COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

"Məğlub xalqı idarə etmək asandır, qalib xalq gözləntilərə və tələbə malikdir" - Zahid Oruc
Tarix: 12-12-2023, 08:07 | Çap et
"Məğlub xalqı idarə etmək asandır, qalib xalq gözləntilərə və tələbə malikdir"
Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. BBC Azərbaycancaya danışan bəzi müxalifət nümayəndələri bu seçkilərin "qəfil" keçirilməsini hökumətin "hakimiyyətdə ömrünü uzatma cəhdi" kimi qiymətləndirib.

Bəs seçkiləri tezləşdirməyə zərurət var idimi? Hökumət nəyi özünə təhdid görür? Bu, Ermənistanla sülh prosesinə necə təsir edəcək? Növbədənkənar seçki ilə bağlı suallarımızı deputat Zahid Oruc cavablandırıb.

Zahid Orucla müsahibəni BBC Azərbaycanca müxbiri Fərid Həsənov aparıb.

Hər kəs regional və beynəlxalq şəraitin, xüsusilə də dünyadakı təhlükəsizliyin qlobal sarsıntılar və böyük böhranlar dövrünə qədəm qoyduğunu söyləyirlər və indi artıq Millətlər Liqası, ardınca 1948-ci ildə BMT və Versal sülh müqaviləsindən bəri dünyadakı köklü dəyişiklər, eləcə də Rusiya-Ukrayna və Yaxın Şərqdəki böhran fonunda Qərb mərkəzli dünyadan, çoxqütblü qlobal münasibətlər sisteminə keçid vəziyyətində olduğunu bildirirlər.

Hesab edirik ki, 2025-ci ilə qədər bir çox ölkələrdə, istər Avropa Birliyi məkanında, Birləşmiş Ştatlarda, eləcə də qonşu ölkələrdəki seçkilərdən sonra qeyd etdiyimiz beynəlxalq formatlanma prosesi daha da sürətlənəcək. Azərbaycanda prezident seçkisinin müəyyən qədər önə çəkilməsi şəxsi qərar deyil, məhz ölkəmizin mənafeyini və bu tarixi şəraiti dəyərləndirərək, məncə çox düzgün addım atılıbdır.

Bundan əlavə, onu da deməliyik ki, seçkilərin ertələnməsi sülh müqaviləsinin imzalanmasını da sürətləndirəcək və ona müsbət təsir göstərəcək. Necə? 2025-ci ilə qədər burada sülh yaradıcı qüvvələrin məsələsindən danışılır, o cümlədən Ermənistan-Azərbaycan məsələsi əgər həqiqətən də, gərgin xətlə davam edərsə, müxtəlif hərbi toqquşmaların gerçəkləşməsi şəraitində müxtəlif xarici güc mərkəzlərinin, daha açıq desək, Avropa Birliyinin burada 100 nəfərlik hərbi missiyası, eləcə də NATO qüvvələrinin gəlişi üçün çalışmaların bölgədəki təhlükələri artıracağı ortadadır.

Bu isə özlüyündə Azərbaycandakı prezident seçkilərinə daha artıq Qərb qüvvələrin, hansı ki biz onları 2020-ci ildə məğlub olmuş qüvvələr adlandırırıq, ola bilsin onların bəziləri hərbi meydanda uduzmayıblar, amma siyasi-diplomatik baxımdan özlərini Cənubi Qafqazdan sıxışdırılmış sayırlar və moderatorluq funksiyası ilə bölgəyə qayıtmağa çalışırlar, həmin dövlətlərin sanki seçki prosesinə daha fəal müdaxiləsi baş verə bilərdi.

Ermənistan prezidenti Vaaqn Xaçatryan, eləcə də Ermənistan parlamentinin spikeri Alen Simonyan açıq mətnlə bəyan etdilər ki, Qarabağın dövlətçilik strukturlarını, yəni prezidenti, hökuməti, parlamenti və aşağı yerli orqanlarını Ermənistanda saxlamayacaqlar və maliyyələşdirməyəcəklər.

Bundan əlavə, onu bəyan etdilər ki, bu, Azərbaycanla sülh danışıqlarını və Ermənistanın təhlükəsizliyini zərbə altında qoyardı. Bax, bu bəyanatdan sonra, bunun paralelində biz ABŞ Senatında “Dağlıq-Qarabağın gələcəyi” adı altında dinləmələri gördük, o cümlədən Avropada müxtəlif ölkələrin parlamentləri, parlament üzvləri, yaxud hökumətləri və ya mediaları fəal bir şəkildə Qarabağı arsenal kimi öz üzərilərinə götürüblər.

