"Ola bilər, bu ucuzlaşma özünü çörəyin çəkisində göstərsin" - Ekspert danışır
Tarix: 6-01-2023, 08:34 | Çap et
Azərbaycanda un ucuzlaşıb. Belə ki, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib. Şirkət bunu 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırıb. Bəs bu addımdan sonra çörəyin də ucuzlaşması gözlənilirmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Bakupost.az"a açıqlama verib. Ekspert vurğulayıb ki, ötən il dünyada buğdanın məhsuldarlığı 20 faiz artıb:
“Yəni əvvəlki illərlə müqayisədə dünyada daha çox ərzaq buğdası istehsal olunub. Bu isə dünya bazarında buğdanın qiymətinin ucuzlaşmasına gətirib çıxarıb. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin başlanmasından 1 ilə yaxın vaxt keçir. Artıq dünyada alternativ qida zənciri formalaşmaqdadır. Rusiya və Ukraynanın ixracatından kənar qida zəncirinin ötən ildən formalaşması artıq başa çatmaqdadır. Ona görə də dünyada ərzaq buğdası ucuzlaşmağa başlayıb". Ekspert hesab edir ki, unun qiymətinin ucuzlaşmasının çörəyin qiymətinə ciddi təsiri olmayacaq: "Çünki belə addımlar adətən, rəqabətli bazara təsir edir. Rəqabətli bazarda sahibkarlar qiyməti aşağı salmaq üçün fürsət axtarırlar. Amma inhisarçı bazarda qiymətin bahalaşması üçün fürsət axtarır. Yəni çörəyin qiymətinin ucuzlaşması qiymətlər daha çox aşağı düşsə, baş verə bilər. Ancaq inhisarçılıq imkan vermir ki, çörəyin qiyməti aşağı ensin.
Digər tərəfdən çörək və çörək məhsulları ilə yanaşı digər ərzaq məhsullarında da bahalaşma davam edir. Yəni bazarda çörəyin ədalətli qiymətinin formalaşması məsələsinə bir tərəfdən onun maya dəyərinin, digər tərəfdən qalan ərzaqların ucuzlaşması təsir edir. Bunlar baş vermədiyinə görə hesab edirəm ki, yaxın vaxtlarda çörəyin qiymətinin ucuzlaşması gözlənilmir”.
İqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında bildirib ki, dünya bazarında unun və yaxud taxılın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Hətta il nisbətində müqayisə etsək, xeyli artım var:
“Bu mənada Azərbaycanda unun ucuzlaşmasının dünya bazarındakı qiymətlərlə bir əlaqəsi yoxdur. Çox güman ki, ucuzlaşmaya səbəb una olan tələbatın azalması və rəqabətlə bağlıdır.
Müəyyən mənada Rusiya rublunun ucuzlaşması unun qiymətinə təsir edə bilər. Çünki Azərbaycan unu daha çox Rusiyadan idxal edir. Əgər qiymət fərqi 10-15 faiz olsaydı, bu dəyişimi dünya bazarındakı konkret faktla əlaqələndirmək olardı”. Çörəyin ucuzlaşmasına gəldikdə isə iqtisadçı deyib ki, unun qiymətindəki 2-3 manatlıq azalma çörəyin ucuzlaşmasına səbəb olmayacaq.
Sadəcə, cari qiymətlərin sabit qalmasına, bahalaşmamasına təsir edə bilər: “İstənilən halda malın baza qiymətindəki ucuzlaşma qiymət əmələgətirmə prosesinə də təsir edir. Unun toplansatış qiyməti və buna müvafiq olaraq da pərakəndə satış qiymətində ucuzlaşma olacaqsa, artıq iş qalır sahibkarlara. Sahibkar bu ucuzlaşmanı istehsal etdiyi məhsulun qiymətində ifadə edə bilər, etməyə də bilər.
Ola bilər, bu ucuzlaşma özünü çörəyin çəkisində göstərsin. Yəni çəkini artırıb qiyməti olduğu kimi saxlamaqla qiymətlərə təsiri ifadə etsinlər, ya da qiyməti aşağı salsınlar. Sahibkar ucuzlaşma amilini çəkinin üstünə gələ də bilər və ya ümumiyyətlə, heç bir varianta getməz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
|