Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                 

"Azərbaycanda da vaxtilə Soros fondu olub, amma..." - RƏNGLİ İNQİLABLAR QAYIDIR?
Tarix: 13-10-2023, 08:31 | Çap et
"Azərbaycanda da vaxtilə Soros fondu olub, amma..."
ABŞ və onun müttəfiqləri Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə vəziyyəti gərginləşdirmək üçün genişmiqyaslı işə başlayıb. DİA.AZ-ın məlumatına görə, belə bir iddia ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov çıxış edib. Bortnikov deyib ki, ABŞ və onun müttəfiqləri MDB məkanında siyasi böhranlara ilkin şərtlər və “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmağa çalışır. Bortnikov əlavə edib ki, beynəlxalq vəziyyət xeyli mürəkkəbləşib: “Bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsinə və yeni təhlükələrin yaranmasına səbəb olub”.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri MDB ölkələrində vəziyyəti sarsıtmaq, arzuolunmaz dövlətlərə sanksiya təzyiqi göstərmək, logistik marşrutları bağlamaq, yeni nəqliyyat dəhlizləri yaratmaq və bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrini artırmaq istəyirlər.

Bortnikov bildirib ki, kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına məhəl qoymayaraq, şantaj və müxalifləri qorxutmağın ən təsirli formalarını axtarır, MDB ölkələri ilə onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vurur: “Qərblilərin xüsusi səyləri nəzarətsiz dövlətlərarası birlikləri məhv etməyə və onların iştirakçılarını alternativ formatlara cəlb etməyə yönəlib ki, bu da qurulmuş ticarət, iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri kəsir”. FTX rəhbərinin fikrincə, Qərb öz kəşfiyyat xidmətləri, eləcə də idarə olunan qeyri-hökumət təşkilatları və media vasitəsilə MDB ölkələrində etnik və dini ədavətin və silahlı münaqişələrin qızışdırılmasına çalışır, bununla da siyasi böhranlar üçün ilkin şərtlər və siyasi böhran üçün lazımi şərait yaradır. Bortnikov əlavə edib ki, kollektiv Qərb MDB məkanında “rəngli inqilab” ssenarilərinin həyata keçirilməsinə çalışır. Bundan əvvəl Gürcüstan DTX-sı iddia etmişdi ki, USAİD “rəngli inqilab”a sponsorluq edir. Bu təşkilatın Sorosla ciddi əlaqələri var.

Ümumiyyətlə, postsovet məkanında “narıncı” inqilabları, “məxməri” inqilabları, Maydan hərəkatını Qərb fondları təşkil edib. Lakin son illərdə bu regionda siyasi çevrilişlər üçün cəhdlər yoxdur. Çünki hakimiyyət dəyişikliklərinin yerini münaqişələr, strateji mübarizələr tutub: Ukrayna müharibəsi, Ermənistan uğrunda strateji savaş, Qərb-Rusiya qarşıdurması... Bütün bunlar həmin inqilabların ardınca davam edən geopolitik toqquşmaların ardıdır. Amma Rusiyanın ciddi həyəcanı hiss olunur. FTX rəhbərində Qərbin bölgədə dəyişikliklərə hazırlıqla bağlı kəşfiyyat informasiyaları ola bilər. Qeyd edək ki, MDB Dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda iclası keçirilib. Həmin toplantında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikov da iştirak edib. Bortnikov MDB Dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədridir. Güman edilir ki, bu toplantıda da Bortnikovun Bakıya gəlməzdən öncə səsləndirdiyi bu iddialarla bağlı müzakirələr aparılıb.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin qəzetimizə dediyinə görə, belə açıqlamalar əvvəllər də olub. Onun fikrincə, Gürcüstan, Ukrayna hadisələrindən sonra belə fikirlər tez-tez səslənirdi: “İrəvanda Paşinyan hakimiyyətə gəldikdən sonra yenə bu iddialar irəli sürüldü. Belə çıxır ki, Rusiya məlumatlı olur, amma qarşısını ala bilmir. Bütün hallarda xalqlar öz seçimini edir. Paşinyan iki dəfə seçkidə qalib gəlib, Tiflisdə də Saakaşvili iki dəfə seçkini udub, seçki ilə də iqtidardan gedib, Ukrayna haqda da bu fikirləri söyləmək olar. FTX rəhbəri isə görünür ki, daxili auditoriyaya hesablanmış çıxış edib. Yəni başqa dövlətlərdə qarışıqlıq olur, Rusiyada isə sabitlikdir. Həmçinin, onun sözləri Mərkəzi Asiya dövlətlərinə bir işarədir”. N.Cəfərli hesab edir ki, Azərbaycanda xalq tərəfindən dəstəklənən prezident var, seçkilər keçirilirsə, qalib gələr: “Əslində bir sıra ölkələrdə rəngli inqilabları Rusiya özü edib. Bundan əlavə, Rusiya narahatdır ki, postsovet məkanında ölkələr Qərbə inteqrasiya edir, müstəqil addımlar atır. Xüsusən də Rusiyanın Qazaxıstanla bağlı narazılığı var, Tokayev hökumətinin bəzi addımları onun xoşuna gəlmir”.

Siyasi analitik Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya-ABŞ arasında diplomatik, siyasi-hərbi savaş gedir. Ekspert vurğuladı k, Birləşmiş Ştatlar Rusiyanı dünyanın siyasi arenasından bir supergüc kimi silmək üçün onun ətrafında demokratiya bayrağı altında hakimiyyət çevrilişləri edib: “Ukraynada bunun daha böyük nəticəsini gördük və Kiyev klounlaşdırıldı. Bununla məqsəd Rusiyanın çevrəsində qaynar ocaqlar yaratmaqla onun təsir dairəsini kiçiltməkdir. Soros bu prosesdə xüsusi iştirak edir. Bu gün Ukrayna ilə yanaşı Ermənistan üzərindən də Rusiya əleyhinə siyasət aparılır”. A.Məsiyev bildirdi ki, Azərbaycanda da vaxtilə Soros fondu olub: “Bu təşkilatın fəaliyyəti anti-Rusiya mühiti yaratmaq, qərbpərəst güclərlə ölkədə dəyişiklik etmək olub. Eyni zamanda Orta Asiyada Rusiyanın təsirlərini azaltmaq istiqamətində addımlar atılıb. Amma Rusiya xarici siyasətində dönüş edə bilib. Əvvəllər siyasi müstəvidə idisə, indi iqtisadi prizmadan məsələlərə yanaşır. Bu gün Rusiya Türkiyə ilə birgə iqtisadi maraqlarını reallaşdırmağa çalışır. Yəni Rusiyanın yeni siyasi doktrinası bundan ibarətdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru