Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

“Cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv edilməlidir” - ÇAĞIRIŞ
Tarix: 13-06-2023, 08:36 | Çap et
“Cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv edilməlidir”
Türkiyə Konstitusiya Məhkəməsi maraqlı qərar çıxarıb. Məhkəmə koronavirus pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarına cərimə kimi ödədikləri pulların geri qaytarılmasına qərar verib. Pandemiya zamanı cərimələnən vətəndaşlar pullarının geri qaytarılması üçün müraciət edə biləcəklər. Belə ki, 11 mart 2020-ci il tarixindən 9 noyabr 2022-ci il tarixədək ödənilmiş bütün məbləğlər geri qaytarılacaq, ödənilməmiş cərimələr isə avtomatik olaraq ləğv ediləcək.

Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına qaytarmağa qərar verən növbəti ölkə qonşu Gürcüstan olub. Bu addım ölkə vətəndaşları tərəfindən siyasi müdriklik aktı kimi qiymətləndirilib.

Bəs Azərbaycanda da analoji qərarlar verilə, ödənilən pandemiya cərimələri qaytarıla, ödənilməyən cərimələr silinə bilərmi?

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, cəmi bir ay ərzində, yəni 2020-ci il martın 17-dən aprelin 17-dək karantin rejimini pozduğuna görə ölkədə 57 minə yaxın şəxs cərimələnib. Nəzərə alsaq ki, ölkəmizdə quru sərhədlərinin açılması istisna olmaqla, bütün pandemiya məhdudiyyətləri 2022-ci ildə aradan qaldırılıb, cərimələnənlərin sayı bir milyonu da keçə bilər.

Onu da xatırladaq ki, karantin rejimini pozanlar üçün cərimələr pozuntunun növündən və pozucunun statusundan asılı olaraq 50 manatdan 400 manatadək olub. Yəni hesablasaq, dövlətin insanlara qaytaracağı vəsaitin məbləği on milyonlarla manatla ölçülə bilər.

Azərbaycan hökuməti də qardaş Türkiyə və Gürcüstan kimi analoji qərar verə bilərmi?

DİA.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqladı. O, “Gürcüstanda bilmirəm bu qərarı kim verib, amma Türkiyədə Konstitusiya Məhkəməsi veribsə, bu, siyasi addım deyil”, - deyə qeyd etdi: “Yəni məhkəmə aktı siyasi akt deyil. Məhkəmə aktı hüquqi aktdır. O, məqsədəuyğunluq baxımından deyil, qanunauyğunluq baxımından qəbul edilib. Düzdür, mən həmin qərarı oxumamışam. Amma məhkəmə qəbul edə bilməz ki, "dünən cərimələmişdik, gəlin bu gün bağışlayaq". Elə qərarı parlament verə bilər. Amma Konstitusiya Məhkəməsi veribsə, deməli, o cərimələrin qanunsuz olduğunu deyib. Bunun başqa izahı yoxdur. 2020-ci ildə, hələ pandemiya dövründə dəfələrlə bildirmişəm ki, bizdə də həmin cərimələr qanunsuzdur. Çünki cərimələr insanlara qarşı tələb edilən məhdudiyyətlərə görə idi. O cür məhdudiyyətlər, insan haqlarının həyata keçirilməsinin məhdudlaşdırılması yalnız ölkədə fövqəladə vəziyyətin elanı əsnasında mümkün ola bilərdi. Amma buna bizdə getmədilər. Bəziləri bunu ictimaiyyətdə belə izah edirdi ki, fövqəladə vəziyyətdən irəli gələn məhdudiyyətlərə görə dövlət müəyyən kompensasiyalar ödəməli idi. Buna görə də bizdə fövqəladə vəziyyət elan olunmadı. Sırf karantin rejimini Nazirlər Kabineti elan etdi. Amma buna səlahiyyəti yox idi. Yəni bu müstəvidə bizdə şikayət edən olmadı. Bizdə də Konstitusiya Məhkəməsinə məsələ gedib çıxsa, bəlkə olardı. Amma bu da mümkün deyil. Çünki bizim qanunlara görə bu müddət bitib. Yəqin ki, Türkiyədə də Konstitusiya Məhkəməsinə gedib çıxmaq üçün əvvəlki məhkəmə instansiyalarını keçiblər".

