"Bu, xırda xuliqanlıq, hansısa narkomanın, tüfeylinin işi deyil" - Partiya sədri
Tarix: 21-04-2023, 08:09 | Çap et
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib. Zeynal Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.
Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi başlanıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda isə bildirilir ki, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb. Qeyd edilir ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda məzarüstü abidələrin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Yada salaq ki, bir neçə il əvvəl də bu qəbiristanlıqda 150-yə yaxın qəbir dağıdılmışdı. Hökumətin məsələni dərhal diqqətə götürməsi və hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi onu deməyə əsas verir ki, bu hadisə bomjların və ya narkomanların əməlinə oxşamır. Mümkündür ki, bu vandalizm aktında çirkin məqsədlər olsun. Azərbaycanın bütün millətlərin adət-ənənələrinə daima hörmətlə yanaşdığı bütün dünyanın bildiyi faktdır. Amma o da mümkündür ki, qəbiristanlıqdakı vandalizm aktı rus millətindən olan vətəndaşlarımız arasında narazılıq, guya Azərbaycanda dini dözümsüzlük olması barədə rəy yaratmaq məqsədi daşısın.
dia-az.life-ın məlumatına görə, AĞ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, dünyada qəbul olunmuş qaydaya görə, qəbiristanlığa hücum daha çox siyasi akt kimi qəbul olunur: “Kimsə deyə bilməz ki, qəbir mənə filan sözü dedi və mən də belə etdim. Bu, xırda xuliqanlıq, hansısa narkomanın, tüfeylinin işi deyil. Avropada da belə hadisələr olur. Zaman-zaman yəhudi, müsəlman qəbiristanlıqlarına hücumlar olur. Bu hücumlar siyasi aksiya kimi qəbul edilir. Azərbaycanda belə hadisələr demək olar ki, baş vermir. Müsəlman ölkəsi olsaq da, yəhudi, xristian qəbiristanlıqları var. Regionlarmızı götürsək, bizim rayonda-Ağstafada İkinci Dünya müharibəsi dövründən alman sakinlərin qəbirləri qalıb. Hitlerə, faşizmə münasibətdən asılı olmayaraq, kimsə həmin qəbirlərə toxumağı düşünmür. Bu gün Rusiyanın özünü necə aparmasından asılı olmayaraq, Azərbaycanda rus qəbirlərinə hücum provokasiyadan başqa bir şey deyil”.
Partiya sədri deyir ki, bu cür addımlar Rusiyaya da sərf edə bilər: “Rusiya Ukraynaya hücum edərkən belə bir fikir işlədilirdi ki, guya orada rus dilinə, mədəniyyətinə qarşı hücumlar var. Bu hücumları əsas kimi göstərib Ukraynaya qarşı hücuma keçdi. Eyni zamanda bu, Avropanın da maraqlarını əhatə edir. Çünki Avropa Ermənistanı Azərbaycandan "müdafiə" etmək üçün ölkəmizdə dini dözümsüzlüyün olduğunu, ermənilərə qarşı aqressiv münasibətin olmasını və Azərbaycan xalqının tolerant olmadığını göstərmək üçün də belə aksiya gerçəkləşdirilə bilər".
Partiya sədri deyib ki, belə aksiyaları səbəbi, məqsədi nə olmasından asılı olmayaraq pisləyirik: “Xüsusi xidmət orqanlarımızı da tez bir zamanda bu cinayəti törədənləri aşkarlayıb istintaq cəlb etməyə çağırırıq. Azərbaycanın indiki həssas dönəmini nəzərə alsaq, bu cür aksiyalar ikiqat təhlükəli ola bilər. Güman edirəm ki, hüquq mühafizə orqanları tez bir zamanda belə aksiyaları törədənləri tapıb müvafiq olaraq cəzaya çatdırarlar”.
Sabunçu Rayon İcra Hakimiyyətindən “Yeni Müsavat”a bildiriblər ki, 1-ci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, 8 hektar ərazidə yerləşən qəbiristanlıq abadlaşdırılacaq. Zədələnmiş məzarlar, məzarüstü abidələr bərpa olunacaq, ərazi hasara alınmaqla videomüşahidə kameraları vasitəsilə nəzarətə götürüləcək. Həmçinin qəbiristanlıq ərazisinə su xəttinin çəkilişi də nəzərdə tutulub. İcra hakimiyyətindən qeyd ediblər ki, qəsəbə ərazisindəki 1941-1945-ci illər müharibəsində həlak olanların uyuduğu “Qardaşlıq məzarlığı” da abadlaşdırılacaq. Hər iki qəbiristanlığın mühafizəsinin təşkili üçün müvafiq qurumlara müraciət də göndərilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|