""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur" - ETİRAZ
Tarix: 23-01-2023, 09:37 | Çap et
“13 aydan sonra Tərtərdə 2017-ci ildə törədilmiş qətliama dair başladılan təkrar istintaq başa çatır və iş tezliklə məhkəməyə göndəriləcək. Bu haqda zərəçəkmişlərə Baş Prokurorluqdan rəsmi məlumat verilib. İttihamların hansı maddələrlə verilməsi də artıq aydındır. İttihamda göstərilən maddələri sadalamadan bildirim ki, həbs olunmuş cinayətkarların heç birinə AR CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham verilməyib. Burdan da belə qənaətə gəlmək olur ki, öldürülmüş 14 hərbçimizin hamısı ya ehtiyatsızlıq üzündən, ya da elə durduqları yerdə ölüblər”. DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün feysbuk hesabında yazıb.
“Təbii ki, dövlətə xəyanət, cinayətkar dəstə və ya birlik yaratmaq, terrorçuluq və soyqırım ittihamlarından isə heç söhbət belə gedə bilməz. Halbuki dəfələrlə qeyd etdiyim kimi Azərbaycan ordusuna, onun hərbçilərinə, xalqına qarşı törədilmiş "Əsrin cinayətində" bütün bu əməllərin əlamətləri var. Bəlkə də kimsə soyqırım ittihamına skeptik yanaşa bilər, odur ki, çalışıb buna aydınlıq gətirək. Qatillərin işgəncələrə məruz qalan hərbçilərimizin mütləq əksəriyyətini müxtəlif alətlərlə zorlaması, onların cinsiyyət orqanlarına davamlı şəkildə elektrik cərəyanı verməsi zərəçəkmişlərin çoxunun sonsuzluğuna səbəb olub. Bunun isə alman faşistlərinin işğal etdikləri bəzi ərazilərdə insanları sterilləşdirməsindən heç bir fərqi yoxdur. Yeganə fərq tətbiq olunan metodlardadır. Hər iki halda məqsəd insanları reproduktiv funksiyadan məhrum etmək olub. Bunun adı isə soyqırımdır. Yəni, müəyyən əhali qrupunun artımının qarşısını məqsədli şəkildə almaq. Bəli, Tərtər qətliamı zamanı Azərbaycan xalqına qarşı mənəvi və fiziki soyqırım aktı törədilib. Törədilmiş vəhşiliklər haqqında da azı son iki il ərzində zərəçəkmişlərin öz dilindən ölkə əhalisinin heç olmazsa tən yarısı eşidib. Bu da artıq kiminsə nəsə yazması və ya danışması deyil. Odur ki, onların üzərində dayanmağa ehtiyac qalmır”, - Ə. Oruclu bildirib. Ekspertin fikrincə, cinayət işinə dair həbs olunanlar arasında iki yüksək rütbəli zabitdən (general-mayor Bəkir Orucov və polkovnik Vüsal Ələsgərov) savayı qalanlarının hamısı sıradan icraçılardır: “Halbuki həmin siyahıda ən azı Tərtər qətliamının törədilməsində açar fiqurlar olan Hikmət Həsənov və Xanlar Vəliyev mütləq olmalı idi. Mən hələ müdafiə naziri Zakir Həsənovu, Baş Qərargah rəisi Nəcməddin Sadıkovu, digər generalları və keçmiş Baş Prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu demirəm. Amma sadalanan şəxslərdən biri də nəinki həbs olunmadı, hətta istintaq tərəfindən sorğulanmadı da. Halbuki onlarla yanaşı cinayətin törədilməsinə yol açmış 7 may 2017-ci il tarixli dörd qurum (MN, Baş Prokurorluq, DTX və DİN) tərəfindən verilmiş bəyanata görə onların rəhbərləri də sorğulanmalı idi. Haşiyə çıxım ki, sadalanan işlərin görülməməsi heç də Baş Prokurorluğun və onun istintaq qrupunun günahı deyil. Onlara qarşı ittihamlar yalnız qanunun aliliyi təmin olunduğu şəraitdə irəli sürülə bilərdi. Bu qurumlar isə üzərlərinə düşən işi görüblər. Daha doğrusu, siyasi hakimiyyət tərəfindən onların üzərinə qoyulan işi. Bəli, hüquq mexanizmlərinin işləmədiyi şəraitdə bütün səlahiyyətlər yalnız siyasi hakimiyyətə məxsus olur. Amma tək səlahiyyətlər deyil, onlara görə məsuliyyət də. Başqa sözlərlə, bundan sonra Tərtər qətliamının hüquqi yolla həll edilməməsinə, Azərbaycan qanunlarının sabotaj edilməsinə, xalqa və onun ordusuna qarşı törədilmiş cinayətlərə (o cümlədən soyqırıma) görə məsuliyyət yalnız siyasi hakimiyyətin üzərinə düşür. Bu da öz növbəsində o deməkdir ki, "Tərtər işi" siyasiləşir. Daha doğrusu siyasiləşdirilir və bunu edən də siyasi hakimiyyətin özüdür. Amma bu, vəziyyəti aydınlaşdırmaqla yanaşı yüngülləşdirmir, daha da ağırlaşdırır. Çünki əvvəlki ehtimal və mülahizələrdən fərqli olaraq bu gün tam aydın olur ki, qatilləri himayə edən siyasi hakimiyyətdir. Bunun səbəbləri haqda ayrıca danışılacaq və yazılacaq. İlk gündən Tərtər qətliamının istintaqının qanun çərçivəsində və ədalətli aparılacağına inam yox idi, amma ümid vardı ki, məhz həmin siyasi hakimiyyət ölkə tarixində törədilmiş ən qanlı və ən iyrənc cinayətin hüquqi yolla çözülməsində maraqlı olacaq. Çox sadə səbəbdən: Tərtər qətliamı hüquqi qiymətini almadıqca o, siyasi hakimiyyətin aktivində qalan açılmamış çoxsaylı cinayətlərdən biri olacaq. Amma digərlərindən fərqli olaraq həm də soyqırım, xəyanət və terror əlamətləri olan cinayət kimi. Görünür, hakimiyyət bununla razılaşdı. Anlaşılandır, islanmışın yağışdan qorxusu olmaz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
|