Bir daha diqqət edin, Ermənistan və onun rəhbərliyi bundan imtina etdikləri halda, sanki Qarabağ məsələsi ermənilərin deyil, üçüncü dövlətlərin mənafelərinə daha çox tabedir və ya daha çox onların mənafelərini tamamlayır.

Ona görə də, hesab edirəm ki, prezident seçkilərinin zamanı ilə bağlı belə qərar verilməsi həm də müxtəlif xarici müdaxilələrin qarşısının alınması üçün dövlətin ssenarisinin həyata keçirilməsinə, mərkəzi dövlət-hakimiyyət sisteminə qarşı ola biləcək gələcək təxribatların da önlənməsi mənasındadır.

BBC Azərbaycanca: Yazınızda bildiribsiniz ki, seçkilər də “halal və müqəddəs olmalıdır”, amma müxalifət təmsilçiləri deyir ki, hökumət əslində seçkiləri “qəfil” qabağa çəkərək öz hakimiyyətinin ömrünü uzatmağa çalışır, və onların fikrincə, bu müddət “çox qısadır”. 2018-ci ildəki seçkiləri media olaraq müşahidə etdiyimiz zaman pozuntuların şahidi olmuşuq, hətta bəzi seçki məntəqələrində özünü YAP-ın üzvü kimi təqdim edən məntəqə üzvlərinin YAP sədrinin kim olduğunu bilmədiyini çəkib göstərmişik. Bundan əlavə, seçki saxtakarlıqlarına da şahid olmuşuq. Bəs bu dəfə seçkilər necə keçəcək, hökumət demokratik seçki mühiti yarada biləcəkmi?

Zahid Oruc: İş ondadır ki, həqiqətən də əvvəlki seçkilərdə müxtəlif qanun pozuntuları qətiyyən inkar edilmir. Digər tərəfdən, mən xüsusi olaraq söyləyirəm ki, əslində elə seçki sisteminin özünün də daha da təkmilləşdirilməsi və daha legitim xarakter daşıması və əslində "Qarabağ zəfərimizi dünyada dövlətlər necə qəbul edirsə, onlar eynilə də bu seçkilərin nəticələrini legitim saysınlar" devizi ilə getdiyimizdə, heç şübhəsiz ölkəmizin regional və beynəlxalq mövqeyini möhkəmləndirmiş oluruq.

Çünki əksər hallarda seçkilərin nəticələri xarici hücumları və təzyiqləri də heç şübhəsiz gücləndirir. Onun 90 faizdən çoxunun məqsədi qətiyyən seçkilərdə hansısa vətəndaşın rəyinin nəzərə alınıb-alınmaması deyil, Azərbaycan uğrunda gedən savaşda həmin nəticələrdən bəhrələnmək niyyətidir.

Amma biz onu da yaxşı görürük ki, Ermənistanda 2018-ci ildə məxməri inqilabdan sonra, müxtəlif qüvvələr Gürcüstan üzərində qurduqları ssenarini ora yönəldirlər. Bir zamanlar xanım Klintonun çıxışında “biz A-dan Z-yə Anqoladan Zimbabveyədək inqilabı yayacağıq və gerçəkdən də bu, 5-ci demokratiya dalğası dayanmayacaq” və indi bunu Ermənistan üzərində quraraq, hətta bizim dövlətlərarası savaşı, münasibətləri “demokratiyaya hücum” kimi dəyərləndirərək, müxtəlif demokratiya zirvə görüşlərinə, sammitlərinə məhz Ermənistanı çağıraraq, indi də Avropa Birliyində yaradılmış xüsusi fond vasitəsilə Ermənistanı Ukrayna kimi total maliyyələşməyə və himayəyə götürmək xəttində də yenə demokratiya amili ortada saxlanılır.

Ona görə də, hər hansı bir saxtakarlıq, hər hansı bir qanun pozuntusu indi prezident olan, öz nüfuzuna görə təkcə ölkə daxilində deyil, dediyimiz kimi türk-islam coğrafiyasında, hətta dünya liderlərindən biri sayılan İlham Əliyev üçün daha mənfi təsir edər, nəinki digər qüvvələrə.

Əslində, bir çox ölkələrin nümunələrinə baxsaq, qalib ölkə və qalib lider reallığı xeyli fərqlidir. Yəni orada insanların duyğuları məhz müharibənin nəticəsi üzərindən şəkillənir. Belə şəraitdə qutu, komissiya, məntəqə, tərəflərin çəkişməsi, bu və digər məsələləri gətirib ora qatmaq, dediyimiz kimi, elə müharibənin müqəddəsliyinə və qələbəmizə mənfi təsir edir.

BBC Azərbaycanca: Qeyd etdiniz ki, əvvəlki 2018-ci il prezident seçkilərində pozuntular olsa da, bu seçkilər daha ədalətli, daha azad keçəcək. Yəni hökumət bu seçkilərin daha ədalətli keçməsi üçün nə edəcək?

Zahid Oruc: Onu deyim ki, mən o vaxtkı növbədənkənar seçkilərdə namizəd olmuşam. İki aylıq dövr Azərbaycan kimi bir coğrafiyada yetərincə bir vaxtdır ki, müəyyən bir komanda kiçik maliyyə resursları fonunda sən öz təqdimatını həyata keçirəsən və insanlara sözünü deyəsən.

Hətta hakimiyyətlə barışmayan və bir sıra hallarda hakimiyyətə qarşı düşmən mövqe sərgiləyənlər belə, öz daxilində, yaxın çevrələrində, buna dair müəyyən məlumatlar var, etiraf edirlər ki, ərazi bütövlüyünü təmin etmək, işğala son qoymaq, böyük qayıdış planını həyata keçirmək və bir sıra beynəlxalq prosesin içərisində olmaq İlham Əliyevin ən böyük siyasi resursudur, siyasi aktividir.

Belə bir şəraitdə nə edəcəkdir? Həmin şəxs Mərkəzi Seçki Komissiyasına və digər aidiyyatı qurumlara müraciət edərək öz iddiasını ifadə edə bilər və biz bunu çox arzulayırıq ki, elə də olsun. İkinci, bütün ondan sonrakı proseslərdə də hər hansı müdaxilə yaşanmasın. Üçüncü, onun media platformalarına çıxışı təmin olunsun. Dördüncüsü, normal, yəni ədalətli rəqabət şəraitində, onlar da məğlub olacaqları təqdirdə nəticələri tanısınlar və hətta beynəlxalq qüvvələr burada müşahidəçi olmaq istəyərlərsə, buyursunlar. Buna dair hər hansı problemlər yaşanmasın. Belə olan şəraitdə, həqiqətən də, Azərbaycan dünya üçün də açılmış olacaqdır.

Biz onu yaxşı başa düşürük ki, bir sıra hallarda bu demokratik açılımlar deyilərkən ayrı-ayrı ölkələr öz üsul-idarələrini bura ixrac etmək və həmçinin öz təsir agentlərini burada imtiyazlı bir təbəqə kimi saxlamağı ehtiva edirlər. İndi kimlərsə, bu həbsləri qabardır və bunu hökumətin seçki öncəsi vəziyyəti tənzimləmək vasitəsi kimi qələmə verirlər, amma mən elə düşünmürəm.

Bəlkə də, dövlətlərarası münasibətlər pisləşəndə müxtəlif sərt addımlara gedilibdir, ancaq biz elə hesab edirik ki, İlham Əliyevin bu gün reytinqinin, ona olan xalq rəğbətinin yüksək olması fonunda bu iddialar doğru deyil. Biz bu seçkilərin nəticələrini nəinki hakimiyyətin qələbə dövründə yeni idarəetmə sisteminə, yeni elitaya, elə problemlərin həllinə də daşıya bilərik.

Hər zaman deyirəm ki, bu 44 günlük savaş modeli yalnız hərbi olmamalıdır. 44 günlük səhiyyə, 44 günlük təhsil, 44 günlük yol infrastrukturu, ictimai münasibətlər, elə siyasi partiyalarla əlaqələr, media ilə münasibətlər sisteminə dair proqramların tərtibi də çox önəmli olmalıdır ki, biz dünyaya belə bir sivil model göstəririk və bunu bir çox ölkələr tətbiq edirlər ki, yəni qalibiyyət duyğusu, yeni millətə çevrilmə prosesi bir hərbi eyforiya ilə məhdudlanıb qalmır. Sən onu cəmiyyətdə problemlərin həllinin açarına çevirirsən. Bu zaman milli nailiyyət əldə edilir.

