“Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                 

"Əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın"
Tarix: 29-09-2014, 08:50 | Çap et
"Əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın"
Millət vəkili Zahid Oruc Müsavat Partiyasının qurultayı və yeni seçilən başqan Arif Hacılı haqda fikirlərini bölüşüb. Deputatın sosial şəbəkədə paylaşdığı fikirlərini olduğu kimi təqdim edirik:
“Hərəkat dövründə təhsil auditoriyasından meydanlara, sonra parlamentə, nəhayətdə nazir kreslosuna yerini dəyişən bir cəbhəçi köhnəliklə-bolşevizmin kök saldığı təfəkkür sahibləri ilə savaşlarını obrazlı şəkildə belə ifadə etmişdi: ”Biz hamımız ilan kimi qabıq qoysaq da mahiyyətimiz dəyişilməz olaraq qalır”.
İnqilabın önündə gedənlərin əksəriyyəti əvvəlki partnomenklaturanı inkar etməyə çalışarkən yalnız formaca fərqli idi, məzmunca isə sonrakı tarixin və ictimai-siyasi proseslərin göstərdiyi kimi kommunistlərin ən gerilikçi, yabançı, qeyri-milli sayılanlarından da daha çox Azərbaycana ziyan vurdular.
Qaragürüh təkcə meydanlara deyil, siyasi idarəçilik sisteminə də daşındığından insanlarda belə bir fikir möhkəmlənirdi ki, Xalq Cəbhəsi ölkəni elə meydanlardan yönləndirəcək və Liviya Cəmahiriyyəsində olduğu kimi İnqilab Komitələri fəaliyyətini heç zaman dayandırmayacaq. Cəmi bir illik hakimiyyədə qalmaq, 21 illik müxalifət ömrü yaşamaq belə sübut etdi ki, Müsavat yeniləşməyə, islahatlara, dünyəvi aparıcı tendensiyaları çevik bir şəkildə nəzərə almağa qadir olmayan təşkilatdır. Müxalifətdən hakimiyyətə deyil, təqaüdə yola salınan bu adamlar İsa Qəmbərin növbəti layihəsinin qurbani oldular. O salona toplaşanların hamısı bir adamın iradəsindən asılı qaldı.
Gerçəklikdən qopmuş qurultay belə təsəvvür yaradırdı ki, adamlar təzədən 1992-ci ilə qayıdıblar. Müstəqilliyin qorunmasındakı rollarından danışanda, iki “mücahidin” qurban getdiyini dinləyəndə vaxtilə partiyalar üzrə bölünən şəhidlərimizi xatırladım. Hər təşkilat kürəyinin arxasında qoyub gəldiyi cəsədlərlə öyünürdü və belə təsəvvür yaranırdı ki, xalq diri halında deyil, cansız vəziyyətində onu təmsil edən partiyaların işinə daha çox yarayır. Yəqin ötən illər ərzində Azərbaycanın dünya birliyində möhkəmlənən yeri,neft-qaz savaşındakı uğuru, səngərdə hər gün can savaşı verən Azərbaycan əskərinin rəşadəti də bu partiyanın aktivinə yazılacaq hadisələrdir. Əsrin ironiyasıdır, deyilmi!
İqtidardan fərqini qabardan bir siyasi qurumun rəhbəri 22 iilk əvəzsizliyini, keçmişdə qazandığı alternativsiz birinciliyini başqa necə əsaslandırsın ki?1993-cü ildə doğulan körpələr indi ata olublar, bunlar isə bir partiyanın kürəyi üzərində qurduqları gələcək şahmat rokirovkalarını mühüm nailiyyət və qeyri-adi demokratik islahatlar kimi təqdim edirlər. Məgər Arif Hacılı bu illər ərzində hətta ən buludlu havada belə kölgə, yaxud iki ayrı cisimdə gəzən klonlaşmış ruh olmayıb ki?
Yəqin onlar bunu tərif hesab edir və monolitlik nümunəsi sayırlar.Lakin üzərində bir illik hakimiyyətin bütün faciələrini-səriştəsizlikdən siyasi avanütaraya qədər keyfiyyətlərin hamısını daşıyan şəxsin təşkilati müavinliklə başqanlıq vəzifəsi mahiyyətcə bir-birindən heç nəylə fərqlənmir. Çünki özünü baron Mülnhauzen adlandırsan, yaxud Napoleonun taxt-tacına iddiada göstərsən belə nəticədə sənin dubl rolunda oynadığını pərdələmək mümkün deyil. 538 nəfər qarşısında nümayiş edilən tamaşanın təntənəli təqdimatı, canlı yayımla translyasiyası və aşkarlıq şəraitində düzənlənən səssayımı da pərdənin arxasındakı Vahid Əli gizlədə bilmir. Başqaları lider adı ilə pərdələnib siyasi mülkiyyətə çevirdikləri qurumu kənardan idarə edirdilərsə, bu dəfə daha eybəcər və hibrid bir yerdəyişmənin şahidi olduq. Sən demə Müsavat partiyasının təzə başqanı köhnə İsa Qəmbərin prezidenliyi uğrunda mübarizəyə bu təşkilatı səfərbər etmək üçün seçilibmiş. Ötən əsrin əvvələrində əski Müsavat irsini yaratmış adamların indi qəbirdə çevrildiklərinə heç kəsin şübhəsi olmasın.Yəqin, əvvəlki 6 başqan ondan ötrü vuruşublar ki, Cümhuriyyətimizin sabahına iddia edən şəxs 7-ci müqəddəs yeri özünün ruh ekizinə təqdim eləyə bilsin. Rəsulzadənin portreti ilə yanaşı qoyub öyün yeni liderinizi və cəmi 100 ilə getdikcə balacalaşıb tarixin səhnəsindən necə çıxdığınızın fərqində olmayın.
Ancaq titullu salonlar uğrunda dava apararkən niyə çox sadə bir dillə söyləmirdiniz ki,Seçkilər üzrə Qərərgah yaratmaq fikrindəsiz və teatral səhnələşdilimiş oyunun da adı “Keçmişin Gələcək üzrərində qələbəsi”dir. Məgər birinci adama ayrı bir ad tapa bilmirdiniz?
Miqyasca nə qədər fərqli olsa da Putinin Medvedyevi öz yerinə prezident təyin etməsinə qarşı çıxanların zehniyyəti indi özlərinə qarşı çevrilir. Bəs deyirdiniz ki, yalnız avtoritar rejimlər özlərinin əbədiliklərini təmin etmək üçün hər cür kombinasiyalara getməyə hazırdılar ki, xalqı aldatsınlar və milli sərvətləri əldə saxlasınlar. Sizin ki, bölüşdürcəyiniz bir kapital yoxdur, elə isə niyə həqiqi demokrat ola bilmirsiniz? Əlbəttə, bir pariyanın içində də diktatura qoyub özünü Qəzzafiyə bənzətmək olar, lakin bədəvi ərəblərin liderinin heç olmasa, dünyəvi xarizması vardı və onu cismən öldürsələr də ruhu Liviya çöllərində hələ yaşayır. Bəs sizin nəyiniz var?
Yoxsa Nizamnamə fondu təkcə İsa bəyin cibindən formalaşn bir təşkilatın Himayəçilər Şurasına və ya örtülü ödənəklərinə hələ ki,bərabər miqyasda para yatıracaq oğullar hələ ortaya çıxmayıblar?!Bu təsisçiləri bir neçə şəxs olan banklardan da miskin bir kökdə olan bizim siyasi klubların son dərəcə bərbad və bir əldən asılılığını göstərən ən mühüm fakt deyilmi? Sonra da deyirsiniz ki. Romada qulların savaşı sadəcə kralları əyləndirmək və kütləni ehtizaza gətirmək üçün qurulmuş tamaşa idi.Məgər indi balaca qəsrlərdən guya xalq içinə çıxmağa çağrılan Müsavat keçmiş qladiator döyüşlərindən çox fərqlənir?Nəticəni qazananlara baxanda bunun əksini görmək mümkün deyil,axı!
