"Əllərində ya Ermənistanın, ya da Azərbaycanın şəxsiyyət vəsiqəsi olmalıdır" - Etibar Məmmədov
Tarix: 28-04-2023, 08:32 | Çap et
DİA.AZ Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:
- Laçın-Şuşa-Xankəndi yolunun girişində, Həkəri çayı üzərindəki körpüdə, yəni Ermənistanla sərhəddə Azərbaycan dövlətinin sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Yuxarı Qarabağ və Ermənistanla bağlı proseslər necə inkişaf edəcək, sizcə?
- Laçın-Xankəndi yolunun girişində - Ermənistanla sərhəddə Azərbaycan dövlətinin sərhəd-keçid məntəqəsinin qurulması ölkəmizdə hamının gözlədiyi və tələb etdiyi bir aksiya idi. Nəhayət, bu, həyata keçirildi. Yəni ermənilərin Azərbaycan ərazilərindən öz məqsədləri üçün, özbaşına istifadə etmələrinin qarşısının alınması baxımından bu, çox zəruri tədbir idi. Bu münasibətlə mən də xalqımızı təbrik edir və arzu edirəm ki, bu istiqamətdə görülən işlər davamlı olsun...
Proseslərin davamı da ondan ibarət olmalıdır ki, ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”ları 10 noyabr üçtərəfli bəyanat-sazişinə görə yalnız iki savaşan tərəfin arasında durmaq missiyasını həyata keçirməlidir. Yəni onların əsas vəzifəsi müharibənin yenidən alovlanmasının qarşısını almaq olmalıdır. Təəssüf ki, indiyədək, yəni son iki il yarıma yaxın müddətdə Rusiya hərbçiləri öz missiyalarından kənar bütün işlərlə məşğul olublar. Qarabağda qanunsuz tikinti işləri aparıblar, ermənilərin yenidən qeyri-qanuni məskunlaşdırılması ilə məşğul olublar və s. Bütün bunlar da hamısı həmin 10 noyabr razılaşmasına zidd məqamlardır. Odur ki, bundan sonra onların belə fəaliyyətinin qarşısı alınmalıdır...
Geniş miqyasda, beynəlxalq miqyasda görülən işlərin, o cümlədən sərhəd məntəqəsinin yaradılmasının düzgün izahat və təbliğatı aparılmalıdır ki, Azərbaycan əleyhinə müxtəlif ədalətsiz qərarlar qəbul edilməsin. Odur ki, müvafiq qurumların rəhbərliyində olan vəzifəli şəxslər də bu istiqamətdə düzgün qərarlar qəbul etməli və tədbirlər görməlidirlər ki, bizim diplomatiya öz üzərinə düşən işləri layiqincə yerinə yetirsin...
- Yəqin ki, Moskva Laçın-Xankəndi yolunun girişində sərhəd-buraxılış məntəqəmizin yaradımasından sonra da Yuxarı Qarabağın qalan ərazilərinin Azərbaycanın yurusdiksiyasına qaytarılmasına mane olmağa çalışacaq. Bunun qarşısını almaq üçün hansı tədbirləri görməliyik?
- Belə düşünürəm ki, Moskvanın imkanları olsaydı, bugünədək Qarabağdakı proseslərin Azərbaycanın xeyrinə getməməsi üçün çox işlər görərdi. Amma yaxşı ki, mövcud durumda Rusiya hakimiyyətinin bunun üçün o qədər də geniş imkanları yoxdur. Bu gün də belə bir gücləri yoxdur, sabah və ya o biri gün də olacağı hələ böyük sual altındadır... Kremldəkilər unutmamalıdırlar ki, bura Azərbaycanın suveren ərazisidir və Azərbaycan dövləti Rusiyanın sülhməramlı hesab olunan hərbi kontingentinə 5 illik müddətinə icazə verib ki, iki ölkə arasında və bölgədə sülhün bərqərar olması naminə Qarabağda müvəqqəti fəaliyyət göstərsinlər. Artıq lazımi tədbirlər görülməlidir ki, 5 illik müddət bitdikdən sonra Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin torpaqlarımızda mövcudluğuna heç bir ehtiyac qalmasın. Həmin tədbirlərdən biri də ondan ibarətdir ki, Laçın rayonunun Ermənistanla sərhəd hissəsində, yəni Gorus-Laçın-Xankəndi yolu üzərində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaradıldıqdan sonra oradan həm ermənilərin, həm də Rusiya hərbçilərinin gediş-gəlişi Azərbaycanın qanunlarına uyğun müəyyən çərçivəyə salınmalıdır. Və bundan sonra Qarabağdakı ermənilər qarşısında bir vəzifə duracaq ki, artıq özləri qərar versinlər; onlar Azərbaycanın sərhəd-keçid məntəqəsindən keçib getmək istəyirlərsə, əllərində ya Ermənistanın, ya da Azərbaycanın şəxsiyyət vəsiqəsi olmalıdır. Yəni “Dağlıq Qarabağ” dövlət deyil, onun hazırlatdığı heç bir sənəd də keçərli deyil. Kim Ermənistan vətəndaşlığını qəbul etmək istəyirsə, Ermənistan pasportu alıb çıxıb gedə və sonra müvəqqəti şəkildə gəlib Qarabağdakı qohum-əqrəbasına baş çəkə bilər. Və yaxud Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan vətəndaşı kimi başqa ölkələrə, o cümlədən Ermənistana bizim qanunvericiliyinə uyğun qaydalarla gedib-gələ bilərlər...
- Yeri gəlmişkən, bu günlərdə ölkə başçısı İlham Əliyev bir daha Qarabağdakı ermənilərə çağırış etdi ki, ya Azərbaycan vətəndaşlığını qəbul edin, ya da özünüzə getmək üçün yer seçin. I Qarabağ savaşı dövründən onların xarakterinə bələd olan biri kim necə hesab edirsiz, oradakı ermənilər arasında Azərbaycan vətəndaşlığını qəbul edənlər olacaqmı?
- Qarabağdakı ermənilər özbaşına qalsa, əlbəttə ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklər. Dünyada 2020-ci ildəki ikinci Qarabağ savaşında da həyata keçirilmiş bir prinsip mövcuddur: sülhə məcburetmə əməliyyatları... Bunu nəzərə alaraq ermənilər də əgər Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bunun üçün öncə dediyimiz kimi, Ermənistana gedib-gəlmək üçün sənədləri olmalıdır. Azərbaycan sənədini istəyirlərsə, alacaqlar. Bunu istəməyənlər isə sənədsiz-filansız qalaraq Azərbaycan ərazisində də heç bir yaşam və ölkədən xaricə gediş-gəliş hüququna malik olmayacaqlarını nəzərə almalıdırlar...
- Putinin Haaqa Məhkəməsi tərəfindən beynəlxalq cinayətkar elan edilməsindən sonra Moskvada və ya Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqlarının baş tutması nə qədər gözləniləndir? Yəni Azərbaycan və Ermənistan tərəfləri Putinin vasitəçiliyi ilə danışıqlara getməyə tərəddüd etməyəcək ki?
- Bildiyimə görə, hələ ki Moskvada və ya Soçidə görüş üçün tərəflərdən ciddi bir təşəbbüs də yoxdur. Bunun olması da, mənim fikrimcə, gözlənilmir. Həm də ona görə ki, Rusiyanın bu saat həll etməli olduğu və özü üçün daha vacib məsələlər var.
- Yadınızdadırsa, aprelin 11-də Laçın rayonu ilə sərhəddəki son qanlı təxrubatdan dərhal sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirdi ki, guya tərəflər razılıq verib və növbəti görüş Moskvada olacaq. Halbuki ona qədər- elə məhz aprelin 11-də səhər saatlarında mediaya İlham Əliyevlə Paşinyanın mayın ortalarında Vaşinqtonda görüşəcəkləri haqda məlumat sızmışdı...
- Yəqin ki, Zaxarova “tərəflər” deyəndə öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü nəzərdə tutub. İkincisi, zənnimcə, tərəflərin istənilən məkanda görüşməsi mümkündür. Hesab edirəm, Azərbaycan tərəfi harada keçirilməsindən asılı olmayaraq Ermənistan tərəfi ilə hansısa görüşdən çəkinməməlidir və həmin görüşə getməlidir. Ötənilki görüşlərin birində Ermənistan tərəfinin Fransa prezidenti Makronun da iştirak etməsini şərt qoymasına görə Azərbaycanın həmin görüşdən imtina etməsi təbii idi. Bu, çox düzgün addım idi. Müzakirələr şərt qoyulmadan aparılmalıdır. İkincisi, Azərbaycanın əleyhinə olan bir dövləti danışıqların iştirakçısı etməyə Azərbaycan dövləti imkan verməməlidir. Bundan sonra yenə də Rusiya ərazisində görüş olacaqsa, Azərbaycan tərəfinin iştirakını mümkün hesab edirəm. Azərbaycan da həmin Haaqa Məhkəməsinin Rusiya Prezidenti haqqındakı qərarına rəsmi münasibət bildirməyib və bundan sonra da bildirməyəcək. Ermənistan isə Konstitusiya Məhkəməsinin məlum qərarı ilə Moskvadan şantaj vasitəsilə hansısa güzəşt əldə etməyə cəhd göstərdi, onun da burnundan vurdular, yerində oturdu. Bir sözlə, Putinin vasitəçiliyilə Moskva və ya Soçidə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər və burada qəbahətli heç nə yoxdur...
- Bəzi məlumatlara görə, Ukrayna Krımı azad etmə əməliyyatının yarımgizli mərhələsinə artıq başlayıb. Sizcə, Krım azad edilərsə, Rusiya daxilindəki ictimai-siyasi proseslər necə inkişaf edəcək? Putinin devrilmə ehtimalı artacaqmı?
- Onsuz da bu müharibənin uğursuz getməsi Rusiyaya həm iqtisadi, həm də mənəvi cəhətdən böyük zərbə vurub və bu daxili böhran da getdikcə ağırlaşacaq. Bəzən deyirlər ki, Qərbin son bir ildən çox dövrdə Kremlə qarşı tətbiq etdiyi sanksiyaların heç bir faydası yoxdur. Amma nəzərə almaq lazımdır ki. sanksiyalar birdən-birə təsir göstərmir, onlar müəyyən müddətdən sonra təsir göstərməyə başlayır və Rusiyada da bu istiqamətdə böhran getdikcə dərinləşir və bundan sonra da dərinləşməkdə davam edəcək. Təbii ki, həmin böhranın ən mühüm göstəricilərindən biri hərbi sahədə uğursuzluqlar olacaq. Krım istiqamətində böyük uğursuzluq Rusiyanın siyasi rəhbərliyində böyük dəyişikliklərə gətirib çıxarmalıdır. İndi, həmin “böyük dəyişikliklər” deyəndə bu, Putinə aid olacaq, yoxsa Putinin ətrafındakılara – bunu, əlbəttə ki, zaman göstərəcək. Ancaq bütün hallarda artıq faktdır ki, Putinin oturduğu kreslo ciddi şəkildə laxlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|