Özü də ki, məğlub olmuş xalqı idarə etmək asandır, çünki bu və ya digər məsələlərdə özünü gücsüz hiss edir. Amma qalib gəlmiş xalq öz-özlüyündə mühüm gözləntilərə, istəklərə, tələblərə malik olur və sosial psixologiya elə qurulub ki, bu gözlənti çox mühüm faktordur. O, müəyyən dövrdən sonra dəyişə bilir. Mütləq gərək o tələbləri, o istəkləri ödəyəsən, həll edəsən.

Ona görə, hazırkı dövrdə, məhz 2024-cü ilin prezidenti olmaq qalib lider kimi üzərinə daha böyük məsuliyyət götürməkdir, nəinki işğal dövrü. İndiki halda insanlar çox rahatlıqla deyirlər: “Bu qələbədə mənim rolum var, mən yaxşı yaşamaq istəyirəm”.

Dünənə kimi “Qarabağ boyda dərdimiz var” diskursu dəyişir və indi adamlar söyləyirlər ki, “Qarabağ məsələsi də həll olunub, indi sizin ixtiyarınız yoxdur, mənim ev, məişət, yol, təhsil, səhiyyə əlçatanlığı məsələmi həll etməyəsən” və yaxud da “indi korrupsiya məsələsinə daha sərt yanaşmalısan” və sair. Gördünüzmü, mənim dediyim mənzərə bir-birindən tamamilə fərqlidir.

BBC Azərbaycanca:
Bəs siz, doğrudan da, hesab edirsinizmi, məhz 2024-cü il seçkilərindən sonra insanların məişət, ev problemləri, korrupsiya məsələsi bütün bunlar həll olunacaq?

Zahid Oruc: Mən buna dərindən inanıram. Hesab edirəm ki, prezident İlham Əliyevin seçki platforması 2020-ci ilin 44 günlük savaşında ordu və xalqla birlikdə yazılıbdır. Bu yazılma həm də onu nəzərdə tutur ki, insanlar sadəcə torpaqlarını təcavüzdən qurtarmırdılar.

Onlar yaxşı yaşamaq, güclü vətəndaşa çevrilmək, bu bölgədə həqiqətən fərqlənmək və biz deyiriksə ki, Cənubi Qafqaz iqtisiyyatının 4-də 3-ü Azərbaycanda formalaşır, adamlar özlərində tamamilə belə bir haqq hiss edirlər ki, biz ermənilərdən və gürcülərdən 4-də 3 qədər yuxarı yaxşı yaşayışa və sosial rifaha malik olmalıyıq.

Bu mənada, biz qatıldığımız savaşın hədəfini yalnız Ermənistanı məğlub etmək saymamalıyıq. Müharibədə edilən fədakarlığın, igidliyin nəticəsini hər kəs sonradan öz həyatında yaşamaq istəyir.

BBC Azərbaycanca: Seçki ilə bağlı parlamentdə çıxışınız zamanı bildiribsiniz ki, bu seçki Ermənistanla sülh prosesini sürətləndirəcək. Prosesin sürətlənməsi üçün seçkilərdən sonra nə baş verəcək ki?

Zahid Oruc:
Ümumiyyətlə bütün seçkilər həm vətəndaşlararası, həm siyasi subyektlər və həm də dediyimiz kimi xarici güc mərkəzləri arasında maraq toqquşması hadisəsidir. Yəni bizim dediyimiz kənardan müdaxilə hadisəsi qətiyyən uydurma xarakter daşımır.

ABŞ-ın uzun illər gündəmində, xüsusilə Donald Trump-ın seçki illərində Rusiyanın adı 3 ilə yaxın trenddə saxlanıldı. Nə zaman ABŞ mediasını açsam, orada Rusiyanın adını görürdüm və Trumpı kəskin tənqid edən dairələrin açıqlamalarına şahidlik edirdim.

Biz təkcə təqvimlə hərəkət etmirik, başqa qüvvələrin də müxtəlif planları düşünülür və hamının həssaslığı artan zaman müxtəlif qüvvələr daxili sosial-siyasi mərkəzlərdən maksimum bəhrələnməyə çalışırlar, o cümlədən də kənardan.

İndi bunun üçün alətlər də həddindən artıq çoxdur: ölkənin xarici mövqeyinə zərər vursunlar, məhkəmələrdə əleyhinə qərarlar çıxarsınlar, sanksiyalar adı altında ayrı-ayrı insanları ölkələrinə buraxmasınlar və hətta bəzi məqamlarda böyük valyutaların üzərinə də əl qoysunlar, çünki Qərb dövlətləri bunları yaxşı bacarır və bir çox ölkələrin uzun illər sərvətlərini mənimsəyiblər.

Yəni, mən hesab edirəm ki, O’Brien-ın son səfərindən sonra mən düşünürəm ki, sülh prosesi bu və ya digər formada uzanacaq. Çünki Qərb 2020-ci il Qarabağ müharibəsinin qəfil başladığını, hətta Mərkəzi Kəşfiyyat İdarəsinin bundan məlumatsız olduğunu düşünərək, bölgədə yeni geosiyasi inqilab baş verdiyi, müharibənin buna səbəb olduğu və yeni qüvvələr nisbətinin yarandığı, Rusiya və Türkiyənin mövqeyinin burada daha önə gəldiyi və hətta alyans xarakteri daşıdığı, müştərək monitorinq missiyası başlatdığı qənaətindədirlər.

Hamı da yaxşı başa düşür ki, bu yalnız monitorinq funksiyası deyil, həm də Qafqazlar üzərində müəyyən əməkdaşlıq və anlaşmadır. Onlar Ermənistan cinahından, belə demək mümkündürsə, çalışırlar ki, əvəz çıxsınlar və dövriyyəyə daxil olsunlar. İndi belə olan şəraitdə nə qədər ki 3-4 ölkənin paytaxtında danışıqlar gedəcək, sülh danışıqlarının sonu olmayacaq. Çünki bu yalnız danışıqlar deyil, hamı öz şərtlərini ora daşımaq istəyir ki, hə, “gəlin Vaşinqtonda imzalayın və bizim də mövqeyimiz burada əsasən nəzərə alınsın və mənim patronajlığım altında proses irəli getsin”.

Bəs bu, hansı prosesdir? Avropa Birliyinin Paşinyana vəd etdiyi 2.6 milyard avro və Azərbaycana əvvəlcə 300 milyon, dövlət rəhbərinin kəskin etirazından sonra 2 milyard avroya qaldırılması, lakin hələ 1 avronun belə verilməməsini mən siyasi korrupsiya və dövlətlərin mövqelərinin satın alınması cəhdi hesab edirəm.

Bu şəraitdə, istər-istəməz Azərbaycanda seçkilərin daha öncədən keçirilməsi və bu prosesdə mübahisələrin, intriqaların tam aradan qalxması, Ermənistanda da, hazırkı dövrdə Paşinyan üçün hakimiyyət təhdidi yoxdur, belə olan halda çox mümkündür ki, belə şəraitdə Nikol Paşinyan İlham Əliyevlə çox rahatlıqla, məsələn, fevralın sonu və ya martın əvvəllərində, bəlkə də, məhz dediyimiz kimi, elə Zəngəzurda bu müqaviləni imzalaya bilər. Çünki Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, ondan sonrakı mərhələdə də hələ iş bitmir, yəni əksinə başlayır və bundan sonra əsrlərin düşmənçilik sindromunu ortadan qaldırmaq, ilkin əlaqələr yaratmaq və hər görüşü, hər kiçik lokal ticarəti iflic edəcək dairələrin mövqelərini tərksilah etmək o qədər asan olmayacaq.

Yəni sülh müqaviləsinin imzalanması, növbəti gündən etibarən sülh gətirməyəcək, bunu sonrakı dövr üçün gərək inşa edəsən. Belə şəraitdə, mən əminəm ki, “Zəfər Seçkiləri” adlandırdığımız öz-özlüyündə böyük bir geosiyasi və dövlətlərarası regional mühüm dəyişiklərin, tranformasiyaların bir tərkib hissəsidir.

BBC Azərbaycanca: Qeyd etdiniz ki, Paşinyan artıq bu yaxınlarda seçilib və onun hakimiyyətinə təhdid yoxdur. İlham Əliyevə bir təhdidmi var idi ki, seçkilərin vaxtı dəyişdi? Yəni bu seçkilər olmasaydı İlham Əliyevin 1 il 3 ayı var idi, bu, sülh əldə etmək üçün kifayət etmirdimi?

Zahid Oruc: Sizə bir müqayisə təqdim edəcəm, məsələni yaxşı izah etmək üçün. Baxın, Azərbaycan 2018-ci ilin sentyabrında neft müqaviləsinin imzalanmasının başa çatmasına hələ 5 il qalmış, yeni müqavilələrin imzalanmasına getdi və razılaşmanı 2050-ci ilədək uzatdı. Əminəm xatırlayırsınız.

BBC Azərbaycanca: Siz BP və digər şirkətlərlə olan müqavilənin uzadılmasını nəzərdə tutursunuz?

