Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                     Xəlil Göyüşov həbs oluna bilər .....                     Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. .....                     Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu .....                     Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək .....                     Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı .....                     Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında .....                     Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... .....                     Tərtər rayonunda pambıq yığımına start verilib .....                     ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR .....                     Əmək müqaviləsinin müddətli bağlanması? .....                     Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     `Azəriqaz`da işdə zədələndinsə... BATDIN! .....                     Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı .....                     Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... .....                     Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? .....                     Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır .....                     Rus ordusu nə qədər əsgər itirib? .....                     Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… .....                     Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR .....                     Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib .....                     Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər .....                     Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR .....                     “Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi .....                     “Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” .....                     Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! .....                     Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                     Dövlət Xidməti 6 milyonluq tenderinin .....                 

“Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz” - DƏYƏRLƏNDİRMƏ
Tarix: 2-09-2024, 14:05 | Çap et
“Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz”
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkisinin səsverməsi həyata keçirildi. Yeddinci çağırış Milli Məclisə seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıdı. 990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələri idi. Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləmiş oldu.

Səsvermə prosesi səhər saat 08:00-dan etibarən başladı və axşam saat 07:00-da seçki məntəqələri bağlandı. Seçkilər bitdikdən bir neçə saat sonra seçkilərdə “exit poll” aparan təşkilatlar nəticələri elan etdilər. Gecə saatlarında isə Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin ilkin nəticələrini açıqladı, dairələr üzrə lider namizədlər bəlli oldu. İlkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri daha çox mandat qazanıblar.

MSK-nın açıqladığı rəqəmdə qeyd edilir ki, 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. Azərbaycanda seçicilərin ümumi sayı isə 6 milyon 421 min 960 nəfərdir. Bu o deməkdir ki, növbədənkənar parlament seçkilərində seçici aktivliyi aşağı olub. Səsvermə hüququ olan vətəndaşların yarısı belə səsverməyə qatılmayıb.

Bununla yanaşı, dünən gün ərzində seçki məntəqələrində qanun pozuntuları ilə bağlı videomateriallar namizədlər, onların vəkilləri, səlahiyyətli nümayəndələri tərəfindən paylaşılıb. Bəzi namizədlər seçkilərdə qanun pozuntularının baş verdiyini, qutulara topa bülletenlər atıldığını, “karusel” – yəni bir nəfərin bir neçə məntəqədə səs verdiyini iddia edirlər.

Ümumi seçki prosesi və qanun pozuntuları iddiaları ilə bağlı AYNA-nın suallarını YAP-ın namizədi olmuş və MSK-nın açıqladığı nəticəyə əsasən, yenidən mandat qazanmış Hikmət Məmmədov cavablandırıb. Köhnə və yeni deputat olan H.Məmmədov deyib ki, Azərbaycan xalqı bu seçkilərlə mühüm bir demokratiya səhifəsi açmağı bacardı:

- Seçkiqabağı vəziyyət, namizədlərə bərabər təbliğat kampaniyasının yaradılması yüksək səviyyədə təşkil olundu. Səsvermə günü də seçkilərin nəticəsinə təsir edəcək demək olar ki, insident baş vermədi, qanun pozuntuları müşahidə olunmadı. İlk dəfədir ki, Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Xankəndidə, Şuşada insanlarımız səs verdi, deputatını seçdi ki, bu vacib məsələdir. Demək olar ki, seçkilər yüksək səviyyədə keçdi və demokratik inkişaf yolunda daha bir addım atıldı.

Mənim də təmsil olunduğum hakim YAP bu seçkilərin mütləq qalibidir. Xalqımız yenidən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi kursuna dəstək verdi və qalib liderin rəhbəri olduğu siyasi partiyanı qalib etdi. Buna görə partiyadaşlarımı da, YAP tərəfdarlarını da təbrik edirəm. İnanıram ki, yeni çağırış Milli Məclis Azərbaycanın inkişafına öz müsbət töhfəsini verəcək.

- Amma seçici fəallığı o qədər də yüksək olmadı. Cəmi 37 faiz seçici aktivliyi müşahidə edilib ki, bu, az deyilmi?

- Demokratik proseslərdə bir tendensiya var ki, prezident seçkiləri daha canlı olur, seçicilər bu seçkilərdə daha fəal iştirak edirlər. Parlament seççkiləri bir qədər prezident seçkilərinin kölgəsində qalır. Çünki xarakter etibarı ilə Prezident ölkənin siyasətini təyin edir. Biz fevral ayında keçirilən prezident seçkilərindəki aktivliyi indi keçirilən parlament seçkilərində də gözləməli deyildik.

Mənə elə gəlir ki, parlament seçkilərində 37 faiz ətrafındakı seçici fəallığı olduqca mühümdür. Biz bilirik ki, oturuşmuş demokratiyalarda seçici fəallığı 20-30 faiz ətrafında olur. Həmin faizlərə nisbətən bizdə parlament seçkilərindəki fəallıq təqdir olunmalıdır. Bəli, daha yaxşı, daha yüksək fəallıq ola bilərdi. Amma bu, seçicilərin, xalqın mövqeyi ilə bağlı olan məsələdir. Əsas olan odur ki, növbədənkənar parlament seçkiləri baş tutmuş sayılır.

- Sosial şəbəkələrdə yayılan görüntülər var ki, orada müxtəlif seçki pozuntularına, namizədlərə, onların nümayəndələrinə qarşı təzyiqlərin şahidi oluruq. Bunu necə qiymətləndirmək olar?

- Mən əvvəldə dedim, müəyyən pozuntular ola bilər və istisna deyil. Amma bunlar seçkinin ümumi nəticəsinə təsir edəcək hallar deyil. Belə xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz, kölgə salmamalıdır. Seçkiləri müşahidə edən beynəlxalq və yerli qurumların hesabatından da görünür ki, seçki prosesini kölgəyə salan qanun pozuntuları müşahidə edilməyib. Hər halda bu məsələlər MSK tərəfindən araşdırılacaq, lazımi tədbirlər görüləcək. Məncə, həmin namizədlər, onların vəkilləri MSK-ya müraciətlər edəcəklər və müvafiq, ədalətli qərar veriləcək.

- Ötən parlament seçkilərində belə hallar səbəbindən 4 seçki dairəsində nəticələr ləğv edildi. İddialar var ki, bu dəfə də bir neçə seçki dairəsində nəticələr ləğv edilə bilər. Bu mümkündürmü?

- Mənə elə gəlir ki, budəfəki seçkilərdəki qanun pozuntuları ilə bağlı şikayətlər az olacaq, minimum şikayətlər ediləcək. Bunun ölkəmizdəki yeni reallıqlarla əlaqələndirirəm. Bu gün Azərbaycanda kiminsə daha radikal mövqe tutması üçün ciddi əsas yoxdur. Azərbaycan xalqının siyasi proseslərə cəlb olmasının əsas səbəbi Qarabağ problemi idi. Həddən artıq siyasi fəallıq yaradan amil də məhz torpaqlarımızın işğalda olması idi. Eyni zamanda, sosial-iqtisadi problemlər də bəzi insanları radikal siyasi qurumlara üz tutmağa sövq edirdi. Radikallar da bununla az da olsa müəyyən elektorat toplayıdrılar. İndi nə Qarabağ problemi var, nə də ciddi sosial-iqtisadi problem. Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Eyni zamanda, Azərbaycan Prezidentinin iqtisadiyyatın inkişafı ilə bağlı atdığı addımlar insanlarımızın sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Xalq da bunu görür, cənab Prezidentin siyasi kursunu bir daha dəstəkləyərək YAP-ı parlamentin lider partiyası kimi saxladı.

Bəli, bir-iki dairəni çıxmaq şərti ilə, digər dairələrdə insidentlərin olmadığının şahidiyik. Ciddi olmayan insident yaşanan, yaxud qanun pozulan məntəqələrlə bağlı şikayət MSK-ya ediləcək, MSK da lazımi tədbir görəcək. Ümumi tendensiya isə ondan ibarətdir ki, bu seçkilər demokratiyamızın inkişafında daha bir addım oldu.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 09:55
`Azəriqaz`da işdə zədələndinsə... BATDIN! - GİLEY
Bu gün, 09:48
Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı - DETALLAR
Bu gün, 09:38
Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... - İLGİNC İDDİA
Bu gün, 09:36
Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? - SORĞU
Bu gün, 09:09
Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır - Müəmmalı görüşlər, silahlanma və...
Bu gün, 09:01
Rus ordusu nə qədər əsgər itirib? - Yeni statistika
Bu gün, 08:52
Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… – Kiviryan
Bu gün, 08:46
Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR - Özü susur, amma...
Bu gün, 08:42
Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib
Bu gün, 08:39
Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər - GÖZLƏNTİ
Bu gün, 08:35
Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 08:33
“Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 08:29
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” – Qriqoryandan ŞOK
Bu gün, 07:09
Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! - GƏLİŞMƏ
Bu gün, 07:07
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru