“Rəqabət ortamı seçkilərdə mütləq olmalıdır, fikirlər çatdırılmalıdır” - Fazil Mustafa
Tarix: 21-12-2023, 07:40 | Çap et
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 19-dan Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə başlanılıb. Sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək, yəni 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-a qədər təqdim edilməlidir. Müvafiq sənədləri Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim etməlidir. Növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı hələlik 7 nəfərdir. Mərkəzi Seçki Komissiyası sadəcə hazırkı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Müsavat Partiyası seçkidə iştirak etməmək qərarı alıb. AXCP isə seçkini boykot etdiyini açıqlayıb. 7 nəfər prezidentliyə namizədlər arasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da var. Deputatın prezidentliyə namizədliyi Partiyanın Ali Məclisinin iclasından sonra qərarlaşdırılıb.
Namizədlik və digər məsələlərlə bağlı "Sherg.az"a danışan millət vəkili, BQP sədri Fazil Mustafa deyib ki, prezident seçkisinin növbədənkənar formada keçirilməsini bəhanə etmək doğru deyil. Onun sözlərinə görə, hər bir partiya bütün dövrlərdə seçkilərə hazır vəziyyətdə olmalıdır: "Bir il tez, yaxud bir il gec olsa da, partiyanın seçki qərargahı, resursları daim seçkiyə yönəlik hazırlıq içində olmalıdır. Bu baxımdan seçkidə iştirak etməməklə bağlı bəhanələrin yeri yoxdur. Təbii ki, dövlət başçısının hazırkı reytinqi bütün dövrlərdəkindən ən yüksək zirvədədir. Çünki Prezident Qarabağı işğaldan azad edib və hər bir azərbaycanlının məhz buna görə ölkə rəhbərinin fəaliyyətinə xüsusi mənəvi münasibəti var. Amma bu o demək deyil ki, ölkədə demokratiya, seçkidə rəqabət, alternativlik məsələsi arxa plana keçir. Rəqabət ortamı seçkilərdə mütləq olmalıdır, fikirlər çatdırılmalıdır. Ola bilsin ki, seçkidə iştirak edən namizədlərin hər biri kifayət qədər təcrübəli insanlardır. Öz fikirlərini, görüşlərini cəmiyyətə çatdırmaqla müəyyən dəstək qazana bilərlər. Eyni zamanda özlərinin elektoral bazasını genişləndirə bilərlər. Partiyalar məsələyə daha çox bu aspektdən yanaşırlar. Seçki prosesi tam şəffaflıq və rəqabət mühitində keçirilir. Prosesdə hansısa şəkildə məsələlərin nəticəvi hissəsi Azərbaycanın maraqları baxımından qiymətləndirilməlidir. Millətimiz, cəmiyyətimiz üçün xeyirlisi nədirsə, o aspektdə də məsələyə baxılmalıdır". Millət vəkili vurğulayıb ki, əslində, seçki prosesində hər hansı boykot da baş verməyib: "Çünki boykot hansısa bərabər güclərin, yaxud da yaxın güc nisbəti olan qüvvələrin addımı və elanı ilə reallaşır. Amma burada kiminsə elanından söhbət getmir. Kimsə səhər yuxudan durub, çayını, kofesini içir və deyir ki, seçkiyə qatılmayacaq. Bu, boykot demək deyil ki?! Boykotun siyasi əsaslandırması olmalıdır. Seçki elan olunan kimi "seçkidə iştirak etməyəcəm" sözü, əslində o anlama gəlir ki, "mənim resusrlarım yetərli deyil". Adama deyərlər, əgər indiyə kimi resursları yığa bilməmisənsə, 20 il siyasətdə nə boş-boş gəzirsən? Ona görə də bununla bağlı çağırışları, belə yanaşmanı mənasız hesab edirəm. Biz belə məsələdə daha fərqli yol izləyirik. Bütün seçkilərə hazır olduğumuzu hər zaman bəyan etmişik. Seçki prosesindən kənarda qalmağı siyasi cəhətdən doğru addım saymırıq. Bu baxımdan atılan addımların hamısı məqsədəuyğun şəkildə, özümüzün strategiyamıza görə həyata keçirilir. Təbii ki, həm də real vəziyyətdən, mövcud situasiyadan çıxış edirik. Seçki Məcəlləsi bunun qanunvericilik tərəfini, mövcud situasiya isə siyasi tərəfini təşkil edir. Fürsət düşüb ki, partiyamızın resurslarını müəyyən dərəcədə səfərbər edək, təbliğatını aparaq və öz fikirlərimizi cəmiyyətə çatdıraq. Azad, demokratik şərtlərdə iqtidarla mübarizə kontekstindən rəqabətimizi reallaşdıraq. Niyə bu fürsəti qaçırtmalıyıq? Siyasi maraqlarımız seçkidə iştirakı tələb edirsə, həmin maraqlara görə siyasətdə varıqsa, bunu davam etdirməliyik. Burada təəccübləndirici addım yoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|