“Köhnə idarəçilik metodu ilə çalışanlar korrupsiya azarından qurtula bilmirlər” - deputat
Tarix: 15-03-2023, 07:56 | Çap et
Vəzifəli şəxslərin öz mövqeyindən, təmsil etdiyi qurumun statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan sui-istifadə etməklə qanunsuz olaraq maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi günümüzün aktual problemlərindən biridir. Dünyanın inkişaf etmiş ölkələrində iş adamları, ixtiraçılar sərvət sahibləri olduğu halda, Azərbaycanın əsas zənginlər ordusu məmur oliqarxiyasıdır. Vəziyyət o qədər dözülməz xarakter alıb ki, dövlət başçısının özü də dəfələrlə korrupsioner məmurlara xəbərdarlıq edib.
Prezident İlham Əliyevin son çıxışından sitat: “Mən məmurlara şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün məmurlar məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları çox ciddi fəaliyyət göstərməli və tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vahid Əhmədov mövzuya dair AYNA-ya açıqlamasıbda deyib ki, son illər korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində müəyyən addımlar atılır: “Ən əsası odur ki, ortada çox ciddi siyasi iradə var. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında və müsahibələrində bildirib ki, rüşvətxorluğa və korrupsiyaya yol verən məmurlar ciddi şəkildə cəzalandırılacaqlar. Son prezident seçkilərindən sonra keçirilən inauqurasiya mərasimi zamanı ölkədə çox ciddi dəyişikliklərin baş verəcəyini bəyan edib. Ötən dövr ərzində kompleks islahatlar aparılıb. Bu islahatlar nəticəsində hakimiyyət qolları yenilənib. Gənc və peşəkar kadrlar yüksək dövlət vəzifələrinə təyin edilib. Onların bir qismi etimadı doğrultmasa da, əksəriyyəti vicdanla çalışır. Bunu etiraf etmək lazımdır. Korrupsiya elə bir bəladır ki, qısa müddətə ondan qurtulmaq mümkün deyil”.
Deputatın bildirdiyinə görə, Azərbaycanda ən çox korrupsiyaya məruz qalan sahə tikinti sahəsidir: “Bununla yanaşı bir çox sahələr də var ki, orada da korrupsiya geniş yayılıb. Hesab edirəm ki, onların adlarını sadalamaq yox, kompleks mübarizə tədbirləri barədə düşünmək lazımdır. Ələlxüsus, köhnə idarəçilik metodu ilə çalışanlar rüşvət və korrupsiya azarından qurtula bilmirlər. Nəticədə cinayət başında yaxalanır və azadlıqdan məhrum olurlar. Lakin bu da onları dayandırmır”.
“Hesab edirəm ki, son dövrlər yürüdülən dövlət siyasəti korrupsiya və rüşvətxorluğun qarşısının alınmasına xidmət edir. Artıq müsbət nəticələr müşahidə olunur. Lakin tam mənada bunu aradan qaldırmaq üçün zamana ehtiyac var. Bütün dünya ölkələri korrupsiyadan əziyyət çəkir. İnanıram ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq”, - deyə Əhmədov vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində söyləyib ki, Azərbaycanda korrupsiya geniş şəkildə vüsət alıb və əksər sahələri əhatə edir: “Gömrükdən tutmuş tikintiyə, təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələrdə rüşvət və korrupsiya faktları mövcuddur. Bu günə qədər korrupsiyaya qarşı mübarizə tədbirləri kontekstində müxtəlif sərəncam və qərarlar verilsə də, ciddi nəticəsi olmayıb. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda buna qarşı dayanan ciddi qüvvə mövcuddur. Bu qüvvənin adı məmur oliqarxiyasıdır. Onlar vəzifə təyinatlarından biznes fəalyiyətinə qədər hər yerə əl qoymağa çalışırlar. Hesab edirlər ki, ölkədə hər şey onlara məxsusdur və talamaqda davam edirlər”.
“Korrupsiya ittihamı ilə bi sıra məmurlar da həbsə göndərilib. Lakin bu da problemin qarşısını almayıb. Heç şübhəsiz ki, vəzifələrə tanışları, qohumları təyin edəndə korrupsiya, rüşvətxorluq da çiçəklənəcək. Məmur oliqraxiyası Rəqabət Məcəlləsinin qəbul edilməsinə belə, imkan vermir. Hər vəchlə buna mane olurlar. Hansı ki, bu məcəllə qəbul edilsə belə, Azərbaycanda normal sahibkarlıq mühitinin formalaşacağı gözlənilmir. Rəsmi sənədin qəbul olunmasına da imkan vermirlər”, - deyə müsahibimiz bildirib.
Mütəxəssisin sözlərinə görə, əksər qurumlar korrupsiyaya bulaşsa da, bəziləri daha çox fərqlənir: “Misal üçün, gömrükdə və yol polisi sistemində korrupsiya və rüşvətxorluq tüğyan edir. Ən adi sənədi almaq üçün vətəndaşlar süründürməçiliyə salınır. Elə mühit yaradıblar ki, insanlar özləri süründürməçiliyə məruz qalmamaq üçün rüşvət vermək istəyirlər. Bununla da əhalini rüşvət verməyə təhrik edirlər”.
“Yerli idarəetmə orqanları haqqında isə haqqında danışmağa dəyməz. İcra başçıları “şah”, “xan” statusu ilə özlərinə səltənət toplayırlar. Vəzifəyə təyin olunan şəxs ilk növbədə öz ətrafını formalaşdırır. Bu zaman da əsas diqqət qohumluq, tayfabazlıq, keçmiş münasibətlər prinsipinə söykənir. Belə bir şəraitdə hansı inkişafdan danışmaq olar?! Gənc kadrlarla bağlı cəmiyyətdə müəyyən gözləntilər olsa da, onların da çoxu etimadı doğrultmadı və sələflərinin yolu ilə getdi”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
|