Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir .....                     Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                     Xəlil Göyüşov həbs oluna bilər .....                     Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. .....                     Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu .....                     Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək .....                     Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı .....                     Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında .....                     Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... .....                     Tərtər rayonunda pambıq yığımına start verilib .....                     ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR .....                     Əmək müqaviləsinin müddətli bağlanması? .....                     Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     `Azəriqaz`da işdə zədələndinsə... BATDIN! .....                     Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı .....                     Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... .....                     Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? .....                     Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır .....                     Rus ordusu nə qədər əsgər itirib? .....                     Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… .....                     Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR .....                     Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib .....                     Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər .....                     Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR .....                     “Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi .....                     “Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” .....                     Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! .....                     Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                 

İrəvana hərbi təxribatlar əmrini kimlər verir? - Dəhlizlə bağlı mübahisələrin qızışdığı ərəfədə...
Tarix: 12-09-2024, 08:29 | Çap et
İrəvana hərbi təxribatlar əmrini kimlər verir?
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. “Yeni Müsavat” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistan Silahlı Qüvvələri bir həftə öncə, sentyabrın 4-də də təxribat törədib, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Analitiklərə görə, bu təxribatların məqsədi bəllidir - Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılmasını mümkün qədər yubatmaq.

Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm addımdır...

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib: “Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bu arada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvadadır. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün lazımi işləri gördüyü halda, Rusiyanın da dəhlizin açılması üçün ciddi maneə görmədiyi bir zamanda, İran bugünlərdə “xəyali dəhliz” ifadəsini işlədir...

İran əyalətlərinin Ali Şurasının üzvü Məhəmməd Sadeqi isə deyib ki, İranın geosiyasi sərhədlərinin dəyişdirilməsi heç bir şəkildə qəbuledilməzdir...

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində törətdiyi təxribatın bir neçə izahı var. Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır: “Ermənistanın maddi imkanları böyük deyil. Bu silahların əvəzində Azərbaycana qarşı vaxtaşırı təxribatların törədilməsi, eyni zamanda beynəlxalq birlikdə Azərbaycanın fəaliyyətini azaltmaq üçün Ermənistan belə bir öhdəlik götürə bilər. İkinci səbəb Ermənistan Azərbaycanın təklif etdiyi 5 beynəlxalq hüquq prinsipi ilə sülh müqaviləsi üzərində işləyir, ancaq Ermənistan həmin öhdəlikləri öz üzərinə götürmək istəmir. Bu və ya digər formada Azərbaycana qarşı ərazi iddiasını hər zaman gündəmdə saxlamaq istəyir. Paşinyan bir tərəfdən Ermənistan Konstitusiyasının dəyişməsinin vacibliyindən danışır, amma son dövrdə konstitusiyanın dəyişməyəcəyini bildirir. Ermənistan bir tərəfdən özünü "Dağlıq Qarabağ" separatçılarından kənarda saxlamaq istəyir, amma sentyabrın 2-də İrəvanda təntənəli surətdə tədbir keçirdilər. Bütün bunlar onu göstərir ki, Ermənistan hələ sülhə tam hazır deyil. Azərbaycana təzyiq etmək üçün müxtəlif variantlar axtarmağa çalışır. Hərbi təxribatların arxasında siyasi məqsədlər durur. Ermənistanın hərbi potensialı Azərbaycanın hərbi potensialından qat-qat aşağıdır. Hərbi qarşıdurma olarsa, Azərbaycanın dəmir yumruğu ilə Ermənistana verilən cavab 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatından da ağır ola bilər. Ermənistan hələ də beynəlxalq hüquq normaları çərçivəsində apar bilən dövlət kimi yetişməyib. Ermənistan hələ də bu müstəqilliyin, bu ərazinin tarixin müəyyən dövründə müəyyən qüvvələr tərəfindən bağışlandığını, özgə torpaqda özünə dövlət qurduğunun fərqinə varmır. İstənilən halda Azərbaycan bütün təxribatların qarşısını alır və gələcəkdə də alacaq".

A.Mirzəzadə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini belə şərh edib: “İran hesab edir ki, Azərbaycan Ermənistan razılaşmasında mütləq iştirak etməlidir. Bunu açıq deməsə də, müxtəlif variantlarla bunu çatdırmağa çalışır. Eyni zamanda İran dəhlizin öz ərazisindən keçməsini istəyir, çünki bu dəhliz çox böyük gəlir gətirəcək regional və beynəlxalq iqtisadi layihədir. Təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya deyil, Şərqlə Qərbi birləşdirən, yolu qısaldan böyük gəlirli layihədir. Azərbaycan ilk növbədə Ermənistanla sülh müqaviləsi bağlamalıdır. Biz ancaq bu ölkə ilə kommunikasiya ilə bağlı ola bilmərik. Vaxtaşırı İran tərəfdən təxribat olur və münasibətlər uzun müddətə pozulur. Buna görə də Ermənistanla münasibətlərin normal olmasına çalışırıq, gec-tez bu baş tutacaq. Digər tərəfdən, Azərbaycan İran ərazisindən keçməklə tranzit yolunun çəkilməsi üçün saziş imzalayıb. Azərbaycan həm Zəngəzur dəhlizi, həm də İrandan keçən dəhlizdən maksimum istifadə edə bilər. Lakin müxtəlif yollarla xeyri tam üzərinə çəkməyə çalışan, yaxud özünü siyasi güc kimi göstərməyə çalışan qüvvələr var. Hesab edirəm ki, bunun sonu yoxdur. Qafqazda söz sahibi Azərbaycandır. Dəhlizin haradan keçəcəyini Azərbaycan müəyyənləşdirir. Bu məsələ gec-tez həllini tapacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 09:55
`Azəriqaz`da işdə zədələndinsə... BATDIN! - GİLEY
Bu gün, 09:48
Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı - DETALLAR
Bu gün, 09:38
Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... - İLGİNC İDDİA
Bu gün, 09:36
Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? - SORĞU
Bu gün, 09:09
Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır - Müəmmalı görüşlər, silahlanma və...
Bu gün, 09:01
Rus ordusu nə qədər əsgər itirib? - Yeni statistika
Bu gün, 08:52
Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… – Kiviryan
Bu gün, 08:46
Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR - Özü susur, amma...
Bu gün, 08:42
Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib
Bu gün, 08:39
Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər - GÖZLƏNTİ
Bu gün, 08:35
Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 08:33
“Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 08:29
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” – Qriqoryandan ŞOK
Bu gün, 07:09
Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! - GƏLİŞMƏ
Bu gün, 07:07
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru