Onlar xalqla bir olmaq istəmədilər... - Əvəzində daxili ədavəti qızışdırırlar...
Tarix: 20-09-2023, 07:57 | Çap et
Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər.
23 siyasi partiya Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror əməliyyatını dəstəklədiyini bildirib.
Sənədə imza atan partiya rəhbərləri bütün həmkarlarını da bəyanata qoşulmağa çağırsa da, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və ReAL Partiyasının sədri İlqar Məmmədov sözügedən bəyanatı imzalamaqdan imtina edib.
Yəni hər üç müxalifət lideri bəyanatı imzalamaqdan imtina etməklə, məntiqlə antiterror əməliyyatına qarşı çıxıblar.
Keçirilən əməliyyat Azərbaycanın milli təhlükəsizlik məsələsidir. Nəinki siyasi iddiası olan, ümumiyyətlə, dövlətini, vətənini sevən heç bir normal vətəndaş bu məsələdə fərqli mövqedən çıxış edə bilməz. Çünki antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məqsədi daşıyır. Yəni bu, ümummilli məsələdir. Belə bir məsələdə müxalifətçilik bir kənara qoyulmalı və hamı vahid şəkildə dövlət maraqlarından çıxış etməlidir.
Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağ iqtisadi rayonunda qalması Azərbaycan vətəndaşlarının və hərbçilərin həyatı üçün təhlükə mənbəyinə çevrilib.
Lakin müxalifət adına iddia edən bu zümrə vətəndaşlarımızın təhlükəsizliyinə dəstək verməkdən imtina etmiş olur. Sonra da vətəndaşdan səs gözləyirlər, vətəndaşların onları dəstəkləməsini istəyirlər. Bunlardan soruşan yoxdur ki, erməni separatizminin torpaqlarımızda at oynatmasının qarşısını almaq üçün dövlətə dəstək vermədiyinizi Azərbaycan xalqı görmürmü? Belə olan halda övladı şəhid, qazi olan, hər gün o separatizmi başının üstündə “Damokl qılıncı” görən sadə Azərbaycan vətəndaşları sizə niyə dəstək olmalıdır?
Təbii ki, siz xalqı düşünmədiyiniz kimi, xalq da sizi görməzdən gəlir və gələcək...
Elə bu düşüncənizə görə də sosial bazanızı itirir, hər gün bir az da cəmiyyətdən təcrid olunursunuz. Təhlükəsizliyinin təminatı gələndə sizdən dəstək görməyən vətəndaşlar niyə sizə səs və ya dəstək verməlidir?
İlqar Məmmədov 5 min nəfər üzv toplamaq, partiyasının qeydiyyatını qoruyub saxlamaq üçün sosial şəbəkə qoymadı, qışqırdı-bağırdı, hər kəsdən dəstək istədi. Rəhmi gələn vətəndaşlar da ona dəstək verib, üzv sayının 5 min nəfərə çatmasına dəstək oldular. İndi İlqar Məmmədov milli birliyimizi əks etdirən, vahid siyasi mövqeni ehtiva edən bəyanata imza atmır, əvəzində özü bir açıqlama yayıb, guya prosesi dəstəklədiyini bildirir. 5000 nəfəri ölüm-zülmlə yığan bir adamın o açıqlaması kimə və nəyə lazımdır? Onun açıqlamasının nə təsir gücü var? Heç onu oxuyan olacaqmı?
Müştəbehlik əvəzinə ölkənin siyasi palitrasının mövqeyini əks etdirən sənədə imza atmaqla, dünyada da, seçicilər arasında da nüfuz qazanmaq varkən, təcrid yolunu tutmaqla nə qazanır ki, bu şəxslər?
Milli birlik, ərazi bütövlüyü, ölkənin suverenliyi tələb edərkən, fikir ayrılıqları, partiya maraqları öndə ola bilməz. Bu adamlar bunu etməliydi. Təəssüf ki, biz bu sağlam siyasi düşüncənin şahidi olmadıq. Əli Kərimli də, İlqar Məmmədov da, Arif Hacılı da öz amplualarında qaldılar...
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq dəfələrlə Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxartmaq tələb edilib. Ancaq hər dəfə Ermənistan da, Xankəndidəki terrorçu rejim də bu çağırışları qulaqardına vurub. Ona görə də Azərbaycan dövləti antiterror əməliyyatına başlamaq məcburiyyətində qalıb. Bu, həm də Qarabağda yaşayan və qondarma rejimin girovuna çevrilmiş dinc erməni əhalisinin də təhlükəsizliyini təmin etmək üçün vacibdir.
Sentyabrın 19-da Xocavənd rayonu ərazisində 7 nəfər polis və 4 nəfər mülki şəxsin mina terroru nəticəsində həlak olması erməni silahlı birləşmələrinə qarşı davranmağın başqa yolunun qalmadığını təsdiq etdi. Belə olan halda Azərbaycan dövlətinin yanında yer almaq əvəzinə vahid mövqedən çıxış etməmək antiterror əməliyyatlarının əleyhinə çıxmaqla erməni separatçılarına dəstək vermək anlamına gəlir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın “Biz münaqişəyə girməyəcəyik”deməsi, xarici işlər naziri Ararat Mirzoyanın isə məsələyə münasibət bildirməkdən imtina etməsi diplomatik tərzdə “Qarabağ Azərbaycan ərazisidir, antiterror əməliyyatları isə bu ölkənin daxili işidir” mənasını verir.
Yəni Ermənistan hakimiyyətinin separatçıları müdafiə etmədiyi bir vaxtda AXCP, Müsavat və ReAL partiyalarının sədrləri antiterror əməliyyatı ilə bağlı ölkənin siyasi təşkilatlarının vahid mövqeyindən imtina edir. Heç bir siyasi məntiqə sığmayan bu davranışın müxalifətçilik xatirinə millətə, dövlətə, vətənə müxalifətçilik etməkdən başqa adı yoxdur. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|