“Türkiyənin Azərbaycanla müttəfiqliyi Rusiyanın məkrli planlarının qarşısını alır...” - Etibar Məmmədov
Tarix: 31-05-2023, 16:06 | Çap et
“Əvvəla, Azərbaycan üçün Ərdoğanın yenidən prezident seçilməsi çox vacib idi. Çünki Ərdoğan Azərbaycan dövləti ilə ittifaqı türk dövlətləri ilə bağlı siyasətində birinci sıraya keçirmişdi. Və bu da ölkəmiz üçün çox vacibdir. Azərbaycanın başda Türkiyə olmaqla digər türk dövlətləri ilə də hərbi cəhətdən müttəfiqliyi, hərbi əməkdaşlığı çox zəruri və vacibdir. Ərdoğan Türkiyə tərəfdən bu prosesə liderlik edir... Və bütün türk dövlətləri tərəfindən də o, qəbul olunur. Bütün bunlara görə Azərbaycan üçün Ərdoğanın təkrar seçilməsi çox mühüm idi”. DİA.AZ bildirir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov “Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsi Türkiyənin özü, Azərbaycan və bütövlükdə region üçün hansı gələcək vəd edir?” sualını cavablandırarkən ifadə edib. “Düzdü, Türkiyənin daxilində Ərdoğanın siyasətindən razı olan da var, olmayan da var. O da təbiidir... Ancaq əsas odur ki, Türkiyənin özü üçün də ölkənin regionda və dünyada əhəmiyyətinin yüksəlməsi, həlledici dövlətlərdən birinə çevriləməsi, xüsusən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Türkiyə üzərindən Rusiya təhlükəsinin sovuşdurulması, eyni zamanda həmin ilki ölkə arasındakı münaqişədə Türkiyənin açar dövlətə çevrilməsi və s. – hamısı Ərdoğanın işinin, zəhmətinin nəticəsidir. Və bunu da qiymətləndirmək lazımdır.... Azərbaycan üçün də öncə dediyim kimi, bir tərəfdən hərbi strateji müttəfiq kimi Türkiyənin rolunun artmasında Ərdoğanın xidmətləri böyükdür. Digər tərəfdən isə, ölkəmiz üçün strateji əhəmiyyəti vacib olan “Şərq-Qərb” ticarət yollarının açılması, inkişaf etdirilməsində də bu liderin yeri, işi önəmlidir. Azərbaycan da Ərdoğanın planlarında önəmli, bir nömrəli yer tutur... Seçkilərdən öncə Türkiyənin vahid bir lideri olmayan ittifaqın hakimiyyəti altına düşməsi təhlükəsi vardı. Və bu, Türkiyənin özünü daxildən zəiflədəcəkdi, eyni zamanda sadaladığımız strateji planların həyata keçirilməsinə mane ola bilərdi... Yaxşı ki, bu, baş vermədi və Ərdoğanın yenidən prezident seçilməsindən Türkiyə xalqı ilə bərabər Azərbaycan da qazandı... Və bəzən də deyirlər ki, Ərdoğan diktatordu... Amma unudurlar ki, diktator olan ölkələrdə heç vaxt ikinci tur seçki keçirilmir”, -deyə açıqlamasının davamında partiya lideri bildirib. Siyasətçi “Bəs Ərdoğanın hakimiyyətdə qalması konkret olaraq Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesinə necə təsir göstərəcək?” sualını da cavablandırıb. “ Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesinə Ərdoğanın hakimiyyətdə qalmasının kifayət qədər təsiri olacaq. Həmin sülhün Azərbaycanın şərtləri altında qəbul olunması ən vacib məsələlərdəndir. Və Azərbaycanın mövqelərinin zəifləməməsi baxımından Ərdoğanın yenidən dövlət başçısı seçilməsi həlledici amillərdən biridir. Çünki Rusiya bu prosesdə Qafqazda mövcudluğunu saxlamağa və öz planlarını həyata keçirməyə çalışır. Moskva Ermənistanı yalnız təkrar öz təsir dairəsində saxlamaq yox, ümumiyyətlə, bu ölkəni özünün hakim olduğu ittifaqa qatmaq istəyir. Və eyni zamanda başqa məsələlərdə də Azərbaycan üçün zərərli olan planları icra etməyə cəhd göstərir. O baxımdan Türkiyənin Azərbaycanla müttəfiqliyi Rusiyanın məkrli planlarının qarşısını alır. Necə ki, Avropanın, Qərbin də planlarına daxil idi ki, Ermənistanı gücləndirsin, hətta keçmiş Dağlıq Qarabağ ərazisini də İrəvanın idarəçiliyinə versinlər. O da baş tutmadıqdan sonra onlar Ermənistanın qarşısına Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtini qoyublar. Ermənistan da bunu qəbul edib. Yalnız Yuxarı Qarabağda yaşayan erməni əhalinin Azərbaycan dövlətinə tabe etdirilməsi məsələsi qalır. Təəssüf ki, Rusiya da, başqaları da bu amildən öz mənafeləri üçün yararlanmağa çalışır. Ancaq dediyim kimi, Ərdoğanın yenidən seçilməsi bu prosesdə həlledici gücü Azərbaycanın tərəfinə çəkir”- deyə Etibar Məmmədov vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|