"Maraqlanan yoxdur ki, uşaq niyə vaxtından əvvəl əmək fəaliyyətinə cəlb olunub" - deputat
Tarix: 23-05-2023, 08:19 | Çap et
“Məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinəyəm”. DİA.AZ bildirir ki, bu sözləri örtən həftəsonu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu, uşaqlar üçün böyük travmadır: “Məncə, bununla bağlı qanunvericilikdə dəyişikliklərə böyük ehtiyac var”.
İlk öncə bildirək ki, bu ilin birinci rübünün statistikasına əsasən ölkədə boşanmaların sayı artıb. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.
Məlumdur ki, Azərbaycanda hər il onlarla ailə bu və digər səbəbdən dağılır. Əfsus ki, boşanmaların ən böyük zərbəsi ailədəki azyaşlılara dəyir. Söhbət ilk növbədə psixi travmadan gedir. Çünki hər bir uşaq istəyər ki, atalı-analı mühitdə və qayğısız böyüsün. Yəni nə olursa, balacalara olur. Biz hələ boşanmadan sonra uşaqların üzləşdiyi ciddi maddi sıxıntıları, o cümlədən aliment problemlərini demirik.
Bəs ekspertlərin bu məsələyə mövqeyi necədir, məhkəmələrdə uşaqların dindirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac varmı?
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili səslənən təklifi təqdirə layiq hesab etdiyini deyib: “Vəkillər Kollegiyasının sədri Anar Bağırov məhkəmələrlə bağlı yaxın praktik biliyə, təcrübəyə malik vəkildir. Görünür, məhkəmə proseslərində uşaqların dindirilməsinin nə qədər fəsad törətdiyini nəzərdə tutaraq, belə bir təklif verib. Fikrimcə, bu, diqqətəlayiq təklifdir, müzakirə oluna bilər. Hər halda, burada yaş kateqoriyası, həddi-buluğa çatma və digər məsələlərdə bir daha dəqiqləşdirmə aparmaq olar. Bütün hallarda bu kateqoriyadan olan əməllərin hamısı məhkəmə prosesində özünü daha aydın şəkildə büruzə verir.
Digər məsələ, uşaqlarla məşğul olan hansısa ciddi bir mexanizm yoxdur. Yəni sözdə komissiyalar, müəyyən dövlət müəssisələri var, amma məsələn, konkret olaraq küçədə dilənən, məktəbə getməyən uşaqla məşğul olan yoxdur. Maraqlanan yoxdur ki, uşaq niyə vaxtından əvvəl əmək fəaliyyətinə cəlb olunub. Çünki bunun alternativləri yoxdur. Məsələn, tutaq ki, uşağı mağaza və ya restoran işindən və yaxud da kənd təsərrüfatından çıxardıldı, bəs o, hara göndəriləcək? Həmin uşağı ayaqda tutmaq üçün hansısa mexanizm varmı? Əlbəttə ki, yoxdur. Həmçinin alternativ məktəb, dəstəkləmə fondları yoxdur. Ona görə də boşanma prosesində uşaqların travmalar yaşadığı ortadadır. Bir çox uşaqların insan alverinin, narkomaniyanın qurbanına çevrilməsinin səbəbi də budur.
Beləliklə, bir daha qeyd edirəm ki, verilən təklifi təqdirəlayiq hesab edirəm. Hər halda, əgər bu məsələ uşağa psixoloji travma vurursa, bu zaman qanunvericilikdə bu məsələyə dinamik yanaşma olar. Çünki hər şey köhnə qaydada saxlanıla bilməz. Praktika yeni tələblər üzə çıxarırsa, qanunvericilik də buna reaksiya verməlidir".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə məsələyə bu cür mövqe bildirdi: “Anar Bağırovun fikrini mən də təqdirəlayiq hesab edirəm. Amma Anar Bağırov burada nikahın xitamı ilə bağlı olan məhkəmələr üçün bu fikri səsləndirib. Mən isə ümumiyyətlə, mülki, cinayət işləri ilə bağlı məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinəyəm. Çünki bu zaman onlar çox ağır travmalar yaşayırlar.
Məlum məsələdir ki, iki tərəf nikaha xitam verəndə burada ən böyük zərbələr uşaqlara dəyir. Əlbəttə, bu zaman uşaqların qərəzli şəkildə öyrədilməsi, dindirilməsi, ananın yanındadırsa, ataya, atanın yanındadırsa, anaya qarşı formalaşdırılması yolverilməzdir. Bir çox hallarda məhkəmə kadr arxasını görə bilmir və icra hakimiyyətləri tərəfindən verilən rəylərdə bəzən xoşagəlməz hallar olduğuna görə məhkəmə məcbur olur ki, uşaqları dindirsin.
Bəzən bildirirlər ki, uşaqlar arxa otaqda dindirilib. Amma gəlin baxaq görək, neçə belə arxa otaqda uşaqlar dindirilib?
Bu yaxınlarda fiziki zorakılıq görmüş ananın və uşağın məhkəməsində idim. Əlbəttə ki, məhkəmədə bütün şərait yaradılmışdı, amma suallar verilən zaman təqsirləndirilən şəxsin gözləri ilə uşağa psixoloji təzyiq göstərdiyini, uşağın yenidən böyük travma yaşadığını müşahidə etdim. Ona görə də düşünürəm ki, Anar Bağırovun səsləndirdiyi təklif olduqca önəmlidir".
Psixoloq Azad İsazadə də qeyd etdi ki, uşaqlar məhkəmələrdə dindirilən zaman travma yaşayırlar:
“İlk öncə qeyd edim ki, bu məsələdə yaş faktoru var. Yəni yaşdan çox şey asılıdır. Məlum olduğu kimi, qanunvericilikdə yalnız 12 yaşdan yuxarı olan uşaqlar məhkəmədə dindirilir.
Lakin həqiqətən də elə hallar var ki, valideynlərdən biri uşaqlara qarşı hansısa formada zorakılıq göstərir. Beynəlxalq praktikada bu cür hallarda uşaqla əvvəlcədən psixoloq işləyir və məlumat verir ki, uşaqdan nəyi soruşmaq olar, nəyi yox. Adətən bu dindirilmə məhkəmə zalında deyil, qapalı halda, psixoloqun müşayiəti ilə keçirilir, digər valideyn də iştirak edir. Bəzi Avropa ölkələrində hətta bununla bağlı həm polis idarələrində, həm də məhkəmə zallarında xüsusi uşaq otaqları var. Ora daha mülayim yerdir, çox da rəsmi yerə oxşamır və sairə.
Lakin burada söhbət psixoloji təsirdən deyil, qanunvericilikdən gedir. Sözsüz ki, qanunvericiliyə hansısa formada dəyişiklik etmək olar, amma beynəlxalq təcrübədən istifadə etməklə".
Psixoloq valideynləri boşanandan sonra uşaqlarda yarana bilən travmalardan da söz açıb: “Adətən valideynləri boşanmış uşaqlar özlərini dostları, tanışları ilə müqayisə edir. Məsələn, baxır ki, məktəbdə bütün uşaqların valideynləri arxasınca gəlir və yaxud evdədirlər, amma onun cəmi bir valideyni var. Yəni müqayisədə özlərini bir qədər fərqli hiss etməyə başlayırlar. Bu cür travmanın nəticələri ilə dəfələrlə rastlaşırıq. Məsələn, olur ki, artıq böyümüş qız bu travmanın təsirindən tez bir zamanda ailə qurmaq, bütöv ailəyə sahib olmaq istəyir. Lakin bəzən bu tələsik addım səhv olur”.
Psixoloq onu da qeyd edib ki, bəzi boşanmalar uşaqlara müsbət təsir edir: “Ailədə zorakılıqla üzləşən uşaq boşanmanı xilasetmə hadisəsi kimi qəbul edir. Olur ki, uşaq artıq böyüyəndə boşanmadığına görə anasını qınayır, günahlandırır ki, "niyə sən dözmüsən, niyə formal ailəni saxlamaq üçün bizə əziyyət verirdin, vaxtında boşansaydın belə halları yaşamazdıq" və sairə".
Natamam ailənin uşaqlarda yaratdığı digər travmalar hansılardır?
Psixoloqlar qeyd edir ki, uşaqlar boşanma öncəsindən başlayaraq, boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qala bilir. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da ortaya çıxar, hətta bu travma illər sonra da davam edə bilər.
Boşanmış ailələrdə uşaqların geriyə dönüb baxdıqlarında xatırladıqları neqativ faktorların aşağıdakılar olduğu bildirilir:
- Ana-ata arasında xəbər daşımaq məcburiyyətində qalmaq;
- Valideynlərinin bir-birilərini günahlandırmasını eşitmək məcburiyyətində qalmaq;
- Ana və ya atanın aşırı qəmginliyinə, əsəbiliyinə, emosional çökməsinə şahid olmaq;
- Valideynlərindən biri ilə görüşməmək, onun üçün darıxmaq;
- Yaşananlar üçün özünü günahlandırmaq;
- Valideynlər arasında davam edən düşmənçilik (bu təməl stress faktorlarındandır).
Boşanmadan öncəki və sonrakı qalmaqallar zamanı 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır...
Həmçinin qeyd olunur ki, natamam ailələrdən olan uşaqlar sonralar əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar. Bu, onlarda hər hansısa bir münasibətə girərkən özünəinamın aşağı olması, evlilik qorxusunun olması ilə göstərir.
Günahkarlıq hissi boşanmış ailələrin uşaqlarında daha çox olur. Və hətta bəzi məlumatlara görə, nikahın pozulması oğlan uşaqlarına daha çox mənfi təsir göstərir.
Uşaqlarda valideynlərin boşanması ilə əlaqədar stressin verdiyi nəticələr bunlardır:
- Gündəlik həyata uyğunlaşmasının pozulması;
- Sevgi və sədaqət haqqında təsəvvürlərin dəyişilməsi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|