“Ulu Öndərin 100 illiyində belə bir addımın atılması tarixi hadisə olardı” - deputat
Tarix: 10-01-2023, 09:38 | Çap et
Sosial şəbəkədə onminlərlə vətəndaşı özündə birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanması barədə məlumat vermişdik. Müraciət müəllifləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” ilə əlaqədar olaraq dövlət başçısından tarixi qərar gözlədiklərini ifadə ediblər.
Müraciətə imza atanlar Ümumilli Lider Heydər Əliyev tərəfindən əhaliyə əvəzsiz olaraq verilən vauçerləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini xahiş edirlər. Minlərlə vətəndaşın adından ünvanlanan müraciətdə heç bir fərmanın Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunları poza bilmədiyi, tarixi, siyası, hüquqi, sosial, iqtisadi və mənəvi əsasları olan özəlləşdirmə prosesinin 12 ildir Konstitusiya və qanunlara zidd olaraq aparıldığı, qanunla bu gün dövriyyədə olan, ancaq fərmanla tədavülü başa catmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvivalentinin nominal qiymətinin yenidən tədavülə qaytarılması ilə bağlı məqamlar öz əksini tapıb.
Qeyd edək ki, ölkəmizin tanınmış ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciət edərək, tarixi ədalətin bərpa olunmasını, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Bildirilir ki, bəzi məmurların yarıtmaz fəaliyyəti daxili narazılıqlara yol açmaq, bu tarixi mütərəqqi prosesə kölgə salmaqdır.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya deyib ki, “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə ünvanlanan müraciətə müsbət cavab veriləcəyinə inanır: “Bir deputat olaraq dəfələrlə təklif etmişəm ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşlara şərait yaradılmalıdır. Həm təmsil olunduğum komitədə, həm də ictimai müzakirələr zamanı bu təklifi irəli sürmüşəm. Hesab edirəm ki, əgər bu gün xeyli sayda Azərbaycan vətəndaşı bu hüququndan bəhrələnə biməyibsə, bu imkanı onları yaratmaq lazımdır”.
“Bunu necə həyata keçirmək olar, bu məsələyə müvafiq qurumlar aydınlıq gətirməlidir. Bütün hallarda tədavül müddətinin yenidən artırılması labüddür. Qarşıdakı özəlləşdirmə prosesi zamanı bu çeklərdən istifadə edilə bilər. Bütün hallarda vauçerləri əlində qalanlar tarixi ədalətin bərpa olunmasını gözləyirlər və onlara bu imkan yaradılmalıdır. Nəzərə alsaq ki, bununla bağlı fərman Ulu Öndər Heydər Əliyev tərəfindən verilib, onun 100 illiyində belə bir addımın atılması tarixi hadisə olardı”, - deyə deputat bildirib.
DİA.AZ-ın məlumatına görə, öz növbəsində sabiq maliyyə naziri Fikrət Yusifov da AYNA-ya şərhində qeyd edib ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların müraciətinə müsbət cavab verilməlidir: “2011-ci ildə özələşdirmə çeklərinin tədavül müddəti başa çatsa da, mövzu öz əhəmiyyətini itirməyib. Çünki bu vauçerlər əhaliyə əvəzsiz olaraq verilib və hər bir vətəndaşın hüququdur ki, bundan yararlana bilsin. Yüzminlərlə insan illərdir bu hüququndan məhrum olublar. Onlar tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər”.
“Bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı iki min dollar hesablanıb. Dövlət vauçer sahiblərini Allahın ümidinə buraxa bilməz. Onsuz da nə zamansa bu problem öz həllini tapacaq. Bunu gələcək nəsillərə ötürmək lazım deyil”, - deyə keçmiş nazir vurğulayıb.
Yusifov “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanmasını müsbət hadisə hesab edir: “Həmin müraciətdə onlar başlarına gətirilən olaylardan və bunun doğurduğu nəticələrdən bəhs edirlər. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən atlmış bu mütərəqqi addım nəticəsində özəlləşdirmə çekləri əldə edən, lakin bundan istifadə edə bilməyən vətəndaşlar “Heydər Əliyev İli”ndə böyük sevincə qərq olacaqlar. Hökumətdən bununla bağlı mühüm qərarlar gözləyirəm”.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
|