Hesabı ödəyən musiqini də sifarriş edir! Ortada olanlar heç kəsi çaşdırmasın. Sorbonnalı yetirmələrin,orta reytinqli Avropa universitetlərini bitirmiş nəslin,yaradıcı enerjiyə və intellektual dünyagörüşə əsaslanan bir sinfin üz tutmadığı təşkilat gəncliyə cəmi 19 səs verməliydi.Donor qandan və vaxtilə çiyinlərinə çıxdıqları tələbə hərəkatından məhrum olanlar yaşdan daha çox təfəkkürcə qocalıbar. Zaman onlardan yan keçib. Nəhəng siyasi dəyişmələr belə qapalı strukurların “qış yuxusu”na toxunmayıb.Artıq özünü inqilab qatarının altına atmağa hazır olan fədailər də yoxdur. Bilirsinizmi niyə?Çünki o vaxt ürəklə meydana çıxıb canını bunlara qurban edənlər indi qəbirlərdə uyururlar.”Ölülər isə yalnız cümə günləri səs verirlər”!
Siyasi rəqabət nöqteyi-nəzərindən hakimiyyətin bir təşkliatı informasiya məkanında vurmasına qoruyucu zirehlə cavab verməyə çalışanlar heç olmasa Qubad bəyin sərhədlərimizdən bir az kənara çıxan sifətindən yararlana bilərdilər.Lakin 200-ün üstünə çıxan zehniyyyət buna haqq tanımır.Çünki təbiətdə də belədir:bir çox əyriləri düzəltməyə çalışanda onlar sadəcə qırılırlar..O havada-siyasi romantizmlə əyalətçiliyin hökm sürdüyü məkanlarda başqa qalib ola bilməzdi.İqtisadi-liberal dairələrin içərisində yer almaq,Qərb institutları ilə yaxşı maddi münasibətlər qurmaq başqanlığa deyil,yalnız namizədliyə yarayır.Yəqin,Qubad İbadoğlu İsa Qəmbərin gələcək namizədliyinə deyil,öz gerçək siyasi planlarına aludə olacaqdı. Sovetlər birliyinin 27-ci qurultayı da eyni coşqu və eyforiyalara səhnə olmuşdu,lakin üstündən cəmi bir neçə ay keçəndən sonra 350 milyonluq ordudan bir əskər belə qalmadı.
Qurultay bitdi,lakin əvvəlki məhrumiyyətlər-ənənəvi mübarizə üslubu, təkbaşına idarəçilik,”geriyə gedən yolla,irəli” şüarı altında fəaliyyət davam edir. Hakimiyyətin ssenarisini qalib gəlmiş saya bilərsiniz.Yeni rəhbərin-köhnə hərəkatçının tərcümeyi-halına nə qədər dəbdəbəli sətirlər yazılsa da o,üzərində daşıdığı bütün ittihamları “yeni başqan”ın əyləşəcəyi kreslyoa köçürmüş olur.O da həmin gerçək stulu ona versələr!
Cəmi iki gün sonra həyatın qoyduğu suallara Müsavat belə cavab verəcək:onlar Azərbaycan adına qurduqları platformanı öz kiçik relslərinə və parovozlara uyğunlaşdırmağa çalışacaqlar.Necə deyələr, bədənin nə qədər böyüməsi o qədər önəmli deyil:əsas dəyişməyən libasdır!
Lenin sizin qurultaya məktub yazsa,bilirsizm nə deyərdi?Proletar inqilabının banisi sizə üzünü tutaraq söyləyərdi ki,bəli tarix təkrar olunur,bu doğrudur.Lakin əvvəlcə faciə,sonra isə komediya şəklində!
\\ editor.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru