Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                 

“Bu, Paşinyanın yeni hiyləsidir - guya problem işğal yox, insan hüquqları və təhlükəsizlik məsələsiymiş”
Tarix: 29-06-2023, 11:39 | Çap et
“Bu, Paşinyanın yeni hiyləsidir
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında Vaşinqtonda danışıqlar keçirilir. İyunun 27-də başlayan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu bu gün (iyunun 29-da) başa çatacaq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşün yekunları ilə bağlı mətbuata bəyanatın veriləcəyi gözlənilir. Bu raundda konkret hansı detalların müzakirə olunduğu açıqlanmayıb.

Xatırladaq ki, Blinken görüşdən əvvəl XİN başçıları ilə ayrılıqda görüş keçirib.

DİA.AZ-ın məlumatına görə, nazirlərin Vaşinqton görüşündən gözləntiləri AYNA ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov bildirib ki, bu növbəti üçgünlük görüşdə hansı razılaşmaların əldə olunacağını demək çətindir:

- Əsas olan odur ki, Azərbaycanın sülh gündəliyi var və danışıqlar o gündəliyin əsasında aparılmalıdır. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı son çıxışında bildirdi ki, sülh olmayacaq - əgər Bakının tələbləri yerinə yetirilməsə. Bəziləri hesab edir ki, sülh sazişi hədəfdir. Amma belə deyil, sülh müqaviləsinin içərisində olanlar Bakı üçün əsasdır. Azərbaycan Ermənistan qarşısında konkret tələblər qoyub: Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri çıxarılmalıdır, qondarma qurum ləğv edilməlidir. Bundan sonra Azərbaycan Qarabağ erməniləri ilə necə təmas quracaq, kimlərlə dialoqa gedəcəyini özü müəyyənləşdirəcək. İrəvan ya bunu xoşluqla yerinə yetirməlidir, ya da Azərbaycan hərbi güclə həll edəcək.

Hesab edirəm ki, Vaşinqtondakı görüşdə nəticəsizliyin özü də bir nəticə olacaq. Çünki bundan sonra Bakı necə addım atmalı olduğunu daha da dəqiqləşdirəcək. İndi gözləyək görək, XİN başçılarının üç gün davam edən görüşü barədə yekun bəyanat nə olacaq.

- Əvvəlki görüşlərdə “Qarabağın statusu”, “müstəqillik” kimi ifadələrə rast gəlməmişik, sadəcə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi qabardılıb. Eyni zamanda, Bakı ilə ermənilərin dialoqu təşviq edilib. Vaşinqton görüşündə yenə də eyni məsələlərin müzakirə olunacağı gözlənilir. Bundan bir nəticə çıxacaqmı?

- Hesab edirəm ki, İrəvanın Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyindən danışmağı hiyləgər gedişdir. Paşinyan hökuməti beynəlxalq auditoriyaya, vasitəçilərə belə bir mesaj ötürür ki, son bir ildə “status”, “Dağlıq Qarabağ”, “öz müqəddəratını təyinetmə”, “müstəqillik” sözlərindən istifadə etmirlər. Guya ki, İrəvanı yalnız Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi maraqlandırır. Amma hesab edirəm ki, belə deyil. Yenə deyirəm, bu, hiyləgər yanaşmadır.

Bunun İrəvanın növbəti hiyləsi olduğunu anlamaq üçün Ermənistanda müharibədən sonrakı seçkilərdə yenə hakimiyyətə gələn Paşinyan hökumətinin proqramına baxmaq lazımdır. Həmin proqramda Nikol hakimiyyəti Qarabağla bağlı hədəflər qoyub. Həmin hədəflərdə açıq-aydın deyilir ki, Ermənistan hökumətinin əsl məqsədi Qarabağ ermənilərinin “xilas olma naminə ayrılması”dır. Burada İrəvan “ayrılıq” deyərkən Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutur. Həmin proqramdan İrəvan imtina etməyib. Demək ki, burada hiylə var.

İkinci məsələ, Azərbaycan ərazilərinin 30 illik işğalını kölgə altına salmaq niyyəti güdürlər. İrəvan elə fon yaratmaq istəyir ki, guya problem işğal yox, insan hüquqları və təhlükəsizlik məsələsidir, liberal mövzudur. Bunu dünya ictimaiyyətinə belə çatdırmaq niyyətindədirlər. Bununla Azərbaycan ərazilərində 30 il müddətində törətdikləri cinayətləri, vəhşilikləri, bir milyona yaxın insanın 30 ildən çox qaçqın həyatı yaşamasını, Azərbaycana vurduqları milyardlarla dollar məbləğində ziyanı gündəmdən çıxarmaq istəyirlər. Məsələni təcavüz platformasından insan hüquqları platformasına gətirməyə çalışırlar. Demək istədiyim budur ki, İrəvanın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” adlı yanaşması növbəti hiyləgərlikdir.

Azərbaycan dövləti özü vətəndaşlarının hüququnu da, təhlükəsizliyini də qorumağa qadirdir, qanunları ilə, davranışları ilə buna təminat verir. Qarabağ ermənilərinin məsələsinin Ermənistana dəxli yoxdur, bu, Azərbaycanın daxili işidir. İrəvan sülh istəyirsə, sadəcə Bakının sülh gündəliyinə razı olmalı, tələbləri yerinə yetirməlidir.

- Ermənistan Baş naziri İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan edib. Amma biz bunu rəsmən, sənədlə təsdiq edildiyini görmürük...

- Məsələ də odur ki, sözdən əmələ keçilmir. Azərbaycanın şərtləri bəllidir. XİN başçısı Ceyhun Bayramov ATƏT-də çıxışı zamanı rəsmi Bakının 4 tələbini səsləndirdi: Birincisi, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı qrupları çıxarılmalıdır. İkincisi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Üçüncüsü, Azərbaycanın Qarabağ erməniləri ilə dialoq prosesinə müdaxilə etməməlidir. Sonuncu isə Azərbaycana qarşı qaralama kampaniyalarına son qoymalıdır. Ermənistan Qarabağ erməniləri məsələsini gündəmə gətirərək qaralama kampaniyası aparır. Biz görürük ki, Ermənistan bu siyasətindən əl çəkmir. Ona görə də Paşinyanın ərazi bütövlüyü ilə bağlı dedikləri səmimiyyətdən uzaq görünür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru