COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

“Moskvada müharibə əhval-ruhiyyəsi qətiyyən hiss olunmurdu” - Partiya sədri
Tarix: 30-12-2023, 11:32 | Çap et
“Moskvada müharibə əhval-ruhiyyəsi qətiyyən hiss olunmurdu”
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib.

- Qüdrət bəy, bir neçə gün əvvəl Rusiyaya səfər etmişdiniz. Deyəsən, son illərdə ilk səfər idi, eləmi?

- Mənim, ümumiyyətlə, deputat kimi bundan öncə Rusiyaya səfərim olmamışdı.

- Maraqlıdır, Rusiyanı necə gördünüz? Müharibə aparan bir ölkədən hansı təəssüratlarla qayıtdınız?

- Rusiya çox böyük və Azərbaycan üçün də vaz keçilməsi mümkün olmayan bir ölkədir. Ona görə ki, həm bizim böyük qonşumuzdur, həm çox ciddi ticari, iqtisadi, humanitar və sair sahələrdə əlaqələrimiz var, orada 2 milyon azərbaycanlı yaşayır. Rusiya gənclərimiz üçün əmək, fermerlərimiz üçün kənd təsərrüfatı məhsulları bazarıdır. Ordakı azərbaycanlıların göndərdiyi pul Azərbaycanda sosial gərginliyin yaranmamasında əhəmiyyətli rol oynayır. Biz Rusiya ilə MDB çərçivəsində də əməkdaşlıq edirik. Elə səfər də onunla bağlı idi. “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və fraksiyaların rolu” mövzusunda 4-cü konfrans keçirilirdi. Mən və YAP üzvü Nizami Səfərov Milli Məclisi təmsil edirdik. Bundan əvvəlki konfranslara YAP-la yanaşı, parlamentdə təmsil olunan digər partiyalar qatılmışdı. Bu dəfə məni nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. Konfransda çıxışım etdim və bildirdim ki, biz tarixi əlaqələrimizi nəzərə alaraq daha sıx əməkdaşlığın tərəfdarıyıq, amma bu əməkdaşlıq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında olmalıdır. MDB dövlətləri xarici siyasət, təhlükəsizlik məsələlərində bir-birinin maraqlarını mütləq nəzərə almalıdırlar. Bundan başqa, digər üzv ölkələrdən gəlmiş nümayəndələrlə səmimi söhbət etmək imkanımız oldu.

- Ermənilərlə necə, təmas oldumu?

- Ermənilər gəlmişdilər, amma heç bir təmasımız olmadı. Konfransda da qarşılıqlı olaraq bir-birimizin ünvanına nəsə demədik. Mən çıxışımda onu da bildirdim ki, təkcə siyasi partiyalar yox, MDB ölkələri çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin də bir-biri ilə görüşü ümumi işin xeyrinə olardı.İşçi qrupların görüşündə onu da vurğuladım ki, insan haqları mövzusuna aid dəyirmi masa, yaxud konfrans keçirə bilərik. Əgər belə bir konfrans olarsa, Rusiyadakı əmək miqrantlarının hüquqları məsələsini gündəmə gətirə bilərik. Bir çox hallarda onların hüquqlarının pozulması barədə informasiyalar yayılır.

- Rusiya müharibə aparan ölkəyə bənzəyirdimi?

- Restoranlarda gənclər yeyib-içirdilər. Moskvada, əlbəttə, müharibə əhval-ruhiyyəsi qətiyyən hiss olunmurdu. Amma avtomobillə keçəndə gördüm ki, yolun kənarında bir nəfər dayanıb, əlində plakat, müharibəyə könüllüləri cəlb eləmək üçün. Yaxınlıqda səfərbərlik yeri var idi.

Səfərin ilk günü naməlum əsgərin məzarı önünə gül qoyduq. Mənim atam da İkinci Dünya müharibəsində iştirak edib, ikinci dərəcəli əlil olub. Əmim isə müharibədən qayıtmayıb, onun dəfn yerini də tapa bilməmişik. Həm də fikirləşirdim ki, o abidə qarşısına gül qoymaqla bütün müharibə qurbanları ilə yanaşı əmimi, faşizmə qarşı müharibədə həyatını itirmiş soydaşlarımızı yad edirəm.

