"ABŞ və Avropanın Cənubi Qafqazda Rusiyanı əvəzləməsi bizim üçün heç də Moskvadan az zərərli deyil" - deputat
Tarix: 28-07-2023, 02:03 | Çap et
Bəzi Qərb ölkələri tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər göstərirlər. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Bu, Qərbin siyasi riyakarlığının təzahürüdür. Bütün bunlar Cənubi Qafqazın sülh regionuna çevrilməsini daha da mürəkkəbləşdirir. Böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar. Rusiya-Ukrayna müharibəsi kontekstində bu, daha aydın görünür. Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə separat danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Prezident V.Zelenskinin istədiyi silahlar verilmir. Amma bununla yanaşı Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Bu ağır vəziyyətin fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında, fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan-Azərbaycan məsələsində bir araya gələrək əməkdaşlıq etməyə hazır görünürlər. Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izn verməyəcək. 44 günlük müharibədən sonra yeni reallıqlar yarandı. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur. DİA.AZ xəbər verir ki, millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında təxminən 5-6 il öncə, yəni Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə Bakıda həmsədr ölkələrin nümayəndələri ilə olan görüşü xatırladıb. Deputat həmin görüşdə həmsədrlərə münaqişəni həll edə bilməyəcəklərini söyləyib:
"Təəccübləndilər ki, mən niyə o cür düşünürəm. Dedim ki, ABŞ və Fransa bir tərəfdə dayanır, Rusiya tamam əks tərəfdə durur. Bir çox beynəlxalq məsələlərdə bir-birinə zidd açıqlamalar verirlər, mövqeləri daban-dabana zidd olur. Haqlı olaraq sual edirdim ki, bu qədər ziddiyyətlə Qarabağ məsələsini necə həll edəcəksiniz? Hansı formada ortaq məxrəcə gələcəksiniz? Mənə fransız həmsədr cavab verdi. Dedi ki, "düz düşünürsüz, beynəlxalq məsələlərdə əks mövqedə dayanırıq, ancaq Qarabağ məsələsində üç tərəfin də yanaşması eynidir". Bu cavabı orada görüşdə olan hər kəs eşitdi. İndi Minsk qrupu, həmsədr institutu yoxdur, ancaq ABŞ, Fransa və Rusiyanın mövqeyi yenə eynidir, heç bir dəyişiklik yoxdur. Hər üç ölkə müxtəlif yollarla, variantlarla erməniləri müdafiə edir. Bu gün vasitəçi missiyasını icra edənlər köhnə həmsədrlərdir. Əmin olun, indi problemin həlli üçün ortalığa atılan kənar dövlətlər prosesə müdaxilə etməsə, Ermənistan və Azərbaycan danışıqlar masasında üzbəüz qalsa, İrəvan gücsüz və aciz olduğunu dərk edərək sülh sazişinə imza atacaq. Nə qədər ki, vasitəçilər meydandadır, sülh müqaviləsi imzalanmayacaq. Çünki ABŞ, Fransa və Rusiyanın Cənubi Qafqazla bağlı öz maraqları var. Rusiya çalışır ki, regiondan çıxmasın, Qərb isə cəhd göstərir ki, bölgəyə özünü soxuşdursun". Parlament üzvü vurğulayıb ki, ABŞ və Avropanın Cənubi Qafqazda Rusiyanı əvəzləməsi bizim üçün heç də Moskvadan az zərərli deyil: "Moskva Qərbin planlarını bildiyi üçün ABŞ və Avropa ölkələrinin təşəbbüslərinə mane olur, baş tutmaması üçün əlindən gələni edir. Bu məqsədlə Qərbdəki görüşlər öncəsi ermənilərin əli ilə təxribatlar törədir. Rusiya sülhməramlılarının Qarabağda hansı oyunlardan çıxdığı bizə məlumdur. Gəldikləri gündən etibarən separatçıları himayə edib, onların təminatını həyata keçiriblər. Hər addımları ziyanlı, zərərli olub. Ancaq məsələ ondadır ki, Qərbin də Cənubi Qafqazla bağlı planları sülh və sabitlik yox, ilk növbədə Rusiyanı bölgədən sıxışdırıb çıxartmaqdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|