“Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki...”
Tarix: 26-11-2015, 09:10 | Çap et
Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra yaranmış gərgin situasiya Azərbaycanda da diqqətlə izlənilir və istər mediada, istərsə də sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də Moderator.az - a açıqlamasında yaranmış durumu şərh edib:
"Əvvəla, pilotları Türkiyə tərəfi deyil, əraziyə nəzarət edən türkmən silahlı qüvvələrinin döyüşçüləri vurub. Təbii ki, türkmənlər də bunu qisas hissi ilə ediblər. Bilirsiniz ki, xeyli vaxtdır Rusiya təyyarələri dinc türkmənləri bombalayır və Türkiyə də dəfələrlə buna etirazını ən sərt diplomatik dillə bildirib. Əlbəttə, mən hesab edirəm ki, Türkiyə o təyyarəni vurmamalıydı və çalışmalıydı ki, Rusiya ilə münaqişədən qaçsın. Amma mən düşünmürəm ki. Türkiyə bu qərarı təkbaşına verib. Yəqin ki, Türkiyə NATO üzrə müttəffiqləri ilə məsləhətləşəndən sonra belə bir qərar verib. Türkiyə artıq bir neçə dəfə xəbərdarlıq etmişdi ki, rus təyyarələri onların hava məkanını pozurlar. Hesab edirəm ki, Rusiyanın Türkiyənin çağırışlarına məhəl qoymaması, eyni zamanda görünür, Türkiyəyə “qorxma, vur” deyilməsi sonda belə bir situasiyanın yaşanmasına gətirib çıxardı. Mən əminəm ki, Ərdoğana belə bir təminat verilmədən o heç bir halda belə bir riskə getməzdi. Hadisədən dərhal sonra Barak Obamanın Ankaranı dəstəkləməsi bunun sübutudur. Nəzərə almaq lazımdır ki, Putinin hazırda Rusiyadakı reytinqi və yürütdüyü xarici siyasət dünyaya meydan oxuyan bir siyasətçi obrazı üzərində qurulub. Amma təyyarənin vurulması onun bu məğlubedilməz imicini kifayət qədər zədələyir. Putin də bunun fərqindədir. Rusiyanın Krımda çox qısa müddətdə çox az itki hesabına nəhəng hərbi zəfər əldə etməsi Putini xeyli ruhlandırmışdı və onun böyük bir sərkərdə obrazını yaratmışdı. Amma etiraf etmək lazımdır ki, belə bir məqamda rus təyyarəsinin Türkiyə tərəfindən vurulması Ərdoğanın Putinə vurduğu tərs şillə effekti verdi. Ona görə də əgər təminatı olmasaydı mən düşünmürəm ki, Türkiyə belə bir riskə gedərdi. Hazırda ən çətin sual budur ki, Azərbaycan bu məsələdə necə davranmalıdır? Düşünürəm ki, Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalıdır. Yəni bir tərəfdə bizə qardaş olan bir Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. Düşünürəm ki, türk qardaşlarımız da vəziyyətimizi yaxşı anlayır və bilirlər ki, əgər sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfırıa bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və baxmayaraq ki, Ermənistanın arxasında Rusiya dayanmışdı, Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də mən düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoyacaq. Digər tərəfdən bizim Rusiyanı da dəstəkləyimiz doğru olmazdı. Çünki bu hadisəyədək Rusiya əsassız olaraq dinc türkmənləri bombalayırdı, aqressor kimi davranırdı. Etiraf etmək lazımdır ki, Türkiyənin ixtiyarı öz əlində deyil və NATO Ankaraya bu icazəni də verməz. Vaxtilə Azərbaycanın çox tanınmış diplomatlarından biri bir neçə millət vəkili ilə söhbətində deyirdi ki, bir dəfə rəhmətlik Heydər Əliyev türkiyəli həmkarı Əhməd Necdət Sezəri yoxlamaq istəyir və görüş zamanı ona deyir ki, xalq məndən Qarabağın hərbi yolla azad edilməsini tələb edir. Təsəvvür edin ki, hətta Əhməd Necdət Sezər ona öz sözünü bitirməyə aman vermir və deyir ki, sayın Haydar bəy, NATO-nun izni olmadan biz sizə bir kurşun da verə bilmərik. Bunlar çoxumuzun buildiyimiz acı faktlardır. Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki, mən Kəlbəcərin işğalı ərəfəsində 3 dəfə Dəmirələ telefon açaraq sadəcə mülki əhalini qırğınlardan qurtarmaq üçün mülki helikopter istədim, hər dəfə bəhanə gətirərək iki mülki helikopter ayırmaqdan imtina etdi. Dəmirəl axırda məcbur olub Elçibəyə etiraf edib ki, siz məni başa düşün, bu, Türkiyənin münaqişəyə müdaxilə etməsi kimi yozula bilər və bu da Rusiyanı qəzəbləndirər. Ona görə də mən hesab edirəm ki, bu cür qorxaq siyasi liderləri olan bir dövlətin Rusiya təyyarəsini vurması sadəcə öz iradəsinin nəticəsi ola bilməz. Biz Ərdoğanı da kifayət qədər tanıyırıq və onun yürütdüyü siyasəti yaxından izləyirik. Heç kimə sirr deyil ki, Ermənistanla bütün ticarət əlaqələri qurulub, ermənilər də Türkiyədə sərbəst gəzib dolanırlar. Ona görə də Ermənistanla sərhədlərin rəsmən bağlı qalması sadəcə Azərbaycana siyasi və mənəvi dəstəkdən başqa heç nəyi ifadə etmir. Yəni sərhədlərin bağlı olması Ermənistan üçün heç bir iqtisadi məhrumiyyət yaratmayıb. Bu bağlama simvolik xarakter daşıyır və Türkiyə - Ermənistan ticarət dövriyyəsi artıq 300 milyon dolları keçib. Azərbaycanın da indiki gərginləşən situasiyada edə biləcəyi odur ki, hər iki ölkə ilə normal münasibətləri qoruyub saxlasın. Eyni zamanda hər iki ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasından istifadə edərək çalışmalıdır ki, bu münaqişə daha da dərinləşməsin. Çünki dərinləşsə, bundan ən çox ziyanı Azərbaycan çəkəcək. Əlbəttə, böyük dövlətlər üz - üzə gələndə kiçik dövlətlərin edə biləcəyi az şey qalır. Amma biz də çalışmalıyıq ki, nəyə gücümüz çatırsa bu münaqişənin ən qısa zamanda həllini tapmasına öz töhfəmizi verək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
|