İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                 

Qosqoca Müsavat Partiyası 25 namizədlə seçkiyə qatıldı, amma... - NƏ BAŞ VERİR?
Tarix: 6-09-2024, 12:39 | Çap et
Qosqoca Müsavat Partiyası 25 namizədlə seçkiyə qatıldı, amma...
1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərinə 25 namizədlə qatılan Müsavat Partiyası Milli Məclisdə təmsilçilik qazana bilməyib. Partiyadan verilən bəyanatda bunun səbəbi kimi seçkilərin ədalətli və şəffaf keçirilmədiyi göstərilir. Partiyanın Məclis sədri Arif Hacılı həm iqtidarı, həm də seçkiyə qatılmayan müxalifəti ittiham edərək onları Müsavata qarşı əks-təbliğatda qınayıb.

Seçki dairələri üzrə apardığımız araşdırmalar göstərir ki, Müsavatdan olan namizədlərin heç biri mandat əldə edən hakimiyyət nümayəndələrinə, eləcə də digər namizədlərə real alternativ ola bilməyib. MSK-nın təqdim etdiyi seçki tablosunun dairələr üzrə reallığı nə dərəcə əks etdirdiyi haqda birmənalı fikir söyləmək çətindir. Əlbəttə, burada müxalifət nümayəndələrinin haqlı olduğu bir çox məqamları qeyd etmək olar. Amma ümumilikdə müsavatçı namizədlərin təşviqat dövründəki sönük performansları, cəmiyyətdə seçki əhvalı, müsbət dinamika yarada bilmədikləri də reallıqlardan biridir. Müsavatçı namizədlərin əksəriyyəti qeydə alındıqları seçki dairələrində, sosial şəbəkələrdə aktiv seçki kampaniyası aparmayıb. Burada namizədlərə yaradılan müəyyən maneələr, əngəllər də rol oynaya bilərdi, amma Müsavatın obyektiv-subyektiv səbəblərdən əvvəlki siyasi imkanlarından əsər-əlamət qalmadığını da qeyd etmək qərəzli olmazdı.

Məsələn, 1 sentyabr seçkilərində partiya Naxçıvan MR-dəki 6 seçki dairəsinin heç birindən namizəd irəli sürməyib. Beləliklə, 300-minə yaxın seçici ilə - müsavatçıların seçki şüarlarının təbirincə desək, vətəndaşlarla ünsiyyət qurmaq imkanından istifadə etməyib, yaxud sadəcə buna resursları çatmayıb.

Bakı şəhəri üzrə təqribən 1.6 milyon seçicini əhatə edən 30 seçki dairəsindən isə Müsavat cəmi 6 namizəd irəli sürə bilib. Ölkənin siyasi mərkəzində belə zəif performans göstərmək, şübhəsiz ki, təkcə iqtidarın yaratdığı siyasi maneələrlə bağlı deyil.

Ölkənin ikinci böyük şəhəri olan Gəncəni əhatə edən 4 dairənin də cəmi 2-sində müsavatçı namizəd seçkiyə qatılıb. Bu rəqəm 4 seçki dairəsinin olduğu Sumqayıt şəhərində isə cəmi 1 nəfər təşkil edir. Beləliklə, Müsavat paytaxtdan sonra ölkənin ən böyük iki şəhərindəki 8 dairədən cəmi 3-də namizədlə iştirak edə bilib.

Bununla yanaşı Müsavat Partiyası vaxtilə güclü sosial bazaya malik Qarabağ və Qərb bölgəsində də azsaylı namizədlərlə seçkiyə qatılıb. Belə ki, partiyanın Qazax, Ağstafa, Tovuz seçki dairələri üzrə namizədi olmayıb, Gədəbəy və Şəmkirdən isə cəmi 2 namizədlə prosesdə iştirak edib.

Qarabağ bölgəsinə gəlincə, Müsavatın 84 saylı Füzuli seçki dairəsindən namizədi, tanınmış vəkil Osman Kazımovun namizədliyi qeydə alınmayıb, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 26-da Cəbrayıl rayonunda düşdüyü ağır yol qəzası nəticəsində vəfat edib. Partiyanın 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən namizədi seçkiyə qatıla bilib.

Məclis sədri Arif Hacılının doğulduğu Zaqatala rayonu (Şimal-Qərb bölgəsindən) də partiya yalnız Şəkinin iki dairəsindən namizəd irəli sürüb. Müsavat Zaqatala, Baləkən, Qəbələ, Oğuz rayonlarının seçiciləri ilə bu kampaniya dövründə təmas qura bilməyib.

MSK-nın saytında müsavatçı namizədlərin aldıqları ümumi səslər qalib elan olunan bir iqtidar namizədinin səsinə bərabərdir – toplam 13729 səs. Amma partiya bəyan edir ki, seçki administrasiyası prosesə qatılanların iştirak fazini, o cümlədən lider namizədlərə yazılan səslərin sayını astronomik şəkildə artırıb.

Qeyd edək ki, MSK parlament seçkilərində iştirak faizinin 37 faizə yaxın olduğunu elan edib. Qalib namizədlərin səsləri isə bəzi istisnalarla 8-16 min aralığında dəyişib. İkinci, üçüncü yeri tutan namizədlərə isə bu rəqəmlərdəndən bir neçə dəfə az səs yazılıb. O cümlədən, Müsavat Partiyasının namizədlərinin əsasən 4-cü yerdən aşağıda qərar tutduqları elan olunub. Belə ki:

8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Mustafa Hacıbəyli - 360 səslə 6-cı yer;

10 saylı Binəqədi üçünü seçki dairəsindən Razim Əmraslanlı - 369 səslə 6-cı yer;

12 saylı Xəzər birinci seçki dairəsindən Almaz Əliqızı - 138 səslə 4-cü yer;

17 saylı Yasamal üçünü seçki dairəsindən Nüşabə Sadıxlı - 358 səslə 6-cı yer;

21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Gülağa Aslanlı - 280 səslə 4-cü yer;

31 saylı Suraxanı ikinci seçki dairəsindən Ərzulla Bulud - 471 səslə 6-cı yer;

38 saylı Gəncə birinci seçki dairəsindən Oqtay Zeynalov - 1063 səslə 4-cü yer;

40 saylı Gəncə üçüncü seçki dairəsindən Mayıl Vəliyev - 1332 səslə dördüncü yer;

43 saylı Sumqayıt ikinci seçki dairəsindən Cavad Cavadlı - 307 səslə 8-ci yer;

69 saylı Biləsuvar seçki dairəsindən Yusif Mehti - 1270 səslə 3-cü yer;

71 saylı Cəlilabad seçki dairəsindən Azər Əsgərov - 499 səslə 5-ci yer:

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Şəmsəddin Əmirov - 891 səslə 4-cü yer;

80 saylı Lerik-Astara seçki dairəsindən Tahir Hüseynov - 175 səslə 9-cu yer;

90 saylı Ağsu seçki dairəsindən Zabit Bədəlov - 344 səslə 6-cı yer;

94 saylı Ucar seçki dairəsindən Zakir İsmayıl - 603 səslə 7 ci yer;

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yusif Namaz - 823 səslə 6-cı yer;

101 saylı Samux-Şəmkir seçki dairəsindən Etibar Əkbərov - 855 səslə 8-ci yer;

104 saylı Gədəbəy seçki dairəsindən Sabir Məmmədov - 1076 səslə 6-cı yer

114 saylı Şəki şəhər seçki dairəsindən Tahir Səfərli - 875 səslə 5-ci yer;

115 saylı Şəki kənd seçki dairəsindən Bakıxan Qəribli - 993 səslə 3-ü yer;

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Hidayət Allahverdi - 647 səslə 7-ci yer.

Beləliklə, Müsavat Partiyasının 1 sentyabrda keçirilmiş növbədənkənar seçkilərdə yaratdığı mənzərə təxminən bundan ibarətdir. Əgər partiyanın seçkilərlə bağlı irəli sürdüyü iddialar həqiqətdirsə, bu resurslarla mənzərə necə olardı, bu artıq başqa araşdırmanın mövzusudur.

“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru