“Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır” - Partiya sədri
Tarix: 14-04-2022, 09:42 | Çap et
Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Antoni Blinken Dövlət Departamentinə hesabat təqdim edib və jurnalistlərin suallarını cavablandırıb.
İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi oriyentasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular yer alır.
Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de-fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.
AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyəti bu problemləri aradan qaldırmağa çağırdı: “Təəssüflə qeyd etməliyik ki, təkcə Amerikanın Dövlət Departamentində deyil, bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan neqativ anlamda ən yüksək pillələrdə olur. İnsan haqlarının pozulması, siyasi azadlıqlar, azad məhkəmə, azad iqtisadi mühitin olmaması kimi faktlar ölkəmizi bütün siyahılarda geriyə salır. Azərbaycan Ermənistanla mübarizədə beynəlxalq aləmdə bunun əziyyətini çəkir. Nəzərə alsaq ki, bu kimi faktlar Azərbaycana dost olmayan ölkələr tərəfindən bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunur, o zaman hökumət bu hesabatı qəbul etməməklə yanaşı, bu hesabatda göstərilənləri aradan qaldırmaq üçün addımlar atmalıdır. Biz dəfələrlə müxalifət olaraq qeyd etmişik ki, ölkədə siyasi mühitin daha da demokratikləşməsi, məhkəmə sistemində olan problemlərin aradan qaldırılması və digər problemlərin həlli üçün addımlar atılmalıdır. Bu məsələdə iqtidarla müxalifətin birgə dialoqunu təklif etmişəm. Təəssüf ki, hakimiyyət ancaq özlərinin doğru olduğunu qeyd edir. Nəticədə belə neqativ hallar baş verir. Amma söhbət burada heç də ondan getmir ki, hesabatda göstərilən hər bir fakt doğrudur. Lakin deyilən məsələlərlə bağlı ölkəmizdə problemlərin olduğu bir faktdır. Bunu inkar etmək yersiz olardı. Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır. ”Hər şey yaxşıdır, hər şey normaldır, şikayətlər yoxdur, insanlar küçələrə tökülmürsə, heç bir problem yoxdur" kimi düşüncələrlə hələ belə neqativ hallara çox rast gələcəyik. Qarabağ danışıqlarında bunların problemini az çəkmirik. Ümid edək ki, gələcəkdə belə problemləri beynəlxalq arenada yaşamarıq".
YAP-çı deputat Ceyhun Məmmədov təəssüfləndiyini dilə gətirdi: “Təəssüflə qeyd etmək lazımdır ki, bu cür qərarlar artıq davamlı xarakter alır. Hesabatda çox ciddi ittihamlar və eləcə də qərəzli fikirlər var. Çox təəssüflər olsun ki, Amerika kimi bir dövlətin Dövlət Departamenti dəqiqləşdirməmiş belə məlumatlar yayıb. Azərbaycan hər zaman əməkdaşlıq mübadiləsinə hazırdır. Dəfələrlə beynəlxalq qurumlarla görüşlərdə bu məsələni qaldırmışıq və demişik ki, bu kimi hesabatlar Azərbaycanla məsləhətləşdirilməlidir. Hansısa məsələlər varsa, onunla bağlı fikir mübadiləsi aparıla bilər. Ölkəmizdə son illərdə atılan addımların heç birini görməmək, bu formada ittihamlar irəli sürmək yalnız qərəzin və ikili standartların təzahürüdür. Son illərdə Azərbaycanda bir çox sahələr üzrə ciddi islahatlar aparılıb. Məsələn, siyasi partiyalarla bağlı Prezident Aparatında hörmətli Ədalət müəllimin rəhbərlik etdiyi xüsusi şöbə yaradılıb. Bu gün şöbə siyasi partiyalarla çox