Bununla belə, ekspert hesab edir ki, məsələ əgər siyasi bir addım kimi bizdə təklif olunarsa, onun əleyhinə olacaq: “Bir növ bu cərimələr bağışlansın, amnistiya edilsin, bunun əleyhinəyəm. Bu zaman belə çıxır ki, cərimələr qanuni idi, sadəcə, dövlət xoşməramlı addım atır və cərimələri qaytarır. Bunun gələcək perspektiv üçün çox mənfi nəticələri ola bilər. Yəni qanuni hesab etdiyimiz hüquq normasına, məhdudiyyətə görə onun pozulmasına görə təqsirkar məsuliyyətə cəlb olunmalıdır. Sonra hamı buna görə bağışlansa, gələcəkdə istənilən məhdudiyyəti də pozanların sayı arta bilər. İnsanlarda belə fikir yaranacaq ki, onsuz sonra bağışlayacaqlar. Bu, insanlarda məsuliyyətsizlik hissinin yaranmasına apara bilər. Bizdə praktikada belə hallar olub. Təqribən 10 il əvvəl Tarif Şurası qərar qəbul etmişdi, Prezident onu ləğv etdi. Bu, xoşməramlı addım oldu, heç o qanun da deyildi, Prezidentin də səlahiyyətində idi. Amma bu insanlarda fikir yaratdı ki, sabah qanunları onsuz da dəyişə bilərlər. Biz bunun nəticəsini 2015-ci ilin fevral devalvasiyasında gördük. Mərkəzi Bank devalvasiya elan etdi və insanlar gözləyirdi ki, Prezident o qərarı ləğv edəcək. Hətta adamlar tanıyıram ki, devalvasiyanın ilk günlərində dollarları daha ucuz satırdı, manat alırdı ki, onsuz da qərar dəyişəcək, mən qazanacağam.

Yaxud özəlləşdrmə çekləri 1990-cı ildə buraxılıb, müddəti qısa idi, bir neçə dəfə artırıblar. Artıq 2011-ci ildən qüvvədə deyil. Bəzilərində o çeklərdən qalıb, istifadə etməyiblər, adi vətəndaşda bunlar azdır, əsasən möhtəkirlər vaxtında alıblar, istifadə etməyiblər, indi də deyirlər bunun vaxtını artırın. Müddət artırılmasını tələb edirlər, tarif artırılır, deyirlər tarifi azaldın. Cərimələri silin deyirlər. Bunun nəticəsi çox pis ola bilər. Bizdə onsuz da qanunlara riayət etmə ənənəsi zəifdir. Bunu da bağışlasalar, məsuliyyətsizlik hissi yaranacaq. Yekun olaraq deyim ki, əgər bizdə pandemiya ilə bağlı, məhdudiyyətlərlə bağlı cərimələr Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz sayılsa, bu halda cərimələrin qaytarılması məhz hüququn, qanunun ali təntənəsi olardı. Bağışlanması isə yanlışlıq olardı".

DİA.AZ-ın məlumatına görə, iqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, məhz dövlətin gördüyü təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan dünyada pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkələrin sırasına daxil oldu: “Bu gün isə demək olar ki, pandemiya başa çatıb. Amma pandemiya ilə bağlı tələbləri pozduğuna görə tətbiq olunmuş cərimələrin taleyi insanları narahat edir. Türkiyə və Gürcüstanda pandemiya ilə bağlı tətbiq olunmuş cərimələrin ləğv olunması ilə bağlı qərarlar qəbul edilib. Belə bir qərar ölkəmizdə də qəbul olunsa yaxşı olacaq. Çünki bu cərimələrin tətbiqi pandemiyaya qarşı mübarizədə vətəndaşların məsuliyyətini artırmaq məqsədi daşırdı. Ona görə də hesab edirəm ki, cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv olunmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru