qaydalara daha çox əməl etməlidir. Əgər mübahisə zamanı söyüş, təhqiredici ifadələr varsa, o zaman bu məsələyə baxıla bilər, yəni Milli Məclisin İntizam Komissiyası tərəfindən. Bu komissiya tənbehedici tədbirlər görə bilər. Xəbərdarlığın edilməsi, töhmətin verilməsi mümkündür. Düşünürəm ki, mübahisə deputat mandatından məhrum edilməyə qədər gəlib çıxmayıb. Qanunvericiliyə görə, əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər. Amma bu olayı etik qaydaların pozulması kimi qələmə vermək olar, kobud pozulma kimi deyil”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev həmkarının müdafiəsinə qalxıb. O bununla əlaqədar öz facebook səhifəsində status paylaşıb: “Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o, vətəndaşın cərimə edilməsinə sevinsin.

Əslində qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır. Deputat da sadə bir vətəndaşdır.

Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyəti orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur.

Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.

Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru