"Heç kim öz xoşuna geri çəkilmir" - HƏQİQƏTƏN DƏ...
Tarix: 31-03-2022, 08:30 | Çap et
Azərbaycan və Türkiyəni hədələyən, təhqir edən Rusiya Dövlət Dumasının üzvü Mixail Delyagin səsləndirdiyi ifadələrə görə üzr istəyib. Rus deputat verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib: “Mənim sözlərimdən qorxan, inciyən və yaxud özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm”. Xatırladaq ki, Delyagin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycanı Türkiyənin “əlaltısı” adlandırmış, ölkəmizin cəzalandırılmasını tələb edərək, Bakının bombalanmasını istəmişdi.
Delyaginin Rusiya televiziyasında səsləndirdiyi sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Ölkə ictimaiyyətinin sərt reaksiyasından sonra Rusiyanın rəsmi dairələri məsələyə müdaxilə edərək, Delyaginin çıxışının şəxsi mülahizə olduğunu, Kremlin mövqeyini əks etdirmədiyini bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırmışdı. Qeyd etmişdi ki, məlum açıqlama Rusiyanın rəsmi mövqeyinə heç bir halda cavab vermir. Həmçinin, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdı. Bundan əlavə, Delyaginin təmsil olunduğu “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi Oleq Şein tərəfindən səfir Polad Bülbüloğluna məktub ünvanlanıb. Məktubda Oleq Şein Rusiya vətəndaşları adından həmpartiyalısının fikirlərinə görə üzr istəyib. Məhz bundan sonra Delyagin səsləndirdiyi ifadələrə görə peşman olduğunu bildirib və şou naminə o cür davrandığını söyləyib. Əlavə olaraq onu da bildirək ki, Respublika Baş Prokurorluğunda Delyaginlə bağlı cinayət işi açılıb və İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. dia-az.life-ın məlumatına görə, AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Rusiya təmsilçilərinin Azərbaycan və Türkiyə əleyhinə fikirlərinə hər zaman çox ciddi təpki olmalıdır.
Partiya funksioneri bəyan edib ki, rus təxribatçılarına qarşı sadəcə ictimaiyyət səviyyəsində deyil, dövlət qurumları və rəsmi şəxslər müstəvisində də sərt cavab verilməlidir: “Rusiya nümayəndələrinin, Duma üzvlərinin Azərbaycana, türklərə qarşı düşmən münasibətinə dəfələrlə şahidlik etmişik. Dövlət kanallarında belə dövlətimizə, rəhbərliyə qarşı hədyanlar səsləndiriblər. Özü də bunu edənlər təkcə müxalif qüvvələr yox, hökumətdə təmsil olunan şəxslər olurlar. Onlar bizə hədə-qorxu gəlir, təhdid edirlər. Hətta daha irəli gedərək Azərbaycan və Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirirlər. Son günlər yenidən post-sovet ölkələrinə ərazi iddiası ilə çıxış edirlər. Bunların hamısı Rusiyanın yırtıcı siyasətindən xəbər verir. Ona görə də rusların cavabı rəsmi orqanlar tərəfindən dərhal verilməlidir.
Çünki rəsmi reaksiya daha effektli olur. Görürsüz, qısa zaman sonra Rusiya prezidentinin sözçüsü açıqlama verdi, digər dövlət qurumları bəyanat yaydı. Sonda Delyagin özü də üzr istəmək məcburiyyətində qaldı.
Bir neçə gün əvvəl də Azərbaycan Müdafiə Nazirliyinin sərt mövqeyindən sonra Rusiya XİN geri addım atdı və dərc etdiyi uydurma xəbəri saytından sildi.
Nəzərə alaq ki, hazırda Rusiya dünyada təklənib, Ukrayna ərazilərinin işğalına görə Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb. Təbii ki, Azərbaycan da 44 günlük müharibədən sonra xeyli güc və nüfuz qazanıb. Yanımızda Türkiyə kimi qüdrətli müttəfiq ölkə var. Bunların hamısı Kremlin yanaşmasına təsir göstərir və güzəştə getməsinə təsir göstərir.
Heç kim öz xoşuna geri çəkilmir, qarşısındakını güclü gördüyü üçün geri addım atır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
|