sıx işləyir. Bir çox partiyalar yenidən qeydiyyatdan keçib, yeni partiyalar yaradılıb. Azərbaycanda normal siyasi mühitin yaradılması üçün dövlət addımlarını atır. Bu gün ölkəmizdəki siyasi partiyalar arasında dialoqun inkişaf etməsi üçün işlər görülür. Siyasi partiyalar ofislərlə təmin olunub. Bu cür görülən işləri görməməzlikdən gəlmək olmaz. Məhkəmə-hüquq sistemində də çox ciddi işlər aparılır. İslahatlar bu istiqamətdə də davam edir. Hüquq-mühafizə orqanlarında da bu islahatlar keçirilir. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bu hesabat sanki əvvəlki hesabatların eynisidir. Eyni fikirlər oradan götürülüb. Azərbaycan hər zaman Amerika ilə əlaqələrin inkişafında maraqlı olub. Bunun üçün də üzərinə düşən bütün addımları atır. Əks tərəf bu mövqeyimizi nəzərə almalıdır. Azərbaycan regionda təhlükəsizliyin təminatı üçün, eləcə də Əfqanıstan və bir sıra yerlərdə gedən proseslərdə öz üzərinə düşənləri hər zaman həyata keçirib. Azərbaycanın bu səyləri yüksək qiymətləndirilməlidir. Mətbuat sahəsində də ölkəmizdə son illərdə çox ciddi işlər görülüb. Vebsəhifələrin bloklanması Azərbaycanda mövcud deyil. Belə bir təcrübə var, amma ölkəmizdə heç zaman geniş tətbiq olunmayıb. Bu gün ölkəmizdə mətbuat azadlığı var. Media burada sərbəst şəkildə fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur. Tənqidi fikirlər daxili mediada kifayət qədərdir. Bu da onu göstərir ki, hesabatda yer alan fikirlər əsassızdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə də çox ciddi addımlar atılır. Son illərdə onlarla belə faktlar aşkarlanaraq, bununla bağlı ciddi qərarlar verilib. Dəfələrlə cənab Prezident mətbuata müsahibəsində, məmurlarla görüşdə bu barədə ciddi xəbərdarlıqlarını edib. Belə qərəzli yanaşmalara, hesabatların hazırlanmasına son qoyulmalıdır. Əks halda, belə davranışlar, qərəzli mövqelər ikitərəfli əlaqələrə xələl gətirir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu hesabatda Azərbaycana qarşı qərəzli davranış sərgiləndiyini söylədi: “Bu insanlar başa düşmürlər ki, müharibədən yeni çıxmış bir ölkəyik. İnsan haqları pozulur, bunun əksini deyən var ki? Bütün dövlətlərdə insan haqları necə pozulursa, postsovet məkanında da belədir. Avropa ölkələrinin özündə belə bu haqların pozulduğunu tez-tez görürük. Amma hər dəfə Azərbaycanı vurmaq ədalətli deyil. Onları ölkəmizə dəvət edirəm, gəlib vəziyyəti görsünlər. İnternetdən bundan artıq necə istifadə olunmalıdır? Kim nə istəyirsə, yazır. Media öz tənqidini edə bilir. Elə sizin qəzetin özündə az tənqid olur ki? Sadəcə, buradan bəziləri reallıq hisslərini itirərək, bir sıra məlumatları beynəlxalq təşkilatlara göndərirlər, onlar da araşdırma aparmadan qərəzli mövqe ifadə edirlər. Hesabatı hazırlayanlar işğaldan azad olunmuş yerlərə getsinlər, görsünlər ki, məcburi köçkünlərimizin haqları necə pozulub. Minalara görə hələ də o insanları doğma torpaqlarına köçürə bilmirik. Guya bunları bilmirlər? Sadəcə, qərəzlidirlər. Düzdür, jurnalistlər, blogerlər, siyasi fəallar ara-sıra həbs olunurlar. Bunları daim ifadə edirik. Onların hər birini əfv, amnistiya və digər hüquqi yollarla azad etdirəcəyik”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
|