- 2018-ci ildəki növbədənkənar seçkilərdə iştirakınız təbii qarşılanırdı. Amma bu dəfə Zəfər qazanmış liderlə mübarizəyə qərar vermisiniz. Bu mənada tərəddüdünüz olmadı ki?

- Sözün doğrusu, əlbəttə, tərəddüd var idi. Azərbaycan 44 günlük savaşda elə bir möhtəşəm uğura imza atıb ki, bunu sözlə ifadə etmək çox çətindir. Mən səmimi deyirəm, bizim insanlarımızın bir çoxu hələ də qələbənin möhtəşəmliyini tam görə bilmir. Qələbə çoxlarımız üçün o qədər əlçatmaz, çətin bir hədəf kimi görünürdü ki, buna qısa zaman kəsiyində,az itkilərlə nail olmağımız sanki insanları şok edib. Açıq deyirəm, hər şəhid bizimçün həm ağır itkidir, Allah onların ruhunu şad eləsin, onlar adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazıblar. Birinci Qarabağ müharibəsində biz 11 min şəhid vermişdik, amma 20 faiz torpaq itirmişdik. Ölkənin işğaldakı ərazisinin 20 faizini azad etmək üçün 3 min şəhid verdik. Bunu müqayisə edəndə, insanlarımız tarixi uğurumuzu asan əldə olunan qələbə kimi gördülər. Sözsüz ki, bu uğurda, böyük dağıntılarsız, az itkilərlə əldə olunan qələbədə prezidentin payı olduqca böyükdür. Ona görə insanlarımız prezidentin rolunu xüsusi qabardır və bu, təəssüf ki, bir çox xarici və daxili düşmənlərimizdə qıcıq doğurur. Çoxları deyirdilər ki, biz niyə Şuşada dayandıq? Biz Ağdamı, Kəlbəcəri, Laçını müharibəsiz, itkisiz azad etdik. Orda Ermənistanın 25 minlik ordusu var idi. O dağlardan, meşəliklərdən 25 min ordunu çıxartmaq üçün döyüşsəydik, itkilərimiz bəlkə də ikiqat artıq olardı. Bu da ikiqat çox ailənin faciəsi olacaqdı. Düşməni müttəfiqlərinin dəstəyindən məhrum etmək, Azərbaycana güclü müttəfiqlər qazandırmaq da sözsüz ki, prezidentin xidmətidir. Mən sizin xidmətinizi görməsəm, qiymətləndirməsəm, mənim də xidmətim qiymətləndirilməyəcək. Prezidentə münasibətindən asılı olmayaraq, müxalifət prezidentin xidmətlərini görməlidir, qiymətini verməlidir, sən prezidentin qələbəsinə qiymət vermirsən, amma istəyirsən ki, başqaları sənə qiymət versin. Bu mənada sizə açıq deyirəm, seçkiyə qatılmaqla bağlı qərar vermək çox çətin oldu.

- Elə isə niyə? Bu qərar hansı zərurətdən irəli gəldi?

- Biz fərqindəyik ki, niyə növbədənkənar seçkilər keçirilir. Fikrimcə, iqtidar da görür ki, bu uğurdan sonra ölkədə ciddi dəyişikliklərə və islahatlara ehtiyac var. Heç bir iqtidar seçkilərə bir ildən bir az artıq vaxt qalmış böyük islahatlara getmir. Amma bir il də oturub gözləməyə vaxt yoxdur. Həm də bölgədə çox ciddi geosiyasi proseslər gedir. Bir ildən sonra regionda vəziyyət necə olacaq, bölgə qan çanağına dönəcək, dönməyəcək, qonşularımızda nələr baş verəcək, burada Nostradamusluq eləmək çox çətindir. Ciddi qərarlar qəbul etməyin zamanı çatıb.Ona görə də ölkənin gələcəyini heç kəs risk altına atmamalıdır. Odur ki, biz növbədənkənar seçkini də dəstəklədik və islahatların zəruriliyini nəzərə alıb seçkiyə qatıldıq.

