Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                 

“Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?” - YAP-çı deputat
Tarix: 13-01-2023, 08:33 | Çap et
 “Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvlüyündən də çıxarıla bilər. Yada salaq ki, YAP-ın iki il əvvəl keçirilən son qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb. 1995-ci ildən hakim partiyanın Naxçıvan MR təşkilatının sədri olan Vasif Talıbovla bağlı hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib.

Ali Məclis sədrliyindən istefa verəndən sonra Vasif Talıbovun həm sədrlikdə, həm də İdarə Heyətində saxlanılacağı inandırıcı görünmür. Naxçıvan Ali Məclisinin iki gün əvvəl keçirilən sessiyasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etməyiblər.

İddialara görə, YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb edirlər. Bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı.

Təcrübə göstərir ki, hakimiyyət komandasından uzaqlaşdırılan məmurlar adətən YAP-dan da kənarlaşdırılır. Bu addım xüsusilə cəmiyyətdə mənfi reputasiyaya malik məmurlarla bağlı atılır. Korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçıları və digər məmurların YAP-dan çıxarılması buna nümunə ola bilər.Yada salaq ki, Prezident Administrasiyasının rəhbəri vəzifəsini itirdikdən sonra Ramiz Mehdiyev İdarə Heyətindən çıxarılmışdı. O, yeni yaradılan Veteranlar Şurasının üzvü kimi saxlanılmışdı. İstefasından dərhal sonra haqqında media orqanlarında tənqidi materialların yer alması onunla bağlı proseslərin hələ davam edəcəyini göstərir. YAP-dakı mənbələr də hesab edir ki, Vasif Talıbovun artıq hakim partiyanın üst qurumlarında təmsilçiliyi məqsədəuyğun sayılmır. Korrupsiya və müxtəlif qanunsuzluqlarda ittiham edilən, barəsində demək olar ki, hər gün yeni-yeni neqativ faktların dərc olunduğu Vasif Talıbovun YAP-ın rəhbərliyində təmsil olunması hakim partiyanın nüfuzuna xələl gətirə bilər. Ona görə də keçmiş “xan”ın yaxın vaxtlarda YAP-ın İdarə Heyətindən də uzaqlaşdırılacağı gözlənilir. Ehtimal olunur ki, bu, onun “könüllü” istefası ilə baş verəcək.

DİA.AZ-ın məlumatına görə, hakim partiyanın Nəzarət Təftiş Komissiyasının (NTK)üzvü, deputat Elman Nəsirov “Yeni Müsavat”a deyib ki, YAP İdarə Heyətinin NTK üzvlərinin iştirakı ilə Vasif Talıbovla bağlı hər hansı müzakirə aparılmayıb: “Hazırda bu məsələ haqda heç bir məlumata malik deyiləm. Mətbuatdan prosesləri izləyirik. Bilirik ki, bu gün Naxçıvanda çox ciddi siyasi proseslər həyata keçirilməkdədir. Naxçıvanda da idarəetmənin Qarabağ modeli tətbiq olunub, Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində nazirləri bir neçəsi həbs olunub. Hazırda proses davam edir və mənə elə gəlir ki, məntiqi sonuna kimi davam edəcək. Prosesin sonunda bu və ya digər məntiqi addımların atılması da istisna deyil”.

Deputat xatırladıb ki, hakim partiyanın NTK üzvü olaraq Vasif Talıbov və oğlu ilə bağlı müzakirələrdən məlumatsızdır: “Vasif Talıbovun və oğlunun hakim partiya sıralarından istefa ərizələri vermələri ilə bağlı məlumatsızam. Bununla bağlı hələ ki hər hansı bir müzakirə olmayıb. Hakim partiyanın Naxçıvan bölməsinə Vasif Talıbov rəhbərlik edirdi. Ancaq mətbuatda yazılan məlumata görə, hazırda Naxçıvan bölməsinin saytında sədr olaraq adı artıq yoxdur. Bunu mətbuatdan oxumuşam. O və oğlunun YAP-dan istefa üçün müraciət etmələri haqda eşitməmişəm”.

“Çox ciddi faktlara əsaslanan rüşvət və korrupsiya ittihamları ilə üz-üzə qalan Vasif Talıbovla oğlu hakim partiyada nə vaxta qədər qala bilərlər” sualına deputat belə cavab verdi: “Vasif Talıbov işdən çıxmaq haqda ərizə ilə müraciət etdi və bunu səhhəti ilə əlaqələndirdi. Hazırda müvafiq orqanlar Naxçıvanda istintaq aparır. İstintaq gedişində Vasif Talıbovun və oğullarının əməllərində cinayət tərkibi hüququ baxımdan təsdiqini taparsa, hüquq baxımdan sübut edilərsə ki, bu şəxslərin əməllərində cinayət tərkibi var, artıq fərqli reallıq yaranır. İndiki reallığa görə o, səhhəti ilə bağlı işdən çıxıb. Perspektivdə yeni reallıq yaranarsa, ona münasibətdə yeni şərtləri diktə edəcək. Belə olan təqdirdə qaldırılan sualdakı məsələyə YAP Nəzarət Təftiş Komissiyasında baxılacaq”.

“Korrupsiya və rüşvət ittihamı elan olunmuş şəxslər hakim partiya sıralarında qalırmı” sualına deputat belə cavab verib: “Partiya üzvünün fəaliyyətində cinayət tərkibi qeydə alınırsa, həmin şəxs partiya sıralarında qala bilməz. Vasif Talıbova gəlincə, biz onun fərqindəyik ki, Naxçıvanda hüquq-mühafizə orqanları çox ciddi əməliyyat-istintaq tədbirləri həyata keçirib. Bu tədbirlərin nəticəsi olaraq Vasif Talıbov və oğullarının əməllərində cinayət tərkibi müəyyən olunacaqsa, bu, tamamilə yeni reallıq yaradacaq. Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə işi ola bilər?”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru