"Bizim də orada iştirakımız təmin olunmalıdır" - Tural Abbaslı Xankəndinə getmək istəyir...
Tarix: 16-12-2023, 08:50 | Çap et
Gələn həftə - dekabrın 21-də Xankəndində Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bir oyunu keçiriləcək. Matç “Qarabağ”la “MOİK” arasında olacaq. Artıq oyunu canlı izləmək istəyən azarkeşlərin Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək.
Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - “MOİK” matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.
AĞ Partiya başqanı Tural Abbaslı bu tarixi oyunun önəmindən söz açdı: “Təbii ki, Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajımızdır. Hesab edirəm ki, bu olmalıdır. Bizim də orada iştirakımız təmin olunmalıdır. Hesab edirəm ki, burada təşkilatçılıq məsələsində aidiyyatı qurumlar daha diqqətli olmalıdırlar, insanların ora getmələri filan məsələlərində. İşlərimiz imkan versə, təbii ki, o oyunda çox iştirak etmək istərdik. Burada əsas oyun və oyunun nəticələri deyil, əsas olan məkandır. 30 ildən bir çox zamandan sonra orada Azərbaycan bayraqlarının dalğalanması misli görünməmiş bir hisslər hamımıza yaşadacaq. Biz də maraqlanacağıq və imkan daxilində iştirak etməyə çalışacağıq. Burada aidiyyatı qurumlara müraciət edirik ki, təşkilatçılıq ən yüksək səviyyədə təşkil olunsun”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, “Qarabağ”ın oyunları artıq bu stadiona daşınmalıdır: “Bu çox önəmli bir hadisədir. ”Qarabağ"ın orada oyununun keçirilməsi sevindiricidir. Əminəm ki, bu başlanğıc bizim üçün həmişəlik bir proses olacaqdır. Çünki, Xankəndində futbol oyunu illərlə arzuladığımız, bəlkə də gözləmədiyimiz bir hadisədir. Bu oyunu izləməyə gedəcək fədakar insanlarımıza eşq olsun. Çünki, böyük bir tarixi hadisənin şahidi olacaqlar. Bu başlanğıcda iştirak etməyin özü bir şansdır. Çox sevindirici anlar yaşayırıq. Xankəndi stadionu tədricən “Qarabağ”ın stadionuna çevrilməlidir. “Qarabağ” oyunlarını yaxın gələcəkdə bu stadionda keçirməlidir. Bu da bizim üçün sevindirici, qürurverici günlər ola bilər".
Deputat Aqil Abbas isə bildirdi ki, bu oyunda iştirak edəcək: “Əvvəllər o stadionda olmuşam. 80-cı illərə təsadüf edirdi. O vaxt ”Qarabağ" bir neçə dəfə həmin stadionda oynamışdı. Orada oynamışıq, qalib də gəlmişik. Gözəl bir stadion tikiblər. Burada əsas olan odur ki, artıq Xankəndi tam olaraq bizimdir. Biz orada oyun da oynayırıq, əllərimizi qaldırıb rəqs də edirik. Bundan böyük önəm ola bilərmi? Mənim üçün bundan sevincli gün ola bilməz. Erməni separatizmi, terrorçular getdi. Möhtərəm prezidentimizin sərkərdəliyi, şəhid və qazilərimizin qəhrəmanlığı ilə Qarabağı işğalçılardan təmizlədik. Azərbaycan 200 ildə görmədiyini həyata keçirdi. İndi bu qələbəni həm də futbol oyunu keçirməklə qeyd edəcəyik. Səhv etmirəmsə, 4 mindən çox azarkeş aparılacaq. İndi kubok oyunudur, gedib baxacağıq, ləzzət edəcək. “Qarabağ”ın Ağdamda öz stadionu olacaq. Avropa oyunlarını artıq orada keçirəcək. Orada bir komanda yaratsalar, bu başqa məsələdir. Öz stadionu olandan sonra Avropa oyunlarını niyə Xankəndində oynamalıdır? Bir sözlə bütün xalqımı bir daha təbrik edirəm, belə tarixi anları yaşadığımız üçün".
Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, bu təşəbbüsün tarixi mesajları daha çoxdur: “Həm ”Qarabağ" futbol klubumuza dəstək baxımından, həm də meydanda qələbəmizin göstərilməsi üçün çox vacib bir qərardır. Qarabağ son 30 ildə qələbəmizin rəmiz olub. Hər zaman “Qarabağ”ın qələbələrinə sevinmişik, klubumuzla qürur duymuşuq. “Qarabağ” Azərbaycanımızı hər zaman ləyaqətlə, qürurla təmsil etdi, dünyada “Qarabağ” adından söz etdirdi. Xankəndinə bayraq sancılandan sonra bu növbəti addımımız olacaq. Uğurlarımızın davamlı olacağının anonsu olacaq. Həm də bir mesaj veriləcək ki, artıq orada sabitlikdir, futbol oyunu belə oynanılır. Hərtərəfli müsbət bir hadisədir. İştirak etmək çox istəyərdim. Amma açığı hansı formada buna nail olmaq olur bilmirəm. Bu istiqamətdə məlumatsızlıqdır. Bilənlər yəqin ki, müraciət ediblər. Hər halda iştirak barədə düşünəcəm. Çox istərdim ki, partiyamızın nümayəndələri ilə ortada iştirak edək. “Qarabağ”ın Bakıda keçirilən avrokubok oyunlarına soyuq havalarda belə meydandan baxmışam. İndi də həmin ənənəni davam etdirib futbol oyununda iştirak etmək istəyirəm. Bir daha Azərbaycanımıza, futbolumuza uğurlar arzulayıram".
İdman yazarı Natiq Muxtarlı isə bu oyunu futbol tariximizin ən böyük oyunu sayır: “Azərbaycan futbol tarixinin ən böyük oyununu izləmək üçün Xankəndiyə gedəcəm. Bu, adi oyun olmayacaq. Azərbaycan futbol tarixinin ən böyük oyunu olacaq Xankəndidə. Qarabağın təmsilçisi ilə Azərbaycan Ordusunun təmsilçisi üz-üzə gələcək. Bunun isə böyük mənası var. Həmin gün Azərbaycan Xankəndidə olacaq - ictimaiyyəti ilə, ordusu ilə. Belə bir tarixi oyunu tribunadan izləmək fürsəti böyük şərəfdir”.
İdman mütəxəssisi Kənan Məstəliyev bu oyunda mütləq iştirak edəcəyini söylədi: “Xankəndidə keçirilən oyun çox tarixi bir maçdır. Çünki, 30 ildən çox idi ki, həmin yerlərə azərbaycanlıların, futbolçularımızın ayaqları dəymirdi. Bu baxımdan böyük tarixi əhəmiyyət daşıyacaq. İndi oradan meydana çıxan klublardan biri fəxrimiz, qürurumuz ”Qarabağ" olacaq. Burada adın “Qarabağ” olması həm də simvolik bir məna daşıyır. Eyni zamanda, rəqibin Mərkəzi Ordu İdman Klubu olması 44 günlük savaşda böyük rəşadət göstərmiş ordumuzun da orada olmasının bir mesajıdır. Çox gözəl bir qarşılaşma olacaq. Biz Qarabağın bir hissəsinə deyil, bütün Qarabağa qayıdırıq. Artıq hər kəs ora qayıdıb. Sonda idman qalmışdı, o da qayıdır. Futbolumuzun şahi “Qarabağ”ımız oyununu orada keçirəcək. Böyük fəxr duyulası bir məqamdır. Böyük məmnuniyyətlə orada iştirak edəcəm".
Mənbə: “Yeni Müsavat” Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|