- Bəzilərinin seçkiyə hazırlıqsız yaxalanmaları barədə iddialarına münasibətiniz necədir?

- Siyasi partiya həmişə seçkiyə hazır olmalıdır. Tutaq ki, bir ildən sonra seçki olsaydı, nə dəyişəcəkdi? Yaxşı, bu 6 ildə hazırlaşmamısansa, bir ildə nəyə hazırlaşacaqdın? Siyasi partiya onsuz da hər gün gündəmdəki mövzulara öz münasibətini bildirməlidir. Nə baş verdi, niyə baş verdi, nə doğrudur, iqtidarın qəbul etdiyi hansı qərar səhvdir, ya düzdür? Seçki dövrü insanlarla təmas baxımından əlavə üstünlük verir. Tutaq ki, ödənişsiz efir vaxtı verilir, insanlarla canlı ünsiyyət qura bilərsən və sair. İndi də informasiya əsridir. Bir zala 50, yaxud 500 nəfəri yığıb danışmaq heç nəyi dəyişmir. Hamının əlində mobil telefon var, sən ondan min dəfə artıq effektli şəkildə sosial şəbəkələrdə insanlara sözünü çatdırmaq imkanına maliksən. Ona görə də hazırlıqsız yaxaladı məsələsini seçki dövründə ölkədə qarşıdurma planlaşdıran xarici güclərə münasibətdə söyləmək olar. Amma siyasi partiya niyə hazırlıqsız yaxalanır ki?

- Seçkilərin nəticələri haqda fikriniz maraqlıdır. Ortaya iddia qoymusunuzsa, demək, hədəfləriniz də var, elə deyilmi?

- Bəli. Biz hədəflərimizə çatmaq uğrunda mübarizə aparırıq. Seçkilər yolu ilə hakimiyyətə gəlib ədalətli cəmiyyət qurmaq istəyirik.Bunun üçün hüquqi dövlət yaratmalı, demokratiyanı inkişaf etdirilməliyik. Hakimiyyət hədəfə çatmaq üçün vasitədir. Bizə nə qədər insanın səs verəcəyi artıq ikinci məsələdir. Bizdən asılı olan odur ki, seçkiyə qatılırıqsa, dövlətimizin gələcəyi ilə əlaqədar fikirlərimizi xalqa çatdıraq, həmin fikirləri həyata keçirmək üçün ondan mandat istəyək. Bunun üçün mübarizə aparırıq.

- Axı onu da etiraf edirsiniz ki, rəqib çox güclüdür...

- Bəli, rəqib çox güclüdür. Amma biz siyasi partiya olaraq siyasi sistemin əsas institutuyuq. Siyasi partiya siyasi sistemin inkişafı üçün siyasi proseslərdə aktiv şəkildə iştirak etməlidir. Bax biz siyasi proseslərə qatılırıq. Tutaq ki, xaricdən yönləndirilən marginallaşmış qruplar isə seçkini boykot etdiklərini deyirlər. Aktiv boykot etmirlər, camaata deyirlər ki, oturun evdə! Amma biz insanlara çağırış edirik: evinizdə oturmayın, qutu başına gəlib səs verin! Sizin seçici olaraq ölkəmiz, övladlarınız qarşısında siyasi öhdəliyiniz, məsuliyyətiniz var. Onlar deyirlər ki, seçkidə səslər onsuz da düzgün sayılmır və sair. Amma onların dediyi həqiqətdirsə belə vətəndaş gəlib səs verirsə, iqtidar bütün komissiyalarda olan nümayəndələri vasitəsilə bilir ki, hansı namizədə nə qədər səs verildi, xalqın hökumətə münasibəti necədir. İnsanlar çoxluğun prezidentə yenidən etimad göstərəcəyini düşünüb evdə otura bilər. Bu halda xalqın seçkini boykot, iqtidara etiraz etdiyini söyləmək olmaz. Yaxşı, ictimai rəy əhəmiyyətsizdirsə, həmin qrup gecə-gündüz deyir ki, biz 2019-cu ilin yanvarın 19-da “Qələbə” meydanına xeyli etirazçı adam yığdıq, ondan sonra hökumət xalqa yönəlik müəyyən addımları atmaq məcburiyyətində qaldı. Bu halda özləri-özlərini təkzib edirlər. Onların dediyi kimi, hakimiyyət insanların narazılığını görüb müəyyən addım atıbsa, deməli, seçki prosesində də xalqın dəyişiklik istəməsini görməsinin özü çox önəmlidir.

- Hakimiyyətin seçki tamaşasında rol aldığınızı iddia edənlərə sözünüz nədir?

- Bəli, Qərbdəki ermənipərəst dairələrin yönləndirdiyi bəlli adamlar belə bir iddia ilə də çıxış edirlər. Əgər onlar mənimlə üzbəüz oturub, polemikaya çıxsalar - bilirəm ki, çıxmazlar. Belə cəsarətləri olsaydı, seçkiyə qatılardılar. Onlardan soruşardım, əgər siz dediyiniz kimidirsə, tamaşanın olması yaxşıdır, olmaması? Tamaşaya baxmağa insanlar gəlir, səhnədəki insanlara baxırlar, onları dinləyirlər. Seçkini tamaşa götürsək, seçicilər məntəqəyə gəlib, bülleten atacaqlar, həmçinin təbliğat-təşviqat dövründə fərqli platformaları dinləyəcəklər. Biz ən böyük problemimizi həll etmişik. Amma axı, Azərbaycanda həllini tapmayan çox böyük problemlər var.

- Yəqin ki, seçki platformanızda həmin məsələlər əksini tapacaq. Qısa da olsa, açıqlaya bilərsinizmi?

- İlkin namizədliyim qeydə alındığından təbliğata başlaya bilmərəm, amma ölkədə qanunun aliliyinin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması, ədliyyə sistemində islahatlarla, iqtisadiyyatın neftdən asılılığına son qoyulması və iqtisadiyyatın inkişaf etdiriləsi ilə bağlı çox ciddi proqramımız var. Biz Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadəyə, peşəkar ordu quruculuğuna, dövlət idarəetməsinin optimallaşdırılmasına və xərclərin azaldılmasına dair alternativ proqramlarla, yeni - parlamentli respublika modelinə, andlı iclasçılar institutunun tətbiq olunacağı məhkəmə sisteminə, proporsional seçki sisteminin tətbiq olunmasına əsaslanan Konstitusiyanın, yerli məmurların yerli seçkili orqanlar qarşısında hesabatlılığının təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair təşəbbüslə çıxış edəcəyik. Xalqa, bu ölkənin gələcəyini necə görürük, bununla bağlı müfəssəl, sistemli baxışımızı təqdim edəcəyik. Xarici siyasətimizdə hansı addımlar atılmalıdır, təhlükəsizliyimiz üçün hansı qərarlar qəbul olunmalıdır? Bütün bunlarla bağlı partiyanın ciddi hazırlanmış sənədi var və hazırda üzərində əlavə iş gedir. Bütün bunları seçkidə uğur qazanacağımız halda, yeni konstitusiya qəbul olunana qədər formalaşdıracağımız milli birlik hökuməti həyata keçirməyə başlayacaq.

- Qüdrət bəy, maraqlıdır, siz seçici kimi Qarabağı azad etmiş prezidentə - namizədə səs verəcəksiniz, yoxsa islahatlarla bağlı təkliflər irəli sürən Qüdrət Həsənquliyevə?

- Mən ölkənin gələcəyinə - ədalətə, hüquqa, demokratiyaya səs verəcəyəm. Namizədliyim qeydə alınacaqsa, sözsüz ki, özümə səs verəcəm, dəyişiklik, milli birlik, firavan və təhlükəsiz həyat istəyən seçiciləri də mənə səs verməyə çağıracam. Qarabağı azad etmiş prezidentin isə adının əbədiləşdirilməsi barədə qanun qəbul olunacaq, bütün sivil ölkələrdə olduğu kimi, dövlətin təhlükəsizliyi ilə əlaqədar bütün vacib sənədlərin surəti ona göndəriləcək, fikirləri öyrəniləcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru