"Anlaşma sənədi birgə bəyanat adlandırılır... - Daha çox niyyət protokolu kimi bir bəyanatdır"
Tarix: 13-12-2023, 08:26 | Çap et
Dekabrın 7-də Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma ətrafında müzakirələr davam etməkdədir. Əksəriyyət ilk dəfə reallaşan vasitəçisiz razılaşmanın ümumi sülh prosesinə müsbət təsir göstərəcəyini, təkanverici addım olacağını düşünürlər. İrəvan hökumətinin qeyri-müəyyən siyasətini nəzərə alanlar isə Ermənistanın hələ sülhdən çox uzaq olduğunu hesab edirlər. Xatırladaq ki, 7 dekabr anlaşmasına əsasən, əsirlərin dəyişdirilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) ilə bağlı qarşılıqlı güzəştlərin tətbiq edilməsi razılaşdırılıb. Onu da diqqətə çatdıraq ki, İrəvanla yanaşı ABŞ-nin mövqeyində də dəyişiklik müşahidə olunmaqdadır. Vaşinqton yenidən görüş təşəbbüsləri ilə çıxış etməkdədir. Bu da Bakının təklif və prinsiplərinin qəbul edilməsi deməkdir. Çünki Azərbaycana qarşı atdığı addımlarla bölgədəki maraqlarına zərbə vuran ABŞ çətin duruma düşmüşdü. Görünür, Ağ Ev İrəvana təlimat verir ki, prosesə "praqmatik" yanaşsın. Ekspertlərə görə, proseslər belə davam edərsə, gələn ilin ortalarına doğru sülh müqaviləsi bağlana bilər. Sülh danışıqları ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov diqqəti 7 dekabr razılaşmasının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərindən sonra əldə olunmasına yönəldib. Sabiq XİN başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma sənədinə lazımi şəkildə qiymət verilməlidir...
- Tofiq müəllim, tərəflər arasında vasitəçisiz razılaşmanın əldə olunmasını, bir sıra qarşılıqlı güzəştləri necə dəyərləndirirsiniz?
- Anlaşma sənədi birgə bəyanat adlandırılır. Daha çox niyyət protokolu kimi bir bəyanatdır. Orada göstərilir ki, tərəflər birbaşa danışıqlarla sülh prosesinə sadiqdirlər və mövcud problemləri siyasi yolla həll etməyə hazırdırlar. Yəni əsas məsələ tərəflərin ümumi sülh prosesinə sadiqliyinin nümayiş olunmasıdır. Ona görə də qarşılıqlı güzəştlərin edilməsinə, əsirlərin dəyişdirilməsinə razılıq veriblər. Mübahisəli məsələlərin isə qarşıdakı dönəmlərdə danışıqlar yolu ilə, müzakirələrlə həlli gözlənilir. Danışıqlarda format məsələsi önəmlidir. Azərbaycan balanslı olmayan Avropa Birliyinin danışıqlar formatından demək olar ki, imtina edib. Yaxud müvvəqqəti AB platformasından uzaqlaşıb. Çünki Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması özünü Qranadada da açıq şəkildə büruzə verdi. Fransa AB adından Ermənistan Baş naziri Nikol Paşinyanın təklif etdiyi mövqeyi dəstəkləyib. Məhz buna görə cənab Prezidentin reaksiyası sərt oldu. Əgər balanslı mövqe, obyektiv yanaşma yoxdursa, vasitəçilik də qeyri-mümkündür. Nə qədər nüfuzlu dövlət, ya da təşkilat olsa belə, biz bunu qəbul etmirik. Ermənistanın istəkləri bizə diktə oluna bilməz.
- Bəs ABŞ-nin yenidən obyektiv vasitəçiliyi mümkündürmü? Rəsmi Bakı buna razılıq verəcəkmi?
- ABŞ dövlət katibinin köməkçisi Ceysm Obraynın Konqresdə Azərbaycan əleyhinə açıqlamaları, rəsmilərin ittihamları, 907-ci düzəlişin qüvvədə saxlanması faktiki olaraq Vaşinqtonun da obyektiv və balanslaşdırılmış vasitəçilik iddialarını heçə endirdi. Böyük ehtimal, Ceyms Obrayn Bakıda olarkən onun diqqətinə bu məqamlar çatdırılıb. Yəqin Obrayn da deyib ki, Dövlət Departamenti balanslı mövqedədir, amma Senat fərqli mövqedən çıxış edib və s. Yəni hər zamanki bəhanələr səsləndirilib. Amma bizim üçün bunların fərqi yoxdur. Rəsmi Bakı istənilən dövlətin birmənalı mövqeyinin nədən ibarət olduğunu düzgün qiymətləndirməyə qadirdir. Vasitəçilərə etibar olmadığına görə birbaşa danışıqlar formatı gündəmə gətirilib. Yəni vasitəçisiz təmasların intensivləşməsinə qərar verilib. Həm də 7 dekabr razılaşması göstərdi ki, vasitəçisiz, heç kimin müdaxiləsi olmadan anlaşma mümkündür. Fikir verdinizsə, C.Obrayn Konqresdəki çıxışından sonra məcburən bəyan etdi ki, birbaşa danışıqlar ABŞ tərəfindən dəstəklənir. Bu da onu göstərdi ki, Azərbaycan öz mövqeyində qalıb və vasitəçisiz təmaslara üstünlük verib. Düzdür, bu və ya digər paytaxtlarda Ermənistan rəsmiləri ilə görüş mümkündür. Amma görüş məkanı təqdim edən hər hansı ölkənin prosesə müdaxiləsi, tərəflərə təzyiqi yolverilməzdir. Həm də beynəlxalq ictimaiyyətə ismarıc vermişik ki, rəsmi Bakı danışıqların və qarşılıqlı maraqları təmin edən sülh sazişinin əldə olunmasının birmənalı tərəfdarıdır. Əlbəttə, bu, o demək deyil ki, bütün problemli məsələlər həllini tapıb. Qarşıda sülh sazişi ilə bağlı ciddi müzakirələr durur.
- Qərbdən təlimat aldığı deyilən İrəvan hökuməti həqiqətənmi Bakı ilə vasitəçisiz, müdaxiləsiz görüşlərə hazırdır?
- Əvvəlki dönəmlərdə Ermənistanın arxasında Rusiya var idi. Amma indi Moskva İrəvanın qarşısındadır. Ermənistan son dönəmlərdə özünə yeni himayədar axtarışına çıxmışdı. ABŞ-ni, Fransanı özünə arxa-dayaq bilirdi. İrəvan hökuməti çalışırdı ki, hansısa kənar güc onları müdafiə etsin, ermənilərin yerinə danışsın və s. Bir növ Ermənistan yanında "əmi" gəzdirir ki, həmin "əmi" Azərbaycanı hədələsin, təzyiq göstərsin. Ancaq Azərbaycan tərəfi qətiyyətlə vurğuladı ki, Ermənistan birbaşa Azərbaycanla danışıqlar aparmalıdır. Nəzərə alaq ki, eyni aqibəti Paşinyan Moskvada, Avropa İttifaqı da yaşayıb.
- Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryan sülh sənədinin 70 faizinin hazır olduğunu deyib. 30 faizin qısa zamanda həlli mümkün olacaqmı?
- Başa düşməliyik ki, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi sadəcə çərçivə sənədi olacaq. Çərçivə sənədinin daxilində digər məqamların, detalların həlli nəzərdə tutulmur. Bu, daha çox deklorasiya formasında olan bir sənəddir. Cənab Prezident də söylədi ki, söhbət 5-7 səhifəlik sənəddən gedir. Ancaq tərəflər arasında sərhədlərin müəyyənləşməsi, kommunikasiyalar məsələsi, humanitar mövzular, təzminat söhbəti, milli azlıqların öz yerlərinə qayıdış və s. görün, nə qədər məsələlər var. Çərçivə sənədində bunlarla bağlı əsas prinsiplər öz əksini tapmalıdır və həmin prinsiplərə uyğun olaraq gələcəkdə müxtəlif istiqamətlərdə danışıqlar davam etməlidir. Sərhədlərlə bağlı artıq komissiyalar var və bir neçə dəfə görüşüblər. Hələ birinci mərhələdəyik. Sərhədlərin delimitasiya və demarkasiyası çox uzun prosesdir. Qonşu Gürcüstanla 30 ildir bu proses gedir və ortada nəticə yoxdur. Kommunikasiyalarla bağlı da müzakirə qabaqdadır. Eyni zamanda təzminat məsələsi və digər humanitar proseslər illərlə çəkə bilər. Tərəflərin bir çox məsələyə baxışı bir-birindən fərqlənir. Dünyada təcrübə var və biz təzə nəsə icad etmirik. O ki qaldı Qriqoryanın sözlərinə, 70 faiz söhbəti siyasi spekulyasiyadır və reallıqdan uzaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|