"Belə çıxır ki, biz ancaq özümüzü qorumalıyıq?" - deputat
Tarix: 30-03-2023, 07:53 | Çap et
Millət vəkili Fazil Mustafanın dünən evinin önündə güllələnməsindən sonra millət vəkillərinin təhlükəsizliyilə bağlı məsələlər gündəmə gəlib.
“Milli Məclisin deputatının statusu haqqında” qanuna əsasən, millət vəkilinin təhlükəsizliyini təmin etmək məqsədilə silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var.
Ancaq deputat Fəzail Ağamalı 2020-ci ildə report.az saytına müsahibəsində deyib ki, deputatların hər birinə silah paylanılıb, ancaq sonradan verilən silahlar DİN vasitəsilə deputatlardan geri alınıb.
Bəs görəsən, son hadisədən sonra millət vəkilləri mühafizə olunmağa ehtiyac duyurlarmı?
Parlamentin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyir ki, millət vəkilləri vətəndaşlardan fərqləndirilməməlidirlər.
Onun sözlərinə görə, dövlət hər bir vətəndaşın təhlükəsizliyinə zəmanət verir və onu təmin edir. “Biz xalqın arasında oluruq, seçicilərlə görüşürük, tədbirlərə gedirik. Belə çıxır ki, biz ancaq özümüzü qorumalıyıq? Yox, məncə, belə tədbirlərə ehtiyac yoxdur. Hər bir vətəndaşın əgər təhlükəsizliyi təmin olunursa, biz də o vətəndaşlardan biriyik”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Əziz Ələkbərli də düşünür ki, hüquq-mühafizə orqanları işlərinin öhdəsindən gəlirlər: “Azərbaycanda xüsusi xidmət orqanları yerindədir, vətəndaşların da, ayrı-ayrı vəzifəli şəxslərin də təhlükəsizliyi qorunur. Əgər zərurət olarsa, millət vəkillərinin təhlükəsizliyinin qorunması üçün lazımi addımlar atıla bilər”.
Parlamentin Elm və Təhsil Komitəsinin üzvü, deputat Anar İsgəndərov da deyir ki, xüsusi mühafizə olunmağa ehtiyac görmür: "Ömrü verən Allahdır, xüsusi bir mühafizəyə ehtiyacı yoxdur. Fazil müəllimə qarşı olan terrordur, terrorun vətəni olmur. Hər bir ölkədə pislənilməlidir”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas da mühafizəyə ehtiyac olmadığını deyir.
Amma düşünür ki, tanınmış şəxslərə, məmurlara qarşı sui-qəsd cəhdləri ola bilər:
“Mən özümü təhlükədə hiss eləmirəm. Ancaq necə ki, Fazil bəyə qarşı elədilər, hər an dövləti qarışdırmaq üçün tanınmış şəxslərə, məmurlara qarşı sui-qəsd edə bilərlər. O, ən üzdə olan deputatlardan biridir. Bu, dövlətə atılan güllədir. Son 3 silahlı insidentin biri soyğunçuluqdur, biri kriminal mübahisədir, bu isə terrordur. Bununla ölkədə aranı qatmaq istəyirlər, ancaq gücləri çatmaz”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov deyir ki, bu məsələlərlə bağlı qorxmağa dəyməz: “Xüsusilə Dövlət Təhlükəsizliyi Xidməti olmaqla bizim hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bilmədiyimiz nə qədər belə hadisələrin qarşısı alınır. Çox peşəkardılar, sadəcə düşmən an axtarır”.
Martın 28-də Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa evinin önündə güllələnib. Rəsmi məlumata görə, ona “Kalaşnikov” avtomat silahından atəş açılıb. Nəticədə deputat sağ çiyinindən və sağ ayağından güllə yarası alıb. O, iki dəfə əməliyyat olunub.
Hadisə ilə bağlı DTX-da Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. //abzas.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
|