"Ermənilər və arxalarındakı güclər fərqli mövqe nümayiş etdirməyəcək" - Partiya sədri
Tarix: 14-09-2023, 09:48 | Çap et
Qarabağdakı separatçılar qondarma “prezident seçkiləri” keçirmək həyasızlığını nümayiş etdirdilər. Seçki” şousu yeganə “namizəd”in seçilməsi və “andiçmə” mərasimi ilə başa çatdı. Əlbəttə, Azərbaycan ərazisində rəsmi Bakının icazəsi olmadan hansısa seçki keçirə bilməz, çünki belə bir şounun heç bir hüquqi bazası yoxdur. Elə bu səbəbdən də “seçki”dən dərhal sonra Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələr “seçki" adlandırılan qanunsuz fəaliyyətin beynəlxalq hüquqa zidd olması barədə rəsmi bəyanat səsləndirdilər. Belə “seçki”ni tanımadıqlarını bildirdilər. Həmçinin Avropa İttifaqı da seçkini tanımadığını bəyan etdi. ABŞ Dövlət Departamenti də “seçkilərlə” bağlı açıqlama yayıb. Departamentin mətbuat katibi Metyu Miller “prezident seçkiləri”ni tanımadığını qeyd edib: "Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq". Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld da İngiltərənin seçkilərə münasibətini bildirib: "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik". Macarıstan da Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edib. Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu da satxa “seçkiləri” tanımayıb. O cümlədən Rumıniya da erməni oyununa alət olmayıb. Beləliklə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər separatizmi qəbul etmədiklərinə diqqət çəkiblər. Ancaq hər fürsətdə rəsmi Bakının mövqeyinə etiraz etməyi unutmayan Rusiya Qarabağdakı uydurma "seçkilərlə" bağlı heç bir bəyanat, açıqlama yaymayıb. DİA.AZ-ın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a bildirib ki, Rusiyanın Ermənistana münasibəti başqadır, erməni hakimiyyətinə isə ayrı cürdür. Partiya rəhbəri qeyd edib ki, Rusiya hətta müqavilədə şərt olmağına baxmayaraq, Qarabağdakı separatçıların "seçki"sinə münasibət bildirmədi:
"Əslində Qərb dövlətlərinin, beynəlxalq təşkilatların da qondarma "seçkini" tanımadıqlarını bəyan etməsi onların "süddən çıxmış ağ qaşıq" olması anlamına gəlmir. Bunun səbəbləri başqadır. Azərbaycan tərəfi ciddi şəkildə dirəniş göstərdi. Laçın yolunda postumuzun qurulması, "humanitar yardım" adı altında ərazimizə girişlərə qadağa qoyulması göstərdi ki, Azərbaycan öz suveren ərazilərinin qorunmasında qətiyyən güzəştə getməyəcək. Həm də Azərbaycan Qərb üçün ciddi və əvəzolunmaz tərəfdaşdır. İpək yolu və enerji təhlükəsizliyi Qərb ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də düşünürlər ki, Azərbaycana tam ədalətsiz şəkildə yanaşmaq olmaz. Eyni zamanda Ermənistanın pozucu addımları, eyni anda iki stulda oturmaq cəhdləri böyük oyunçular üçün müəmmalı vəziyyət yaratdı. Həmçinin Türkiyənin və Türk Dövlətləri Təşkilatının güclənməsi də burada önəmli roy oynayan faktordur. Azərbaycan güclü görsənməsəydi, Qərb dövlətlərinin, beynəlxalq təşkilatların indiki münasibəti olmayacaqdı. Çünki 30 il ərzində bunu görmədik. Halbuki, ortada real işğalçılıq faktoru, BMT-nin 4 qətnaməsi var idi. Ancaq həmin dövr ərzində Ermənistana "gözün üstə qaşın var" deyən çıxmadı. Bunu ona görə xatırladıram ki, təkcə haqlı olmaqla iş bitmir. Haqlı olmaqla bərabər həm də çox güclü olmalıyıq. Güclü olmasaq, xeyri yoxdur. Azərbaycan tərəfi Ermənistanı sülhə məcburetmə əməliyyatlarında daim zopa siyasətini öndə tutmalıdır. Əks halda ermənilər və arxalarındakı güclər fərqli mövqe nümayiş etdirməyəcək". F.Quliyev diqqətə çatdırıb ki, Qərbin Qarabağdakı separatçıları tanıyıb-tanımaması da fərq etmir: "Çünki qaliblər mühakimə olunmur. Azərbaycan öz ərazilərində mülki idarəetməni təmin edərkən, separatçıları həbsə atarkən və erməni ordusunun tör-töküntülərini tərksilah edərkən heç kim bizə söz deyə bilməz. Sadəcə olaraq hazırda daha çox yumşaq gücdən istifadə olunur. Məsələnin köklü həlli odur ki, separatçılar tərksilah olunsun və qondarma rejim buraxılsın. Yaxud da biz bu iki məsələnin həllini tapması üçün güc tətbiq etməliyik, antiterror əməliyyatı keçirtməliyik. Qərbin nəyisə bəyənib-bəyənməməsi heç nəyi dəyişmir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
|