Rusiya 500 minlik ordu toplasa da, buna nail ola bilməyəcək – Etibar Məmmədov
Tarix: 6-04-2022, 09:08 | Çap et
DİA.AZ AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:
-Etibar bəy, siz Rusiya imperiyasının xislətini həm bilavasitə rus-sovet ordusunun törətdiyi 20 Yanvar qətliamı zamanı Bakıda, həm də həmin olaylarla bağlı Moskvada “KQB”-nin Lefortovo həbsxanasında dustaq həyatı sürərkən şahidi olmusuz. Belə çıxmırmı ki, Moskva sovet dövründə Almatı, Bakı, Vilnüs, Tbilisi və s. şəhərlərdə, eləcə də daha sonra Çeçenistan, Qroznıda törətdiklərinin hüquqi cəzasını almadığından yararlanaraq bu gün 20 Yanvar faciəsində işlətdiyi cəza mexanizm və metodlarını Ukraynada daha geniş və hüdudsuz miqyasda tətbiq edir?
-Sözsüz ki, Rusiyanın Ukraynada törətdiyi son amansızlıqlar göz qabağındadır. Yəni imperiyanın xasiyyəti, xüsusiyyəti dəyişməyib və bu dəfə də Kreml qonşu dövləti işğal etmək məqsədini qarşısına qoyub. Və Putin açıq şəkildə elan edir ki, Ukrayna adlı dövlət tanımırıq, ukrayınları millət hesab etmirik. Ona görə də orada özümüzə uyğun qaydalar yaradacaq və “millət” formalaşdıracağıq. Rusiya rəhbərləri bu məqsədləri nəyin bahasına olursa-olsun həyata keçirməyə qərar verdiklərindən Ukraynada hər cür amansız hərbi cinayətlər törədərək bu ölkəni işğal etmək üçün əllərindən gələni edirlər. Ancaq görünən odur ki, Rusiya hakimiyyətinin artıq bu məqsədlərin həyata keçirməyə gücləri çatmır. Məhz bu səbəbdən də əhalinin kütləvi, amansız qırğını vasitəsilə Ukrayna xalqını təslim olmağa məcbur etməyə çalışırlar...
-Putinin Ukraynadakı denasifikasiya siyasətinin mahiyyətini necə açıqlayardınız?
- “Denasifikasiya” dedikdə, öncə qeyd etdiyimiz kimi, Rusiyanın açıq şəkildə ukrayın xalqını və dövlətini yox etmək məqsədi nəzərdə tutulur. Amma əslində Rusiyanın özü denasifikasiya olunmalıdır. Çünki bütün dünya üçün təhlükə yaratması artıq göz qabağındadır. Bu saat əsl nasist, irqçi dövlətə Rusiya özü çevrilib. Hazırda həmin dövlət açıq şəkildə faşist siyasəti aparır. Məsələn, Kremlin baş təbliğatçılarından biri olan Solovyov dünənki çıxışında bəyan etdi ki, Rusiyanın bütün sərhədləri boyu “təhlükəsizlik zolağı” yaradılmalıdır. Buradan anlaşılır ki, Rusiya tarix boyu etdiyini yenə təkrarlamağı qarşısına məqsəd qoyub. Yəni bu ölkənin başında duranlar daim ərazilərini genişlətmək istəyəndə deyiblər ki, yanımızdakı filan dövlət bizim üçün təhlükə yaratdığından təhlükəsizlik zolağı yaratmalıyıq və sonra da həmin əraziləri işğal edib öz dövlətlərinə qatıblar. İndi də “bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiya həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmaq və həmin xalqları özünə tabe etmək niyyətindədir. Və bu, artıq bütün dünyaya meydan oxumaqdır, XX əsrin 30-40-cı illərində nasist Almaniyasının apardığı siyasətin XXI əsrdə davamıdır. Ona görə də bütün dünya birləşib əsl denasifikasiya və demilitarizasiyanı, yəni həm də tərksilah olunmağı Rusiyaya qarşı tətbiq etməlidir…
-Əgər beynəlxalq ictimaiyyətin təpkilərinə rəğmən Putinin qarşısını almaq mümkün olmazsa və Rusiya hərbi maşını öz məkrli məqsədlərinə çatmaq üçün sonadək gedərsə, digər keçmiş sovet ölkələri, o cümlədən Azərbaycanı nə gözləyir? Doğrudan da mümkündürmü ki, Putin müvəqqəti də olsa, postsovet məkanını işğal edib “SSRİ-2” layihəsini həyata keçirsin?
-Əvvəla, hesab edirəm ki, Rusiya bu qondarma layihəni həyat keçirə bilməyəcək. Çünki artıq Ukraynada onun buynuzunu da, dişini də sındırıblar. Digər tərəfdən, qarşısına qoyulan məqsədləri həyata keçirmək üçün Rusiyanın resursları, ehtiyatları kifayət etmir. Putin ona ümid edirdi ki, elə ilk genişmiyaslı hücumdan və kütləvi qırğınlardan sonra Ukrayna xalqı və dövləti qorxub özü təslim olacaq. Lakin bu, baş vermədi. Və hazırda Moskvanın əlində olan qüvvələr də kifayət etmir ki, bu işğalı davam etdirib həyata keçirsin. Ukrayna kimi ərazicə də böyük ölkəni ilk mərhələdə işğal etmək üçün ən azı yarım milyonluq ordu, silahlı qüvvə lazım idi. Rusiya isə maksimum 200 minlik qoşun toplaya bilib ki, onun da yarısını, demək olar ki, itirib. Və yeni qoşunlar toplamaq, onları təlimlərdən keçirmək öz daxilində böyük vəlvələ və təlatümlərə səbəb ola bilər. Çünki ilk gündən Ukraynaya təcavüzə müharibə yox, “xüsusi əməliyyat” adı qoyublar. Hətta bundan sonra Kreml müəyyən sayda canlı qüvvə toplaya bilsə belə, onlar üçün pul vəsaiti, ərzaq, silah, texnika və s. lazımdır.
Tutaq ki, Moskva lap 500 minlik ordu topladı və Ukraynanı işğal etdi, amma işğal etdiyi ərazini saxlamaq üçün yenə də bir o qədər əlavə resursu olmalıdır. Yəni hər şəhərdə qarnizonlarını yerləşdirməlidir və onları tabelikdə saxlamaq üçün qüvvələr cəlb etməlidir. İkincisi, vurub dağıtdığı ölkəni bərpa etmək və gələcəkdə idarə etmək üçün yenə də vəsait xərcləməlidir. Bunun üçün isə bugünkü Rusiyanın nə vəsaiti, nə pulu, nə ordusu, nə də texnikası var. Yəni artıq müəyyən mərhələdən sonra bu ölkənin dağılma prosesi başlayacaq. Bu saat əsas təhlükə odur ki, Putin rejimi dünyanı Rusiyanın dağılacağı təqdirdə nüvə silahıyla bütün planeti dağıtmaqla qorxudur. Amma artıq Rusiyanın daxilindəki qüvvələr bunun qarşısını almalı və yaxın zamanda da Putinin özünü neytrallaşdırmalıdırlar...
-Amma tarixdən bilirik ki, I Dünya savaşından sonra həm hərbi-siyasi, həm də iqtisadi baxımdan bərbad durumda olan Rusiyada inqilab etməyə nail olan Lenin və bolşeviklər ölkədə kütləvi yoxsulluq, aclıq hökm sürməsinə, hətta milyonların ölümü ilə nəticələnən vətəndaş savaşına rəğmən bütün imperiya ərazisində öz ideyalarını həyata keçirməyə başladılar və sonda Sovet İttifaqı adlı yeni “qırmızı” imperiya qurmağa nail oldular. Və məlumdur ki, həmin bərbad, ordusu dağılıb-tökülən, əhalisi acından ölən Rusiya 1920-ci ilin aprelində yalnız Azərbaycanın üzərinə 100 minlik ordu ilə gəldi...
-Bilirsiz, bunlar tarixdə olan olaylardır... Amma biz onlardan “nümunə” götürərək bu gün də Rusiyaya təslim olmalı deyilik ki?.. Əksinə, bir daha əsarətə düşmək təhlükəsini hiss edən bütün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan dövləti, Azərbaycan xalqı bunları nəzərə alaraq qabaqlayıcı tədbirlər görməlidir. Digərləri kimi biz də Ukraynaya mümkün, lazımi köməkləri daha çox etməliyik ki, Rusiyanın işğalçı ordusu orada tamamilə məhv edilsin. Və bununla da artıq növbəti işğalçı iddialar irəli sürməyə gücləri qalmasın...
-Rusiyanın Ukraynaya təcavüzü nəticəsində baş verənlər fonunda Azərbaycanın Qarabağda və Ermənistanla sərhəddəki yarımçıq qalan problemlərinin həllini necə görürsüz?
-Qarabağda və Ermənistanla sərhəddəki qalan problemlərimizin həlli üçün kifayət qədər imkanlar var. Və nə qədər ki, ermənilər təkrar özlərinə gəlib möhkəmlənməyiblər, əsas məsələləri qısa müddətdə həll etməliyik...
-Yəni deyirsiz ki, Rusiyanın Ukraynada bataqlığa düşməsinə rəğmən digər qonşu dövlətlər kimi Azərbaycana qarşı da dolayısıyla hədə və təzyiqləri müqabilində bu işləri görmək mümkündür?
-Rusiya öz hədələri ilə nəyə nail ola bilər ki? Kremlin hazırda Qafqazda nəsə ciddi işlər görməyə imkanı yoxdur. Odur ki, dövlətimiz və ordumuz mümkün olan hər şeyi etməlidir. Və təbii ki, ilk növbədə Ermənistan sülhə məcbur edilməli və bizim şərtlərlə sülh müqaviləsini imzalamalıdır. Sülh müqaviləsi imzalanandan və rəsmiləşəndən sonra artıq Ermənistan Qarabağa rəsmi şəkildə müdaxilə edə bilməyəcək. Çünki oradakı problemlər tam şəkildə Azərbaycanın daxili probleminə çevriləcək...
- Bəs son 30 ildən çox dövrdə daim Azərbaycana ikili standartlarla yanaşmış, bu gün də Qarabağdakı ermənilərə “status” mövzusunu mütəmadi gündəmə gətirən Qərb - ABŞ, Avropanın deyilən işlərimizə ciddi maneələr törətməsi mümkündürmü?
-İstər Amerika, istərsə də Avropa öz maraqları naminə bütün dünya ölkələrinə qarşı daim ikili standartlar tətbiq ediblər və etməkdə davam edəcəklər. Biilirsiz, hər şey gücə bağlıdır. Gücümüz varsa, biz Qarabağdakı problemlərimizi tam həll etməyə qadir olacağıqsa, onlar bu situasiya ilə barışmalı olacaqlar. Gücümüz yoxdursa, Amerika, ya Avropaya xahiş-minnətlə biz heç nəyin həllinə nail ola bilməyəcəyik...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
|