Zahid Oruc: Bəli, burada bir çox şirkətlər aktiv yer aldılar və proses 2023-də bitmədi, çünki 30 illik imzalanmışdı. Hesab edirəm, onun mənası - regionda və beynəlxalq aləmdə geniş təqdimata ehtiyacı olmadı ki, Azərbaycan bu prosesdən, yaxşı mənada bu iqtisadi risklərdən, əsas, dünyanın aparıcı qlobal şirkətlərin ölkəni tərk etmək təhlükəsindən özünü qoruyur. İndiki halda istənilən ölkədə, hətta İran, Rusiya, yaxud elə Türkiyənin özündə olan seçkilər sadəcə ölkəiçi xarakterdə qəbul olunmamalıdır, bunun miqyası daha böyükdür, xüsusilə də bu sərhədsiz saydığımız müasir dünyada və sünii intellekt məhsullarının da seçkilərə total müdaxiləsi dövründə.

Belə olan şəraitdə, mən bir daha deyirəm ki, İlham Əliyevin şəxsən rəhbərliyinə və onun idarəçilik kursuna, konstitusiyon müddətini uğurla başa çatdırıb, növbəti yeni mərhələni başlatmasına hər hansı bir təhlükə yox idi. Amma dövlətin əleyhinə qurulmuş müxtəlif ssenarilər mövcuddur. Bu, müəyyən halda şəxsə yönəlik görünür, mahiyyətdəki mənası hakimiyyətdə hansı subyektin, liderin olmasından asılı olmayaraq bunu edəcəkdilər.

1993-cü ildə onların demokratik saydığı Elçibəy idi iqtidarda, bəs onda nə üçün torpaqlar itirilirdi? Nə üçün o işğal baş verirdi? Biz də hamıya deyirik ki, ölkələrin təhlükəsizliyi bir sıra hallarda demokratiyadan öndə olur. 1990-cı illərdə demokratiyaya dair hesabatlarda biz çox irəli yerlərdə idik. Azərbaycanı öyürdülər, hətta 1989-cu ildə Time jurnalı öz maraqları çərçivəsində bizi “İlin xalqı” elan etmişdi. Amma o ilin xalqı o boyda əraziləri gərək itirməyəydi axı. Və bu dəqiqə biz ilin xalqı olmuşuq dünyada, bəs nə üçün indi bizi o cür adlandırmırlar? Hətta deyəsən bir neçə gün öncə dünya liderlərinin siyahısını dərc ediblər və onun içərisində xüsusilə bir incəsənət xadimini hamı üçün gözlənilməz olanı önə çıxarıblar.

Demək istədiyim odur ki, bu şəraitdə Azərbaycanda birinci növbədə ən ali seçkinin, sonra digər hakimiyyət institutlarında da bu prosesi davam etdirməklə, Vətən müharibəsi nəticəsində insanlarımız tariximizdə ilk dəfə Kəlbəcərdə, Şuşada, Qubadlıda, Laçında və digər yerlərdə öz konstitusiyon hüquqlarından istifadə etməklə seçkiyə qatılacaq və bu bötüvlük bütün mənalarda qanuni bütövlüyü də nəzərdə tutur və kimsə ona xələl gətirməsin.

Ona görə də, mən bu seçkiləri obrazlı şəkildə belə ifadə edirəm ki, 27 sentyabrda erməni təxribatlarına verdiyimiz cavab nə idisə, 7 fevral da 27 sentyabrın sanki siyasi mənada davamıdır.

Azərbaycan tarixində ilk dəfədir ki, yeni regional və beynəlxalq formatlar qurulacağı təqdirdə, biz öz taleyimizin tamaşaçısı, sadəcə uzaqdan baxıcısı və sadəcə hansısa şərtlərə tabe olan bir rəiyyət deyilik, istəmirdim bu ifadəni işlədəm.

Biz ilk dəfədir ki, öz taleyimizin qurucusuyuq. 1990-cı illərdə bizim Rusiyadan da əlaqəmizi kəsmək istəyirdilər, amma indi bir çox dövlətlər bizim ərazimizdən qərbə, şərqə və digər ərazilərə çıxırlar. Bu şəraitdə bu seçkilər həqiqətən də milli mənafeyimizi tamamlayan hadisə kimi nəzərdən keçirməliyik və 3 il əvvəlki ümumxalq həmrəyliyini, birliyini, səfərbərliyini bu prosesdə də göstərməliyik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru