Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                     Xəlil Göyüşov həbs oluna bilər .....                     Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. .....                     Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu .....                     Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək .....                     Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı .....                     Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında .....                     Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... .....                     Tərtər rayonunda pambıq yığımına start verilib .....                     ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR .....                     Əmək müqaviləsinin müddətli bağlanması? .....                     Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     `Azəriqaz`da işdə zədələndinsə... BATDIN! .....                     Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı .....                     Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... .....                     Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? .....                     Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır .....                     Rus ordusu nə qədər əsgər itirib? .....                     Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… .....                     Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR .....                     Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib .....                     Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər .....                     Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR .....                     “Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi .....                     “Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” .....                     Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! .....                     Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                 

Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 08:33 | Çap et
Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR
Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub. Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni tutub. O, Təhlükəsizlik Şurasının üzvü və Dövlət İdarəçilik Akademiyasının professoru vəzifələrində qalır.

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev başlanan cinayət işi ilə bağlı danışıb. O, baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb: “Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb. Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm”, - deyə o, Unikal-a cavab verib.

Qeyd edək ki, illərdir AMEA-da çalışanlar elmi işlər üçün ayrılan vəsaitlərin aşağı olmasından şikayət edirlər. Onlar qeyd edirlər ki, AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. Uzun illərdir, AMEA-da köklü islahatlara ehtiyac vardı. İlk növbədə AMEA-nın idarə olunması, onun funksional təyinatı, mahiyyəti üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nə isə baş vermək əvəzinə, xüsusən Ramiz Mehdiyev AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar baş alıb getdi. O da qeyd edilir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olmamışdan əvvəl də bu elmi müəssisəni öz nəzarətində saxlayıb. Hələ AMEA prezidenti olmamışdan əvvəl də idarəetmədə xoşagəlməz hallar, yerliçilik, tanışlıq və şəxsi sədaqət prinsiplərinin tətbiq olunmasının arxasında məhz Ramiz Mehdiyev dururdu. Ramiz Mehdiyev AMEA-ya prezident gəlməmişdən öncə bir növ sovet idarəetmə sistemindən miras qalmış idarəetmə üsulunu burada tətbiq edirdi. Bu da müəyyən fəsadlara yol açırdı. Amma Ramiz Mehdiyev AMEA-ya bilavasitə prezident gələndən sonra bu mənfi tendensiyalar elə həddə çatdı ki, çoxunun da etiraf etdiyi kimi, artıq böhranlı vəziyyət yarandı.

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Əlbəttə, AMEA-da ciddi yoxlamaların aparılması və o yoxlamalar nəticəsində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı faktların ortaya çıxarılması ictimaiyyətin diqqət mərkəzindədir. Ona görə ki, o quruma rəhbərlik edən Ramiz Mehdiyevin fəaliyyəti ictimaiyyəti maraqlandırır. Auditin bu faktları ortaya çıxarması, əlbəttə, ciddi hadisədir. Önəmli olan faktların ortaya çıxarılması deyil, dövlət vəsaitinin mənimsənilməsində iştirakı olan şəxslərin cəzalandırılmasıdır. Ona görə Hesablama Palatasının Korrupsiya İdarəsinə materialların göndərilməsi və cinayət əməllərinin aşkarlanması üçün daha dərin istintaqın aparılması çox vacibdir. Təbii ki, gedən proseslər digər tərəfdən Ramiz Mehdiyevin kimliyi ilə bağlı məsələləri ortaya qoyur. İkinci bir tərəfdən, onsuz da AMEA-ya ayrılan vəsaitin çox olmadığı bir şəraitdə o vəsaitin mənimsənilməsidir. Ümumiyyətlə, akademiya sistemində belə faktlar çoxdur. Ayrı-ayrı dövlət ayırmaları olanda, onun taleyi necə olur, heç kim bilmir. Misal üçün, vaxtilə Nəsimi adına Dilçilik İnstitutuna 2 milyona yaxın vəsait ayrılmışdı, onun taleyi ilə bağlı ortaya heç bir hesabat qoyulmadı. Bu cür faktların aşkara çıxarılması və cinayətə yol vermiş şəxslərin cəzalandırılması çox önəmlidir və bunu təqdir edirik. Hesab edirəm ki, bu cür halların olması Azərbaycan elmi adına çox biabırçılıqdır. Orada nə qədər vicdanlı, elmli insanlar var ki, çox acınacaqlı şəraitdə yaşayır. Onları maddi cəhətdən stimullaşdırmaq əvəzinə, ayrılan pulları vəzifəli şəxslər mənimsəyirlər”.

İqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Bu, əslində insanı düşündürəcək məsələdir. AMEA elm mərkəzi, elm ocağı olmalıdır. Azərbaycanın inkişafının konsepsiyalarını, elmi yanaşmalarını təqdim edən bir mərkəzə çevrilməli idi. Amma təəssüf ki, bunların heç biri olmayıb. Açığını deyək ki, Ramiz Mehdiyevdən öncə də AMEA-nın fəaliyyətində ciddi irəliləyiş yox idi. Ramiz Mehdiyevin dövründə də belə bir uğur olmadı. Çünki xarici patentlər, yaxşı kəşflər, iqtisadiyyata təsir edəcək araşdırmalar görmədik. Ona görə də AMEA-da bu yoxlamaların nəticəsi sona qədər çatdırılacaqsa, çox sayda insanların həbs olunması mümkündür. Korrupsiya rəsmən Azərbaycan Cinayət Məcəlləsində təsbit olunmuş maddələrdir. Bu, işdən azad etmək, töhmət verməklə bitməyəcək. Əgər cinayət tərkibi varsa, korrupsiya əməlləri sübut olunacaqsa, bir çox həbslər görə biləcəyik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 09:55
`Azəriqaz`da işdə zədələndinsə... BATDIN! - GİLEY
Bu gün, 09:48
Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı - DETALLAR
Bu gün, 09:38
Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... - İLGİNC İDDİA
Bu gün, 09:36
Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? - SORĞU
Bu gün, 09:09
Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır - Müəmmalı görüşlər, silahlanma və...
Bu gün, 09:01
Rus ordusu nə qədər əsgər itirib? - Yeni statistika
Bu gün, 08:52
Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… – Kiviryan
Bu gün, 08:46
Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR - Özü susur, amma...
Bu gün, 08:42
Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib
Bu gün, 08:39
Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər - GÖZLƏNTİ
Bu gün, 08:35
Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 08:33
“Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 08:29
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” – Qriqoryandan ŞOK
Bu gün, 07:09
Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! - GƏLİŞMƏ
Bu gün, 07:07
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru