"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                 

"Bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır" - deputat
Tarix: 21-06-2022, 09:06 | Çap et
"Bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır"
İyunun 19-da Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı” mövzusunda panel keçirildi. Bununla azad Şuşamız - Mədəniyyət paytaxtımız daha bir önəmli tədbirə ev sahibliyi etmiş oldu.

İllərdir ki, keçirilməsi ənənə halını alan Qlobal Bakı Forumunda iştirak edən dünyanın aparıcı isimləri bu dəfə Qarabağın gözü olan qala şəhərimizə toplaşdılar. Azərbaycan həqiqətlərinin Şuşa ucalığından növbəti dəfə bəyan olunması, erməni vandalizminin çatdırılması baxımından da çox önəmli bir tədbir keçirilib desək, yanılmarıq. Rəsmi məlumata görə, forumun moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin olub. Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 2 mindən çox tarixi abidə var və erməni işğalı dövründə həmin abidələrin bir çoxu dağıdılıb. Aydın Kərimov bu abidələrin bir hissəsinin bərpa edilməkdə olduğunu nəzərə çatdırıb. Şəhərdə aparılan yenidənqurma işlərindən danışan xüsusi nümayəndə qeyd edib ki, Şuşa elektrik enerjisi ilə tam təchiz olunub: “Şəhərin su təchizatının yaxşılaşdırılması, yeni su mənbələrinin tapılması istiqamətində işlər davam edir. Həmçinin şəhərin kanalizasiya sistemləri yenilənir. Şuşada yeni yollar və küçələr salınacaq”. O bildirib ki, Şuşada keçmiş məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edilib. Müharibə başa çatdıqdan dərhal sonra Şuşa şəhərində bərpa və yenidənqurma işlərinə başlanılıb. Şuşada müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, şəhərə elektrik enerjisi verilib. Yeddi qazanxana tikilən şəhər istiliklə təmin olunub”, - deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Emin Hüseynov azad olunmuş ərazilərdə ötən dövrdə aparılan quruculuq işlərindən danışıb. O qeyd edib ki, Qarabağda 2764 şagird yerlik 4 məktəb inşa edilir. “Müharibənin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə proseslərinə başlanılıb. Otuz il ərzində bu ərazilərdə yerləşdirilən minalar yenidənqurma işləri üçün çətinlik yaradır. Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyannamənin imzalanmasından sonra 224 şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb”, - deyə Prezidentin xüsusi nümayəndəsi bildirib. O qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərindəki tarixi abidələr dağıdılıb, ekosistem zədələnib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması hazırda ölkəmizin gündəmində yer alan prioritet vəzifələrdən biridir.

Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev isə qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib. İşğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: “Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq”.

Azərbaycanın qısa müddətdə bu qədər ağır yaraları sağaltmaq istiqamətində gördüyü işlər şübhəsiz ki, iştirakçıları heyrətləndirib, dövlətimizin qüdrətinə, qətiyyətinə yaxından şahidlik ediblər, eyni zamanda Ermənistanın vandal sifətini yaxından izləmək imkanı qazanıblar darmadağın şəhər və kəndlərə baxarkən.

Azərbaycanla Bosniya və Herseqovinanın tarixlərində bir çox oxşarlıq var. Hətta Azərbaycan Bosniya və Herseqovinadan fərqli olaraq bəzi məsələləri artıq həll edə bilib. AZƏRTAC xəbər verir ki, bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində Şuşada təşkil edilmiş panel iclasda iştirak edən Bosniya və Herseqovinanın sabiq müdafiə nazirinin müavini Emir Sulyagic jurnalistlərə açıqlamasında söyləyib. “Tarixində Xocalı və Srebrenitsa faciələrini yaşamış ölkələr olaraq biz bir-birimizə kömək etməli və arxalanmalıyıq. Bu baxımdan, Avropa ölkələrindən kömək gözləməməliyik. Tarixə baxanda görürük ki, başımıza fəlakətlər gəldikdə nəinki Avropa, dünyada heç kim bizim köməyimizə çatmadı”, - deyə E.Sulyagic qeyd edib.

Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlamışdı.

Ermənistanın danışıqları və gələcəkdə Cənubi Qafqazda əldə olunacaq sülhün təməlinə haram qatmağa çalışdığı bir vaxtda Azərbaycan dövləti 29 il ermənilərin işğalında qalmış və qismən dağıdılmış Şuşanı dialoq və sülh şəhərinə çevirmək üçün əlindən gələni edir. Dövlət təkcə Şuşanı qurmur, yenidən tikmir, abadlaşdırmır, həm də Şuşa üzərindən bütün dünyaya dialoq, sülh, əməkdaşlıq təklif edir. Şuşanın işğal şəhərindən mədəniyyət paytaxtına çevrilməsi bu istiqamətdə Azərbaycan dövlətinin atdığı ən ciddi addımlardandır. İşğaldan azad edilən hər kənddə, qəsəbədə, rayon və şəhərdə bu işin əlamətləri görünməkdədir. Azərbaycanın iradəsi ilə azad edilən Şuşada keçirilən tədbirlərin əhəmiyyəti və təsir gücü daha artıqdır. Müharibədən keçən 1 il 8 aya yaxın müddətdə savaşın ən qaynar nöqtəsi, xalqın ən yaralı yeri olan Şuşanın obrazını dəyişmək Azərbaycan tərəfinin sülhə necə həssas yanaşdığını bir daha ortaya qoymuş olur. Bu tədbirin önəmi barədə nələri demək olar? Azərbaycanın nəinki Bakısı, artıq azad Şuşası da beynəlxalq tədbirlərə ev sahibliyini yüksək səviyyədə həyata keçirir, bu, qürurlandırıcı faktdır. Həm də Ermənistan və Azərbaycan arasında müqayisə aparmaq imkanı yaradan fakt... dia-az.site-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki. Azərbaycanın Şuşada beynəlxalq tədbirləri keçirməkdə bir neçə məqsəd və hədəfi var: “Bu gün ölkəmiz belə tədbirləri Şuşada keçirməklə dünyaya özünü ”yazıq" millət kimi təqdim edən Ermənistanı ifşa edir. 30 il Ermənistan dünyanı inandırmağa çalışdı ki, guya azərbaycanlılar vəhşidir, onlarla birgə yaşamaq mümkün deyil. Ancaq Vətən müharibəsində qələbədən sonra bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır. Artıq bu tədbirlərlə Ermənistanın həqiqi siması ifşa olunub, biabırçı vəziyyətə düşüb. Digər hədəf və məqsəd Şuşanın Azərbaycan şəhəri olması barədə dünyaya mesaj verməkdir. Qonaqlar həm ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə görür, həm də bu torpaqların Azərbaycana məxsus olduğuna bir daha əmin olurlar. Onlar həm də Şuşada quruculuq və abadlıq işlərinin hansı sürətlə aparıldığının şahidi olurlar". Deputat təsdiqləyir ki, bütün bunlar eyni zamanda, qələbəmizin daha da möhkəmlənməsinə töhfə verir: “Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində ”Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı" mövzusunda panelin keçirilməsinə gəldikdə isə hesab edirəm bu çox doğru qərar və addımdır. Bu paneldə Azərbaycanın bölgəyə sülh, təhlükəsizlik və inkişafın gəlməsini istədiyi, Ermənistanın isə bu prosesə mane olduğu açıq şəkildə qeyd olundu. Eyni zamanda Ermənistanın sülhə məcbur edilməsi üçün səylərin artırılmasının əhəmiyyəti vurğulandı. Hesab edirəm bu addımlar Ermənistanı siyasətini dəyişməyə məcbur edəcək. Ermənistan dirəniş göstərdikcə daha da ifşa olunur və daha da ağır duruma düşür".

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirdədir ki, Şuşa artıq təkcə mədəniyyət tədbirlərinə deyil, həm də beynəlxalq statuslu siyasi, iqtisadi, humanitar forum və konfranslara ev sahibi edir və bölgənin dialoq, əməkdaşlıq platformalarından birinə çevrilir: “Detallarına varmaq istəmirəm, amma bununla bağlı dövlətimizin Cənubi Qafqazda və daha geniş ərazidə, subregionda yaşayan xalqların sülh, əmin-amanlıq və qarşılıqlı faydalı əməkdaşlıq içərisində yaşamaları üçün strateji hədəflərinin olduğunu düşünürəm. Bu baxımdan, hesab edirəm ki, Şuşa yaxın gələcəkdə Qafqazın Davosuna çevrilə və hətta ondan daha üstün statusa yiyələnə bilər IX Qlobal Bakı Forumu çərçivəsində. Şuşada ”Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı" mövzusunda panelin keçirilməsinə gəldikdə isə, qənaətimə görə, müzakirə edilən məsələnin özü də sülhü, əməkdaşlığı təbliğ edir". E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycan təkcə işğaldan azad etdiyi əraziləri deyil, bütövlükdə Cənubi Qafqazı yeni bir müstəviyə daşımaq, Şuşanı bölgənin inkişafına, sülhə, əmin-amanlığa töhfə verən azadlıq adasına çevirmək istəyir: “Şuşa hətta indiki görkəmi ilə də müharibədən sülhə və əməkdaşlığa qısa müddət ərzində transformasiya olunmağın mümkünlüyünü ifadə edir. Bu, çox vacib məqamdır və geosiyasi nağıllar üzərindən bəşəriyyəti ciddi cağırışlar qarşısında qoyanlar üçün unikal nümunədir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə qeyd etdi ki, Şuşa şəhəri hazırda bir çox potensialı ilə Azərbaycan dövləti tərəfindən təşviq edilir: “Şuşada təkcə böyük abadlıq və quruculuq işləri aparılmır. Şuşa eyni zamanda həm ölkəmizin, həm də regionun ən önəmli mərkəzlərindən biri halına gəlir. “Şuşa ili” çərçivəsində Şuşada həm yerli, həm beynəlxalq səviyyədə vacib konfranslar ərsəyə gətirilir. Şuşada BMT-nin dünya səviyyəli iclasları baş tutdu. Eyni zamanda dəfələrlə lokal, regional və qlobal siyasi əhəmiyyətə malik tədbirlərə də Şuşa ev sahibliyi edir. Təkcə siyasi deyil, həm də humanitar, mədəni, iqtisadi tədbirlər də Şuşada keçirilir və bu proses artıq davamlı hal alıb. Şuşa hazırda iki kontekstdə diqqəti çəkir: birincisi, işğaldan azad edildikdən sonra öz tarixi missiyası ilə Azərbaycanın ən önəmli iqtisadi, ticari və turizm mərkəzlərindən biri kimi inkişaf etdirilir. İkincisi, dünyanın önəmli beyin fırtınalarının və siyasi gündəminin formalaşdırıldığı mərkəz halına gəlir. Qlobal Bakı Forumu iştirakçıları ilə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kontekstində dünyada nə qədər önəmli siyasi nüfuz qazandığını bir daha nümayiş etdirdi. Bu tədbirə qatılan 400-dən artıq siyasi xadim, dövlət başçıları, eks diplomatlar bütün dünyanı narahat edən vacib məqamlara toxundular. Şuşa gələcəkdə də beyin mərkəzlərinin vacib məkanlarından biri olmağa davam edəcək”.

Bəs “Bakı Forumunun iştirakçıları Şuşa tədbirindən sonra öz ölkələrində Azərbaycanın haqq işini müdafiə edəcəklərmi? Gözləntilər necədir? T.İsmayılov: ”Fikrimcə, bunu edəcəklər. Forum iştirakçıları Azərbaycanın qanuni haqları mövzusunda ədalətli mövqe qoyacaqlar. Eyni zamanda bu məsələdə bizim təbliğat imkanlarını genişləndirmiş olacaqlar".

Beləcə, azad olunduğu müddət ərzində bir çox mədəniyyət tədbirlərinə ev sahibliyini uğurlu şəkildə həyata keçirən Şuşamız növbəti beynəlxalq tədbirə qucaq açdı. Şuşamız mədəniyyət mərkəzi statusundan siyasi polemikaların mərkəzi statusuna doğru inamlı status qazanmaq yolundadır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Dünən, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Dünən, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Dünən, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Dünən, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Dünən, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Dünən, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Dünən, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Dünən, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Dünən, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Dünən, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Dünən, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Dünən, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru