“İrəvan iki əsgərimizdən siyasi alver məqsədi ilə istifadə edir” - FAKT BUDUR!
Tarix: 15-04-2023, 08:18 | Çap et
Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində yolunu azaraq Ermənistana keçmiş əsgərlərimizin ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalması ölkə ictimaiyyətini hiddətləndirib. Şühəsiz, əsgərlərimizin əsir götürülməsi, amansız işgəncələrə məruz qalması ermənilərin barbar və vəhşi millət olduğunu bir daha ortaya qoydu. Silahsız əsgərin xüsusi amansızlıqla döyülməsi, təhqir olunması və həmin görüntülərin aşkar şəkildə sosial şəbəkələrdə paylaşılması bütün qanunların ayaqlar altına alınması deməkdir. Beynəlxalq Qızıl Xaç Komitəsi iki azərbaycanlının məsələsi barədə məlumatlı olduqlarını açıqlayıb. Qeyd olunub ki, qurum ailələr və müvafiq qurumlarla əlaqədədir və məqsədləri saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Lakin görüşün hansı səbəbdən gecikdirilməsinin məlum olmadığı deyilib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bildirib ki, Ermənistanda Azərbaycan hərbçisinə qarşı pis rəftarın görüntüləri dərin narahatlıq doğurur: “Hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir”. Milli Məclisin sədri Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında çıxışı zamanı deyib ki, beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmalı və ona lazımi qiymət verməlidirlər.
DİA.AZ-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan tərəfi iki əsgərimizin dumanlı hava şəraitində azaraq onların ərazisinə keçməsi ilə bağlı dərhal məlumat verməliydi. Hüquq müdafiəçisinin sözlərinə görə, bununla bağlı presedentlər var:
"Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılmış və dərhal Ermənistana sağ-salamat geri qaytarılmışdı. Bunları bir neçə dəfə etmişik. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytarmadı, onların əsir götürüldüyünü gizlətməyə çalışdı. Müxtəlif oyunlar oynadılar ki, guya, əsgərlərimiz "kəşfiyyatçı"dır, "silahlı olublar", "tapşırıq yerinə yetirməyə gəliblər" və s. Halbuki iki gənc əsgərimiz yolu azaraq Ermənistan tərəfinə keçiblər. Əsgərimizə qarşı ermənilər tərəfindən qeyri-insani rəftar edilib, işgəncələrə məruz qoyulub. Bunu əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldı. Bu artıq cinayət əməlidir. Ermənistan qanunverciliyində də bu əməl cinayət hesab edilir. Ancaq İrəvanla sülh sazişi imzalanmadığı üçün biz bu məsələni beynəlxalq hüquq konvensiyaları çərçivəsində müzakirə edə bilərik. Ermənistan əsgərlərimizə işgəncə verməklə Cenevrə Konvensiyasının 3-cü maddəsinin tələblərini pozub. 3-cü maddədə qeyd olunub ki, əsir əsgərlərə qarşı işgəncə və qeyri-insani hərəkətlər etmək qadağan olunur. Bundan başqa digər konvensiya var ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı Ermənistan da üzərinə öhdəlik götürüb. Ermənistan konvensiyanı imzalayan dövlətlərdən biridir. Bunun da tələbləri pozulub. 2021-ci ilin dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycan və Ermənistanın qarşılıqlı iddiasına baxılarkən, Ermənistan üzərində bir öhdəlik qoyulmuşdu ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə dair tədbirlər görsünlər. Növbəti ikinci məhkəmə isə 2023-cü ilin fevralın 22-də baş tutdu. Budəfəki məhkəmə qərarında da Ermənistanın 2021-ci ildə üzərinə götürdüyü öhdəliklər vurğulandı. Ermənistan üzərinə mina terroruna son verməsi, saxlanılan, əsir düşən insanlara işgəncələr verməkdən çəkinməsi ilə bağlı öhdəliklər qoyulub. Baxın, konvensiyalar, beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi iki qərar pozulur". Ç.Qənizadə bəyan edib ki, beynəlxalq təşkilatlar və Avropa İttifaqı qarşısında tələblər irəli sürməliyik: "Beynəlxalq Qırmızı Xaç Komitəsindən tələb etməliyik ki, dərhal əsgərlərimizə baş çəksinlər, onların ailə üzvləri ilə əlaqəsinə yardımçı olsunlar. Qısa zaman kəsiyində əsgərlərimizin Azərbaycana qaytarılması ilə bağlı ciddi addımlar atsınlar. XİN-in, Ombudsmanın, QHT-nin bəyanatı var və ümid edirik ki, nəticəsiz qalmayacaq. Əsir götürülən əsgərlərimiz cinayətkar deyil və yolu azdıqları üçün Ermənistan tərəfə keçiblər. Bizdə olan ermənilər isə Azərbaycan ərazisinə təxribat məqsədilə gətirilib. Onların bir çoxu mühakimə edilib və müxtəlif cəzalara layiq görülüblər. Ermənistan tərəfi əsirlərlə erməni cinayətkarlarının dəyişdirilməsi məsələsini gündəmə gətirir. Görünür, İrəvan iki əsgərimizdən siyasi alver məqsədilə istifadə etməyə çalışır. Təbii ki, bu, qəbuledilməzdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın çirkin siyasi alverinə "yox" deyəcək və əsgərlərimizi əsirlikdən qurtararaq Azərbaycana təhvil verəcəklər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|