Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                 

“Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” - Siyavuş Novruzov
Tarix: 9-07-2015, 09:10 | Çap et
“Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!”
Modern.az saytı “Siyasətçi və din” rubrikasına davam edir. Azərbaycan siyasətində tanınan şəxslər dinlə bağlı suallarımızı cavablandırmaqla həm də özlərinin dinə olan mövqeyini ifadə edir.

Növbəti qonağımız hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovdur.

- Siyavuş müəllim, belə görürük ki, sizin din və bununla əlaqədar yaranan proseslərdən də anlayışınız çoxdur. Birinci sualımız elə Azərbaycandakı dini vəziyyətlə bağlıdır. Ölkədəki bu sahədə situasiya normaldırmı?

- Azərbaycanda dini situasiyanın nəzarətə götürülməsi, onun təkmilləşməsi, müasirləşməsi istiqamətində çox böyük işlər görülür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində aparılan islahatlar, bu qurumla Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti çox müsbət haldır. Əvvəllər isə bu qurumlar bir-birinin ayağını dartırdılar. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl bu iki orqan arasında elə də xoş münasibət yox idi.
Neqativ əlaqələr fonunda isə ümumi ziyan dinə dəyirdi. Hərə məsələləri, prosesləri öz tərəfinə çəkirdi, bunun nəticəsində isə müxtəlif cərəyanların yaranması və onların himayə olunması ortaya çıxırdı. Bu gün isə din sahəsini kurasiya edən qurumların fəaliyyət istiqamətləri çox düzgündür. Düşünürəm ki, mütəmadi olaraq islahatlar getməlidir. Hər bir şeyin inkişafı islahatla bağlıdır.

- Bu islahatları siyasi partiyadakı islahatlarla necə müqayisə edərdiniz?

- Məsələn, siyasi partiyada islahat aparılmasa və durğunluq olsa, həmin partiya deqradasiyaya uğrayacaq. Buna görə də partiyada mütəmadi olaraq yenilənmə aparılmalıdır. O cümlədən din məsələsində də belə addımlar atılmalıdır.

- Bir az anlaşılmaz oldu. Siz dinin özündə islahat aparılmasını istəyirsiniz, yoxsa dinlə əlaqədar yaranan hər hansı şəriət məsələsində?

- Mən dinin özündə, yəni “Qurani-Kərim”də bir dəyişiklik edilməsini istəmərəm. Bu, ilahiliyə ziddir. Lakin “Quran”dan kənar bəzi adət-ənənələrin özündə ciddi islahatlara ehtiyac var. Götürək, dəfn adətlərini, yas mərasimlərini. Azərbaycandakı yas mərasimləri nə ərəbdə, nə farsda, nə türkdə, nə də İnodeniziyada var. Kimsə vaxtı ilə bir hökmü atıb ortaya və cəmiyyət də həmin ideyanın arxasınca gedir. Bunun isə hüquqi, dini, mənəvi əsasları yoxdur. Buna görə də yas mərasimlərində israfa yol verilməməsi üçün islahatlar getməlidir. Naxçıvanda bu islahatlara start verildi və özünü doğruldur. Varlı, kasıb olmasından asılı olmayaraq, hamı hüzrü eyni qaydada verir, biri digərindən fərqlənmir.

- Bu gün insanlarla ünsiyyətdə olan din adamlarının bəzilərinin elementar dini bilikləri belə, yoxdur. Lakin müəyyən qism insanlar onların danışıqlarında savadlı, məntiqli nəsə axtarmağa çalışır...

- Cəmiyyət içərisində insanlarla ünsiyyət quran din xadimləri kifayət qədər savadlı olmalıdır. Təkcə dini savaddan söhbət getmir. Onlar fəlsəfədən, dünya elmindən, ədəbiyyatdan, tarixdən məlumatlı olmalıdırlar. Din xadimləri savadlı olanda, bütün cəmiyyət də onlara hörmət edəcək. Başa düşürəm ki, SSRİ zamanında dini məktəblər yox idi. Kimsə kiminsə yanına gedirdi və qeyd dəftərinə bir neçə kəlmə yazırdı.

Bununla da o din xadimi olurdu. Və yaxud kimsə həbsxanada boş vaxtlarını guya dini öyrənməyə sərf edirdi. Azadlığa çıxandan sonra isə gəlib mollalıq edirdi.

Ya da hansısa sahə müvəkkili pensiyaya çıxandan sonra gedib mollalıqla məşğul olurdu. Lakin indi AzərbAycanda dini təhsil verən universitet var. O cümlədən ayrı-ayrı ölkələrdə dini təhsil alan vətəndaşlarımız da az deyil.

Hazırda din sahəsi ilə məşğul olan ilahiyyatçılar mütləq ərəb və fars dillərini əzbər bilməlidir. Başqa dillər də olsa, daha yaxşı olar. Ərəb və fars dilini isə o qədər mükəmməl öyrənməlidir ki, dini mənbələri yüksək səviyyədə araşdırsın. Çünki İslam dini mənbələri ərəb və fars dilindədir.

Deyək ki, hər hansı yas məclisində nazir, komitə rəhbərləri, deputatlar, akademiklər, professorlar əyləşir. Ona görə də bu yas məclisini aparan din xadiminin savadı heç olmasa, orada oturan adamların savadına uyğun olmalıdır ki, özünə hörmət qazansın. Yoxsa, orada gəlib boş-boşuna “əlləzinə” danışsa, hamı onun savadsız olduğunu anlayacaq.

- Bütün bunlarla yanaşı, hər bir insanın dinə dair müxtəlif baxışları var. Məsələn, kimsə ateist, kimsə deist, kimsə aqnostikdir, digəri isə dini ilahi ədalətin təcəssümü qismində görür. Maraqlıdır, Siyavuş Novruzovun dinlə bağlı düşüncələri nədir?

- Mən əvəllər dinlə çox məşğul olmuşam. Lap uşaqlığımdan Allaha inanan bir insan olmuşam və bu gün də belədir. Hazırda isə dini ayinlərin bəzilərini yerinə yetirirəm. İndi bəzən görürsən ki, 18-20 yaşında bir insan Həcc ziyarətinə gedir. Amma Həccə düşünülmüş, yetkin, kamil şəkildə getmək lazımdır. Görürsən ki, çoxu Həccə gedir, lakin gələndən sonra dinin ona buyurduğu əməlləri yerinə yetirmir. Adama deyərlər, əməl etməyəcəkdinsə, ora turist səfərinə getməmisən ki!

- Siz özünüz Həcc ziyarətində olmaq istəyirsiniz?

- Hər bir müsəlman arzu edir ki, müqəddəs Həcc ziyarətində olsun. Lakin buna görə müxtəlif yolları keçmək lazımdır. İslam dininin mütərəqqiliyi ondan ibarətdir ki, bütün ayinlərin yerinə yetirilməsini eyni vaxtda tələb etmir.

Tutaq ki, bir imkansız adamın sənə min manat borcu var. Əgər ondan min manatı hamısını birdən tələb etsən, o, bunu verə bilməyəcək. Ona görə də məcburdur ki, borcunu hissə-hissə ödəsin.

Bir müsəlmandan əgər tələb edilsə ki, beş vacib şərtin hamısını yerinə yetir, bu, mümkün olmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var.

Məsələn, kimsə xəstədirsə, oruc tuta bilməz. Oruc tuta bilmirsə, demək ki, şərtin birini yerinə yetirmir. Yaxud Həccə getmək üçün adamın gərək maddi imkanı olsun. İnsan oğurluq etməklə Həcc ziyarətinə getməli deyil ki! Adam halal zəhməti ilə qazanandan sonra Məkkəni, Mədinəni ziyarət etməlidir. Halal zəhmətlə pul toplamaq isə bir az vaxt aparır.

- Azərbaycan dünyəvi dövlətdir. Lakin müəyyən din xadimləri bəzən çıxıb elə mənasız danışırlar ki, sanki biz şəriət ölkəsində yaşayırıq. Məsələn, mən özüm şiə məscidlərinin birində sünnilərə qarşı neqativ çağırışlar edilməsinin şahidi olmuşam.

- Azərbaycanda heç zaman təriqətlərarası qarşıdurma olmayıb. Son dövrlər isə bunu qızışdırmağa çalışırlar. Bu arzuda olanlar xarici qüvvələrin kəşfiyyat orqanlarının məqsədlərini həyata keçirmək istəyirlər. Azərbaycanda dünyəvilik o qədər yüksəkdir ki, xristian da, müsəlman da, yəhudi də bir-birinə qarışıb. Onları bir-birindən ayırmaq qeyri-mümkündür. İndi ola bilər ki, kimlərsə pul, təminat hesabına yolunu azaraq ekstremist qüvvələrin təsirinə düşsün.

- Bizim hüquq sistemimiz dünyəvidir, amma hər vətəndaş bunu anlamır. Söhbət öz inancında olub, onu şəxsi həyat tərzi seçənlərdən də getmir. Amma bəzən şiə və ya sünni aliminin şəriət izahları az qalır ki, ictimai müzakirəyə çıxarılsın. Bəzən isə məsələn, İran İslam İnqilabının lideri Xomeyni həddindən artıq ilahiləşdirilir. Bu haqda nə deyə bilərsiniz?

- Yeganə istinad nöqtəsi “Qurani-Kərim”dir. Sonra isə şəriət, sünnə, peyğəmbərin tövsiyələridir. Xomeynini kimsə peyğmbər səviyyəsində sayırsa, öz işidir. Vaxt var idi, Bakıda keçmiş milyonçu Cənnət Əliyev də özünü peyğəmbər elan etmişdi. Lakin bunlar hamısı İslama ziddir.

Din bir mənəviyyat məsələsidir və Azərbaycan dünyəvi dövlət olduğu üçün din başqasının hüquqlarına təsir etmir. Hansısa dini qəbul edib-etməmək insanın daxili aləminə məxsusdur.

- Amma Azərbaycanda hansısa müsəlman xristianlığı qəbul etsə, bu zaman ona qarşı böyük bir qınaq başlayacaq. Vətəndaşlar hələ də dünyəviliyi tam dərk etmir. Bu fikrimlə razısınızmı?

-Allah birdir və kiminsə İslamdan başqa səmavi dinlə Allaha xidmət etməsi də normaldır. Hər kəs öz dinini sərbəst şəkildə seçə bilər.

- Cənnətə və cəhənnəmə inanırsınızmı?

- Bəli.

- “Quran”ın və ya digər səmavi hesab edilən dini kitabların özlərində elə hadisələr nəql edilir, insan hissləri onu qəbul etsə də, normal məntiq və ağıl həmin fövqəladə şəkildə təqdim olunan əhvalatların reallığına şübhə edir. Məsələn, Musa peyğəmbəri öz əsası ilə Qırmızı dənizi yarması. Bu, gerçək ola bilərmi?

- Düzdür, insan ağlı və məntiqi bunu qəbul etməkdə çətinlik çəkir. Biri durub deyir ki, “Quran”ı beş dəfə oxumuşam, biri deyir, 10 dəfə oxumuşam. İstəyirsən 28 dəfə oxu. Onu dərk etmədən oxumağın heç bir xeyri yoxdur. “Quran”ın böyük bir hissəsi istinaddır. “Quran”a qədər insan gərək 20-yə yaxın kitab oxusun. “Tövrat”, “İncil”, “Zəbur”, onların şərhi olan kitablar, müsəlman tarixi oxunmalıdır. Müsəlman tarixi öyrənilməlidir.

İslam dininin tarixiliyini və mütərəqqiliyini sübut edən çoxlu dəlillər var.

Məhəmməd peyğəmbərin həm qəbri var, həm də insanlar onu o dövrdə görüblər. Yanında səhhabələri olub. Səmavi dinlərin digər ikisinin peyğəmbəri, Musa peyğəmbər və İsa peyğəmbər isə virtual şəkildə qəbul edilir. Onların qəbri də yoxdur. İordaniyada bir daş qoyublar və deyirlər ki, Musa peyğəmbərin qəbri burdadır. Dini rəvayətlərdə göstərilir ki, Musa peyğəmbərə Qırmızı dənizi yarmaq haqqında əmr gələndə, o özü də Allahın əmrinə şübhə edib. O özü də inanmırdı ki, əsanı yerə vurmaqla dərya ayrılacaq. Ona görə də Allahdan əmr gəlir ki, Musa peyğəmbər heç zaman müqəddəs torpaqları görməyəcək. Ona görə də ehtimal edilir ki, Musa peyğəmbər İordaniyada dəfn olunub.

- Sizin məntiqinizdən belə bir sual doğur. Deməli, tarixdə, əfsanə, nağıl qəhrəmanları ilə yanaşı, tarixi qəhrəmanlar da olub. Fikrinizdən belə başa düşmək olarmı ki, Məhəmməd peyğəmbərdən savayı, yerdə qalan peyğəmbərlər əfsanə qəhrəmanlarıdır?

- Deyirlər ki, 124 min peyğəmbər olub. Onlardan 28-nin adı “Quran”da çəkilir. Bunlardan isə 9-u - Adəm, Nuh, İbrahim, İsmayıl, Davud, Süleyman, Musa, İsa, Məhəmməd əsas peyğəmbərlərdir. Bu doqquzundan da ən realı Məhəmməd peyğəmbərdir.

- Azərbaycanda bayaq dediyiniz bilik, savad parametrlərinə cavab verən hansı ilahiyyatçını tanıyırsınız?

- Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Alahşükür Paşazadə mükəmməl biliyə malikdir və humanist bir insandır. O, dünya miqyasında tanınır. Mən ilahiyyatçılardan böyük məmnuniyyətlə Vasim Məmmədəliyevə qulaq asıram. O, çox savadlı, dini mükəmməl bilən biridir. Vasim müəllim mən dediyim fikirlərin 99 faizini dəstəkləyəcək şəxsdir. Hacı Sabir də çox savadlıdır. mükəmməl biliyə malikdir və humanist bir insandır.
Lakin təəssüflər olsun ki, çoxlu sayda dələduz mollalar da mövcuddur.

-Sizin doğulduğunuz Cəhri kəndində Sovet dövründə dinə münasibət necə idi?

- Bizim kənd çox dindar idi. Məhərrəmlik məclisləri də keçirilirdi. Düzdür, qadağalar olsa da, mən bütün dini mərasimlərdə iştirak edirdim. Açıq şəkildə bizi “şaxsey” getməyə, məscidlərdə şam yandırmağa qoymurdular. Amma buna baxmayaraq, bütün kənd dini mərasimlərdə iştirak edirdi.

Bizim kənddə o zaman iki molla var idi. Üçüncüsü, dördüncüsü yox idi. Onlardan biri Nəcəfdə, digəri isə Səmərqənddə dini təhsil almışdı. Elə olurdu ki, onlar bir gündə 4-5 yası yola verirdilər. Lakin başqa kəndlərdən yas mərasimlərinə molla dəvət edilmirdi.

- Oruc tutursunuzmu?

- Bəli. İndi də orucam.

- O zaman sizi çox yormayaq. Suallarımızı cavablandırdığınıza görə çox sağ olun!

-Siz də sağ olun!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru